Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 14:20

Kalesnikavaya yekun ittihamlar bəlli oldu


Mariya Kalesnikava
Mariya Kalesnikava

Sentyabrda həbs olunmuş Kalesnikava özünə qarşı ittihamları siyasi motivli hesab edir

Belarus müxalifətçisi Mariya Kalesnikavaya saxlanandan səkkiz ay sonra yekun ittihamlar bəlli olub. O, əhalini Alyaksandr Lukaşenkanın prezident elan olunduğu seçkinin nəticələrinə etiraz etməyə çağırmaqda suçlanır.

Kalesnikavanın həmkarları mayın 13-də AzadlıqRadiosu-nun Belarus xidmətinə deyiblər ki, rəsmi sənədlərə görə, müxalifətçi hakimiyyəti qeyri-konstitusion vasitələrlə ələ keçirməyi planlaşdırmaqda, milli təhlükəsizlik əleyhinə ictimai çağırışlarda, ekstremist qrup yaradaraq ona rəhbərlik etməkdə suçlanır.

Təqsirli bilinsə, Kalesnikava 12 il azadlıqdan məhrum edilə bilər.

İttihamları siyasi motivli sayır

O, müxalifətin Koordinasiya Şurasının aparıcı üzvüdür. Şura avqustda prezident seçkisindən sonra hakimiyyətin transferini yüngülləşdirmək məqsədilə təsis olunub. Müxalifət seçkinin saxtalaşdırıldığını deyir, Qərb nəticələri qəbul etməyib.

Sentyabrda həbs olunmuş Kalesnikava özünə qarşı ittihamları siyasi motivli hesab edir.

O, sentyabrda Minskin mərkəzində maskalılar tərəfindən oğurlanıb, iki həmkarı ilə Ukrayna sərhədinə gətirilib və onlara ölkəni tərk etmək əmri verilib. Lakin Kalesnikava özünü maşının pəncərəsindən ataraq pasportunu cırıb və beləliklə onu ölkədən deportasiya etmək mümkün olmayıb. Kalesnikavanın iki yoldaşı Ukrayna ərazisinə keçib.

Seçkidən sonra Belarusda kütləvi nümayişlər davam edib. Lukaşenka isə etirazçılara divan tutub, 30 minədək insan saxlanıb, çoxu uzunmüddətli həbsə məhkum edilib, yüzlərlə insan döyülüb, öldürülənlər olub, jurnalistlər hədəfə alınıb.

1994-cü ildən Belarusu idarə edən Lukaşenka və digər aparıcı rəsmilər Qərbin sanksiyaları ilə üzləşib. Qərb onu ölkənin legitim lideri kimi tanımayıb.

XS
SM
MD
LG