Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 08:38

Braziliya Sputnik V-ni rədd edir


Braziliyada ölü sayı 340 minə çatanda qurbanlar belə yad olundu
Braziliyada ölü sayı 340 minə çatanda qurbanlar belə yad olundu

“Anvisa” üçün əsas məsələ məhz vaksində adenovirusun olması, onun çoxala biləcəyi sarıdan narahatlıqdır

Kremlin sözçüsü Dmitri Peskov aprelin 27-də deyib ki, Rusiya Braziliyaya gərəkən datanı göndərməyə hazırdır.

“Təmaslar davam edəcək, müəyyən data çatmırsa, veriləcək, buna hər hansı şübhə olmamalıdır”, – Peskov jurnalistlərə bildirib.

Dünya Səhiyyə Təşkilatının sözçüsünün aprelin 27-də Cenevrədə deməsinə görə, qurum hələ də Rusiyanın hazırladığı vaksini müzakirə edir və dərmanın klinik datasını dəyərləndirməkdən ötrü tarix müəyyən etməyib.

***

Braziliyanın səhiyyə orqanı Rusiyadan COVID-19-a qarşı Sputnik V vaksini idxal etməkdən imtina edib. Qurumun texniki heyəti vaksinin “özünəməxsus riskləri”ni, həm də təhlükəsizliyi, keyfiyyəti və effektinə dair informasiya qıtlığını əsas gətirib.

“Risklər” böyükdür

“Anvisa” adlanan qurum aprelin 26-da yekdilliklə Rusiya vaksinini təsdiq etməyib. Koronavirusun ikinci dalğası ilə mübarizə aparan vilayət qubernatorları qurumdan vaksini təsdiqləməyi xahiş etmişdi.

Koronavirus ölkədə boşanmaların da sayını artırıb
Gözlə

No media source currently available

0:00 0:14:09 0:00

“Milyonlarla braziliyalının gərəkən keyfiyyət, təhlükəsizlik və effekt sınağı olmayan məhsullardan istifadəsinə icazə verə bilmərik”, – qurumun prezidenti Barra Torres vurğulayıb.

Qurumun sağlamlığın monitorinqi üzrə baş meneceri Ana Karolina Moreyra Marino Araujo deyib ki, təqdim olunan sənədlər, birbaşa yoxlamalardan əldə olunan data, digər tənzimləyicilərdən alınmış informasiya “özünəməxsus risklərin” böyük olduğunu göstərir.

Sputnik V dünyanın bir sıra ölkələrində təsdiqlənib. Moskvanın Gamaleya İnstitutunun hazırladığı vaksinlə bağlı ilkin mərhələdə beynəlxalq miqyasda skeptisizm vardı. Amma ilin əvvəlində “The Lancet” tibb dərgisindəki məqalədə vaksinin təhlükəsiz, COVID-19-a qarşı 91.6 faiz effektli olduğu bildirildi.

Adenovirus amili

Sputnik V adi soyuqdəyməyə səbəb olan insan adenovirusuna əsaslanan vektor texnologiyalı vaksindir.

“Anvisa” üçün də əsas məsələ məhz vaksində adenovirusun olması, onun çoxala biləcəyi sarıdan narahatlıqdır. Qurumun dərmanlar və bioloji məhsullar üzrə meneceri Qustavo Mendes bunu “ciddi” qüsur adlandırıb.

Braziliyada vaksinasiya proqramı ləng gedir, vaksinlərin alınmasında çətinliklər var. Yeni yoluxmalar isə səhiyyə sisteminə böyük təzyiq yaradır.

İndiyədək ölkədə 14.4 milyon yoluxma və 400 minə yaxın ölüm qeydə alınıb və ölkə Birləşmiş Ştatlardan sonra ikinci yerdədir.

Braziliyada 27.3 milyon nəfərə, əhalinin təxminən 13 faizinə vaksinin azı bir dozası vurulub.


Sputnik V-nin Avropa “macəraları”

Sputnik V hazırda Avropa Dərman Agentliyi (EMA) tərəfindən nəzərdən keçirilir, hələlik təsdiqlənməyib. Qurum sınaqlar və hazırlanma prosesi haqda əlavə informasiya istəyib.

AB üzvü Macarıstan isə artıq bu vaksindən istifadə etməyə başlayıb.

Slovakiya da dozalar sifariş edib. Amma aprelin 7-də Dərmanlara Nəzarət üzrə Dövlət İnstitutu bildirib ki, Rusiya vaksininin effekti və riskləri ilə bağlı suallar qalır, əsas səbəb də istehsalçının adekvat informasiya verməməsidir. Buna görə də ölkədə vaksinin paylanması yubanır.

İnstitut bir gün sonra bəyan etdi ki, onun nəzərdən keçirdiyi Sputnik V dozaları EMA-nın yoxladığı deyil, “The Lancet”in araşdırdığı dozalarla eynidir.

XS
SM
MD
LG