Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 13:48

Prokurorluq Koçaryana qarşı cinayət işinin davam etdirilməsinə çalışır (Video)


Yolu kəsilən, rayondan qovulan Paşinyanın reytinqi necə dəyişir?
Gözlə

No media source currently available

0:00 0:15:00 0:00

Yolu kəsilən, rayondan qovulan Paşinyanın reytinqi necə dəyişir?

Ermənistanın Baş Prokurorluğu Robert Koçaryanın, Seyran Ohanyanın, Yuri Xaçaturovun və Armen Gevorkyanın “1 mart işi” üzrə cinayət təqibindən azad olunmasına dair birinci instansiya məhkəməsinin hökmündən şikayət verib.

Bu barədə məlumatı AzadlıqRadiosunun Erməni xidməti Azatutyuna prokurorluğun sözçüsü Arevik Xaçaturyan bildirib.

Keçmiş prezident və onun tabeçilyində olmuş üç nəfər aprelin 6-da cinayət məsuliyyətindən azad olunublar.

Buna səbəb Cinayət Məsəlləsinin (CM) sözü gedən fiqurantlara qarşı dövlət çevrilişi ittihamını ehtiva edən 301.1 maddəsinin Konstitusiya Məhkəməsi tərəfindən ləğvi olub.

Ermənistan Xüsusi İstintaq Xidməti 2018-ci ilin 26 aprelində Koçaryana qarşı konstitusiya quruluşunun devrilməsi ittihamını irəli sürmüşdü.

Robert Koçaryan 2008-ci il martın 1-də baş vermiş qanlı hadisələrdə ittiham edilirdi.

Keçmiş prezident bu ittihamın “qondarma və siyasi motivli” olmasını bəyan etmişdi.

Eyni CM maddəsi ilə ODKB-nin keçmiş baş katibi Yuri Xaçaturov, keçmiş müdafiə naziri Seyran Ohanyan və prezident administrasiyasının keçmiş rəhbəri Armen Gevorkyan da ittiham olunurdular.

Koçaryan siyasətə qayıtdığını deyir, amma...

Bu arada Ermənistan mediası aprelin 21-də Robert Koçaryanın öz tərəfdarları ilə görüş keçirməsindən yazır.

Bu görüş zamanı Koçaryan Dağlıq Qarabağdakı hazırkı vəziyyəti “ədalətsiz sülh” adlandırıb və deyib ki, “erməni xalqına ləyaqətli sülh lazımdır və o belə bir sülhü bərqərar etməyə hazırdır”.

Koçaryan bunu da əlavə edib ki, “ədalətsiz sülh yeni müharibəyə səbəb ola bilər”.

Xəbər verilir ki, keçmiş prezident bundan əvvəl siyasətə qayıtdığını və parlament seçkisində iştirak edəcəyini, seçkiyə blokla gedəcəyini bildirmişdi.

Ermənistanda Qloballaşma və Regional Əməkdaşlıq Mərkəzinin martda keçirdiyi rəy sorğusunun nəticələrinə görə baş nazir Nikol Paşinyanın ölkə üzrə reytinqinin 35-40 faiz olduğu bildirilir.

Rəy sorğusu reytinq üzrə ikinci olan Robert Koçaryanın 3 faiz dəstəyə malik olduğunu göstərib.

ABŞ-da mənzillənən qeyri-hökumət təşkilatı – Beynəlxalq Respublikaçılar İnstitutunun bu ilin fevralında keçirdiyi rəy sorğusuna görə isə seçicilərin 33 faizi Paşinyanın parlamentdəki “Mənim addımım” fraksiyasını dəstəkləyir.

Paşinyanı Megriyə buraxmırlar... O yenə seçiləcəkmi?
Gözlə

No media source currently available

0:00 0:03:42 0:00

Venesiya Komissiya Seçki Məcəlləsinə düzəlişləri bəyənib

Azatutyun xəbər verir ki, aprelin 22-də Venesiya Komissiyası və ATƏT-in demokratik təsisatlar və insan haqları ofisi Ermənistanda Seçki Məcəlləsinə düzəlişlər barədə təcili birgə rəyini açqılayıb

Rəydə bildirlir ki, Avropa təsisatları Seçki Məcəlləsinə nəzərdə tutulan dəyişiklikləri alqışlayırlar.

Ekspertlər bildirirlər ki, söhbət parlament seçkilərində qismən majoritar sistemin ləğvindən və tam proporsional sistemə keçilməsindən gedir.

Nikol Paşinyanın hakim fraksiyası tərəfindən irəli sürülmüş bu təklif o deməkdir ki, seçicilər iyunun 20-də yalnız partiyalara səs verəcəklər.

Venesiya Komissiyası və ATƏT DTİH ofisinin rəyində sadələşdirilmiş proporsional sistemə keçid bəyənilir.

Ekspertlərin rəyinə görə tam proporsional sistemə keçid Paşinyanın hakim “Mənim addımım” fraksiyası üçün son dərəcə əlverişlidir, çünki iqtidar partiyası rəy sorğularına görə daha böyük reytinqə malikdir.

Azatutyun xatırladır ki, prezident Armen Sarkisyan majoritar sistemin ləğvi təklifini imzası ilə təsdiqləməsə də, Konstitusiya Məhkəməsinə də müraciət etməyib.

Bu da xatırladılır ki, müxalifət partiyaları Seçki Məcəlləsinə düzəlişlərə səsvermədə iştirak etməyiblər, amma ciddi müqavimət də göstərməyiblər.

Sarkisyanlarla bağlı çəkişmələr

Azatutyun yazır ki, bu arada məhkəmə daha bir keçmiş prezidentin – Serj Sarkisyanın qardaşı oğlu Narek Sarksiyanın 25 milyon dram (48 min dollar) müqabilində zaminə buraxılması barədə vəsatəti rədd edib.

Məhkəmə dinləməsində Sarkisyanın vəkili Karen Mejlumyan deyib ki, onun müştərisinin saxlanmasına ehtiyac yox idi, çünki o bundan əvvəl 5 ay azadlıqda olsa da, heç bir qanunazidd hərəkət törətməmişdi.

Narek Sarkisyan
Narek Sarkisyan

Azatutyun yazır ki, 33 yaşlı Narek Sarkisyan narkotik maddələrin qanunsuz dövriyyəsində, habelə qanunsuz silah saxlamaqda ittiham olunur.

Onu habelə adam oğurluğunda iştirakda ittiham edirlər.

Aprelin 12-də Ermənistanın Baş Prokurorluğu keçmiş prezident Serj Sarkisyanın dövlət sirlərini açması iddiaları ilə bağlı ona qarşı cinayət işinin qaldırılması məqsədilə hərbi polisə müraciət etmişdi.

Bu barədə məlumatı AzadlıqRadiosu Erməni xidməti – Azatutyuna Baş Prokurorluğun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Arevik Xaçaturyan vermişdi.

Azatutyun xatırladırdı ki, Serj Sarkisyan Armnyuz telekanalına müsahibəsində iqtidarı müharibə vaxtı ordunu qarət etməkdə günahlandırmışdı.

XS
SM
MD
LG