Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 20:32

Şimali İrlandiyada zorakılıqlar artır


Belfastda iğtişaş
Belfastda iğtişaş

London, Dublin və Vaşinqtondan edilən çağırışlara baxmayaraq aprelin 9-da Şimali İrlandiyanın britaniyayönlü hissələrində başlanmış gecə etirazları bölgənin irland millətçi ərazilərinə yayılıb.

Reuters xəbər verir ki, polis molotov kokteyli və daş atan etirazçıları suvuranlarla dağıtmağa çalışıb.

Britaniya taxt-tacına sədaqətli olan loyalistlər aprelin 9-da yürüş keçirməliydilər, lakin kraliça II Elizabetin həyat yoldaşı şahzadə Filipin vəfatı ilə bağlı tədbiri təxirə salıblar.

Buna baxmayaraq Şimali İrlandiyanın paytaxtı Belfastın monarxist məhəllələrində maskalı şəxslər polisə kərpic parçaları və fişəng atıblar.

Son insidentlər 1998-ci ildə imzalanmış sülh razılaşmasından bəri ən pis toqquşmalar sayılır.

Sözü gedən razılaşma 3600 nəfərin həyatına son qoymuş otuz illik təriqətçi və siyasi qarşıdurmaya son qoymuşdu.

Olster Könüllü Qüvvəsi, Qırmızı Əl Kommandosu və Olster Müdafiə Assosiasiyası silahlı qruplaşmasının adından danışdığını bildirən Loyalist İcmalar Şurası - LCC bəyan edib ki, sözü gedən qruplar iğtişaşlarda iştirak etməyiblər.

Təşkilat tərəfdarlarını sakitliyiə çağırırb.

Lakin şura bunu da bildirib ki, Avropa İttifaqının üzvü olan İrlandiya Respublikası ilə əldə olunmuş razılaşmaya yenidən baxılmalıdır.

Loyalistlər və millətçilər

Loyalist qruplaşmalar silahlarını 1998-ci il Mübarək Cümə Razılaşması imzalandıqdan sonra təhvil vermişdilər.

Lakin LLC bildirib ki, monarxistlərin qəzəbi başadüşüləndir.

Şura Britaniya Avropa İttifaqından çıxdıqdan sonra Şimali İrlandiyada tətbiq edilən sərhəd rejimindən narazı qaldığını bəyan edib.

Monarxistlər habelə irland millətçilərin Şin Feyn qruplaşmasının ötən iyunda koronavirus karantinini pozmasına baxmayaraq cəzasız qalmasından qəzəblidirlər.

Şin Feyn karantini İrlandiya Respublika Ordusu silahlı qruplaşmasının keçmiş döyüşçüsünü dəfn edərkən pozmuşdu.

Birləşmiş Krallıq Avropa İttifaqından çıxdıqdan sonra Britaniya və onun bir hissəsi olan Şimali İrlandiya arasında bəzi mallara rüsumlar qoyulub.

Monarxistlər onlara “xəyanət” olunduğunu deyirlər

Britaniyanın baş naziri Boris Conson vəd etmişdi ki, Breksitdən sonra İrlandiya və Şimali İrlandiya arasında sərhəd açıq qalacaq.

Bu britaniyayönlü monarxistləri qəzəbləndirib, çünki hazırda sərhəd faktiki olaraq İrland dənizindən keçir. Monarxistlər Londonun onlara “xəyanət” etdiyini deyirlər.

Onlar bildirirlər ki, İrlandiya Respublikası ilə yeni protokolun imzalanmasına ehtiyac var.

Polis zorakılıqlara millətçi təşkilatların çağırış etdiyinə inanmır.

Şin Feynin lideri Meri Lu Makdonald deyib ki, o qarşıdan gələn yayda britaniyayönlü protestantların zorakı yürüşlərinin keçiriləcəyindən narahatdır.

İrlandiya Respublikasına birləşmək istəyən millətçi irlandlar bu yürüşləri təxribat hesab edirlər.

Əhalisinin böyük bir qismi irland kökənli olan ABŞ Şimali İrlandiyada baş verən hadisələri bir qayda olaraq diqqətlə izləyir.

Vaşinqton aprelin 8-də bəyan edib ki, o ABŞ-ın vasitəçiliyi ilə əldə olunmuş Mübarək Cümə Razılaşmasının Breksitin badına getməsini istəmir.

XS
SM
MD
LG