Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:51

SpaceX orbitə 4 astronavt çıxarıb


SpaceX şirkətinin Falcon 9 daşıyıcı raketi aprelin 23-də Dragon kosmik gəmisi ilə orbitə 4 astronavt çıxarıb.

Gəmi astronavtları Beynəlxaql Kosmik Stansiyaya (BKS) çatdırmalıdır. Burada astronavtların 6 aylıq kosmik missiyası balşanacaq.

Bu gəmi özü ilə orbitə ilk dəfə olaraq dünyanın üç nüfuzlu kosmik agentliyinin nümayəndələrini çıxarır. Beləliklə BKS-ə iki Dragon gəmisi birləşcək.

Uçuşun startı Kanaveral burnundakı Kennedi kosmik mərkəzindən verilib.

Ötən il elə bu kosmodromdan elə bu Dragon gəmisi astronavtlar Daq HerliBob Benkenlə ilk uçuşunu etmişdi.

“Əlbəttə ki, mən səni hələ də sevirəm” platforması

Əvvəlcə aprelin 21-ə planlaşdırılan start hava şəraitinin yaxşı olmadığına görə aprelin 23-də baş tutub.

Starta dörd saat qalmış astronavtlar skafandrlarını geyiniblər.

Bundan sonra ekipaj üzvləri ilə SpaceX şirkətinin rəhbəri İlon Mask və NASA-nın inzibatçısı Stıv Yurçik görüşüblər.

Astronavtlar Dragon gəmisinə uçuşa iki saat qalmış qalxıblar.

Reuters yazır ki, Dragon orbitə çıxarıldıqdan sonra Falcon 9 raketi Atlantik okeanındakı “əlbəttə ki, mən səni hələ də sevirəm” adlı platformaya enəcək. Beləliklə, bu raketdən artıq 4-cü dəfə istifadə edilmiş olacaq.

Ekipaj

Dragon gəmisinin ekipaj üzvləri bunlardır: NASA-dan Meqan Makartur (gəmi komandiri) və Şeyn Kimbro (pilot), Avropa Kosmik Agentliyinin (ESA) astronavtı Toma Peske və Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyinin (JAXA) astronavtı Akihiko Hoside.

Meqan Makartur ixtisasca mühəndis və okeanoqrafdır. Xanım Makartur 2000-ci ildən astronavtdır. O 2009-cu ildə Shuttle gəmisinin son uğurlu uçuşuinda iştirak edib. Bu missiyadan məqsəd Hubble kosmik teleskopunu sazlamaq idi.

Şeyn Kimbro ilk uçuşunu 2008-ci ildə Shuttle gəmisində həyata keçirib. O kosmosda 189 gün qalıb.

Akihiko Hoside 1968-ci ildə Tokioda doğulub. Aviakosmik texnika və mexanika mütəxəssisidir. 2007-ci ildə STS121 missiyası ilə BKS-ə “yük” çatdırıb.

Toma Peske Fransada doğulub. Dzüdo, basketbol və üzgüçülüklə məşğul olur. 2016-cı ildə BKS-ə ilk 6 aylıq missiyasını icra edib.

Dragon gəmisinin bu missiyasından məqsəd BKS-dəki heyəti əvəz etməkdir.

Astronavtlar BKS-də 6 ay olacaq və buradakı həmkarları Mark Vande Hey, rusiyalıar Pyotr DubovOleq Novitski və Dragon gəmisinin bura daha əvvəl gətirdiyi daha dörd ekipaj üzvü ilə birlikdə işləyəcəklər.

İlk dəfə olaraq BKS-ə iki Dragon gəmisi birləşəcək. Daha bir Crew Dragon Resilience gəmisi bura ötən ilin noyabrında gəlib.

XS
SM
MD
LG