Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:19

Ekspert Sergey Lavrovun səfəri üçün ‘sürprizlər var’ deyir


Azərbaycan prezidenti İlham Əliyev və Rusiyanın xarici işlər naziri Sergey Lavrov, 21 noyabr 2020
Azərbaycan prezidenti İlham Əliyev və Rusiyanın xarici işlər naziri Sergey Lavrov, 21 noyabr 2020

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun mayın 10-da Azərbaycana işgüzar səfər edəcəyi gözlənir.

Bu barədə brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.Onun sözlərinə görə, S.Lavrov Azərbaycan rəhbərliyi ilə danışıqlar aparacaq.Mayın 5-6-da isə o, Ermənistanda olmalıdır Sergey Lavrov Azərbaycana nə üçün gəlir?

Milli Məclisin üzvü Elman Məmmədov “Turan” İnformasiya Agentliyinə bildirib ki, Azərbaycan-Rusiya münasibətləri geniş spektrlidir:

«Cənab Lavrov da Xarici İşlər naziridir. Bu səfər yəqin ki, dövlətlərarası müəyyən diplomatik məsələlərlə bağlıdır. Məlumat var ki, S.Lavrov bura gəlməmişdən qabaq Ermənistana gedəcəkdir. Sonra qayıdacaq Moskvaya, sonra isə Azərbaycana gələcək».

Elman Məmmədov, 2017
Elman Məmmədov, 2017

«Qarabağda mövcud olan vəziyyət, orada qalan silahlı birləşmələr…”

Deputatın fikrincə bu gediş-gəliş onu deməyə əsas verir ki, bu, birbaşa Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı səfərdir:

«Qarabağda bu gün mövcud olan vəziyyət, orada qalan silahlı birləşmələr və yaxud da orada hələ də fəaliyyətini davam elətdirən cinayətkar separatçı qurum ( Azərbaycan Baş Prokurorlugu tanınmayan “Dağlıq Qarabağ Respublikasinin” rəhbər şəxsləri haqqında cinayət işi qaldırıb,onları müharibə cinayətlərində günahlandıraraq beynəlxalq axtarışa verib.Amma qarşı tərəf iddiaları qəbul etmir) Bu qurumun sülhməramlılarla əlaqələri, rəsmi olmasa da, qeyri-rəsmi qaydada Moskvanın bu qurumu bir növ müdafiə edib öz himayəsi altında saxlaması kimi məsələlər təbii ki, müzakirə olunacaq».

E.Məmmədov hesab edir ki, çox ciddi məsələlər müzakirə olunacaq:

«Xüsusilə də Ermənistandakı vəziyyət, revanşist qüvvələr, onların hələ də düzgün yol seçməmələri, Rusiyanın siyasətində, hətta Dumada bəzi qruplaşmaların onları müdafiə etməsi müzakirə predmeti ola bilər».

Deputatın vurğulamasına görə, Fransanın bu məsələdə mövqeyi, ABŞ Prezidentinin Osmanlıda 1915-ci il hadisələrinə «soyqırım» deməsi, eyni zamanda ABŞ-Rusiya arasında gərginliyinin artması, Azərbaycanın bu məsələyə münasibəti, və Rusiyaya yeni sanksiyaların tədbiqi müzakirə oluna bilər.

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə hesab edir ki, Sergey Lavrovun səfər trayektoriyası çox maraqlıdır: «O, mayın 5-6-sı Yerevana gedib qayıdır Moskvaya, sonra isə Bakıya gəlir. Yəni, o birbaşa Ermənistandan Bakıya gələ bilərdi və bu vaxt baxımından daha sərfəli olardı».

Elxan Şahinoğlu, Bakı, 24 fevral 2010
Elxan Şahinoğlu, Bakı, 24 fevral 2010

«Rusiya prosesi yenə də nəzarətdə saxlamaq istəyir”

Politoloqun fikrincə, bu onu göstərir ki, müəyyən sürprizlər var.

«Rusiya prosesi yenə də nəzarətdə saxlamaq istəyir. O görür ki, Azərbaycan onun siyasətindən narazıdır və bəzi məsələləri yəqin ki, Azərbaycanı sakitləşdirmək üçün nəzərdən keçirir».

Ekspert qeyd edib ki, digər tərəfdən Rusiya Türkiyə planlarından ehtiyat edir: «Çünki Lavrovdan sonra Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğan Azərbaycana gələcək və Ərdoğan anons verib ki, Azərbaycanla birgə addımlar üzərində iş gedir».

Qarabağ ətrafında nə baş veri? Fransa Qarabağda fəallaşmaq istəyir
Gözlə

No media source currently available

0:00 0:04:21 0:00

“Azərbaycan heç vaxt S. Lavrovun səfərlərindən fayda görməyib”

E.Şahinoğlunun vurğulamasına görə, zaman göstərdi ki, Azərbaycan heç vaxt S. Lavrovun səfərlərindən fayda görməyib:

«2016-cı ildə aprel savaşları zamanı Bakıya gəlib bizi inandırıb ki, döyüşlər dayandırılsa Ermənistan lazım olan addımları atacaq. Amma heç bir iş olmadı. Mən bu səfərdən bir fayda olacağını zənn etmirəm».

Xatırlatma

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.Bu atəşkəsd övründədə zaman -zaman cəbhədə ağır silahlar işə düşüb.O cümlədən 2016-cıilin aprelində.

2020-ci ildə isə 44 gün davam edən İkinci Qarabağ müçaribəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə, ətraf yeddi rayona və bəzi qəsəbələrə nəzarəti ələ aldı.Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirildi.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin isə tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

XS
SM
MD
LG