Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:56

Cənubi Koreya da Sputnik V buraxacaq


Vuhanda gecə klubu, arxiv fotosu
Vuhanda gecə klubu, arxiv fotosu

Koronavirusun ilk dəfə 2019-cu ilin sonunda aşkarlandığı Çin iqtisadi dirçəlişinin birinci rübdə sürətləndiyini bildirib

Cənubi Koreya şirkəti Rusiyanın COVID-19-a qarşı Sputnik V vaksinindən aya 100 milyon doza istehsal edəcək konsorsiuma başçılıq edəcək. Bu arada Moskva da xaricdən sifarişlərin yerinə yetirilməsi üçün istehsalı gücləndirir.

“Huons Global” şirkətinin aprelin 16-da bildirməsinə görə, konsorsium avqustda nümunələr hazırlayacaq, Rusiya Birbaşa İnvestisiya Fondunun tələblərinə çevik reaksiya verəcək. Fond vaksinin xaricdə marketinqi üçün məsuliyyət daşıyır.

Daha üç Cənubu Koreya şirkətinin daxil olduğu konsorsium yeni hasilat obyekti tikəcək, Huons bəyanatında bildirib.

“Huons Global” Sputnik V istehsalı üçün razılaşma imzalamış ikinci Cənubi Koreya şirkətidir. “GL Rapha” biotexnika şirkəti ötən ilin sonunda Rusiya fondu ilə 150 milyon dozadan artıq vaksin istehsalı üzrə razılaşma imzalayıb.

İran da Rusiya vaksini alır

Bir gün öncə İranın Moskvadakı səfirinin bildirməsinə görə, Tehran Rusiya ilə 60 milyon doza Sputnik V vaksini almaqla bağlı kontrakt imzalayıb. Kazım Cəlali dozaların İrana iyun-dekabr arası göndəriləcəyini bildirib.

İran COVID-19 yoluxmalarının yeni dalğası ilə mübarizə aparır. Dövlət televiziyasının aprelin 15-də bildirməsinə görə, 83 milyon əhalisi olan ölkədə hər dörd dəqiqədə bir nəfər COVID-19-dan ölür.

İndiyədək İranda koronavirusdan 65 min 680 ölüm, 2.1 milyondan çox yoluxma aşkarlanıb.

Hindistanın Moskvadakı səfiri də Rusiya vaksinləri haqda açıqlama verib. Səfir aprelin 16-da deyib ki, aprelin sonunadək vaksinin göndərilməsinə başlanacaq. Aprelin 12-də Hindistan Sputnik V-dən istifadəni təsdiqləyib.

Avropanın Dərman Agentliyi (EMA) isə hələ də Sputnik V-ni nəzərdən keçirir. Avropanın bir çox ölkələri vaksinasiya proqramlarını sürətləndirməyə çalışırlar.

Moskvanın Gamaleya İnstitutunun hazırladığı Sputnik V-nin COVID-19-a qarşı 91.6 faiz effektli olması “The Lancet” tibb dərgisində dərc olunmuş araşdırmada qeyd olunub.

Çin

Koronavirusun ilk dəfə 2019-cu ilin sonunda aşkarlandığı Çin isə aprelin 16-da iqtisadi dirçəlişinin birinci rübdə sürətləndiyini bildirib. Ölkədə və xaricdən tələb yüksəlir, hökumətsə daha kiçik şirkətlərə dəstəyini davam etdirir.

Ümumi daxili məhsul (ÜDM) bir il öncəylə müqayisədə birinci rübdə 18.3 faiz artıb. Ötən ilin dördüncü rübündə isə 6.5 faizlik artım qeydə alınmışdı.

Bu göstərici rəsmi rüblük statistikanın başlandığı 1992-ci ildən ən yüksək rəqəm sayılır.

Dünyada Birləşmiş Ştatlardan sonra ikinci yerdə olan Çin iqtisadiyyatı 2020-ci ilin ilk üç ayında kəskin 6.8 faiz azalmadan sonra davamlı artmağa başlayıb. Virusun qarşısını almağa yönəlik sərt tədbirlər, bizneslərə yardım, ixracın yüksəlməsi artımda rol oynayıb.

XS
SM
MD
LG