Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:30

Zelenski Putinə Donbasda görüş təklif edir


Ukrayna prezidenti Volodimir Zelenski
Ukrayna prezidenti Volodimir Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya prezidenti Vladimir Putinə Donbasda görüş təşkil etməyi təklif edib.

Müraciət Ukrayna prezidentinin rəsmi saytında və YouTube kanalında dərc olunub.

Ukrayna prezidentinin rusiyalı həmkarına müraciəti ölkəsinin şərq sərhədi boyunca yaranmış gərginlik dövrünə təsadüf edir.

Hazırda Ukrayna və Rusiya, aralarındakı sərhəd boyunca çox sayda qoşun cəmləşdiriblər.

Zelenski ölkə vətəndaşlarına xitabən deyib ki, “Ukrayna müharibə istəmir, amma özünü müdafiə etməyə hazırdır”.

Ukraynada ehtiyatda olan hərbçilər təlim məşqlərinə başlayıb
Gözlə

No media source currently available

0:00 0:03:08 0:00

Bu məhəllə davası deyil

Onun sözlərinə görə Rusiya Ukrayna ilə həmsərhəd bölgələrində əhəmiyyətli sayda qoşun və hərbi texnika cəmləşdirib.

O deyib ki, Rusiya bunu “hərbi təlimlərə hazırlıq”, bütün dünya isə “şantaj” adlandırır.

Zelenski vətəndaşları ehtirasları qızışdırmamağa və “müharibəyə başlamağı” təklif edən siyasətçilərə qulaq asmamağa çağırıb.

Ukrayn dilində etdiyi çıxışın sonunda Zelenski “şimal qonşusu” – Rusiyaya rusca müraciət edib:

"Bir dəfə Rusiya prezidenti demişdi: Əgər dava qaçılmazdırsa – birinci zərbə endirmək lazımdır. Amma məncə, bugün hər bir lider anlamalıdır ki, söhbət məhəllə uşaqlarından və xuliqanlardan yox, real müharibədən və milyonlarla insanın həyatından gedəndə dava qaçılmaz ola bilməz. Həm də dava-dalaşdan fərqli olaraq, real müharibədə bütün tərəflər itirirlər. Heç kəsi hücum edərək qorumaq olmaz”.

Donbasın istənilən nöqtəsində

Zelenski deyib ki, Ukrayna və Rusiya gələcəyə müxtəlif cür baxırlar, amma bu ölkələrin gələcək hərbi itkiləri dayandırmaq imkanı var:

“Cənab Putin! Mən bir az da irəli gedərək sizə müharibənin getdiyi Ukrayna Donbasının istənilən nöqtəsində görüş təklif eləməyə hazıram”.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, Moskva hələki bu müraciətə münasibət bildirməyib.

Rusiyanın Ukraynanın şərq sərhədlərinə və ilhaq edilmiş Krıma çox sayda hərbi qüvvə yığması Qərbi ciddi narahat edir.

Avropa İttifaqının xarici işlər komissarı Josep Borrellin təxminlərinə görə Rusiya Ukrayna sərhədlərinə 150 minədək hərbçi gətirib.

Rusiya bildirir ki, qoşunlarlın yerdəyişməsi hərbi manevrlərə hazırlıqla bağlıdır və heç bir təcavüz məqsədi güdmür.

Buna baxmayaraq, ABŞ və NATO Rusiyanı qoşunlarını Ukrayna sərhədindən geri çəkməyə çağırıblar.

XS
SM
MD
LG