Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:00

DTX ABŞ Dövlət Departamentinin narahatlığına niyə reaksiya verib?


Dövlət Təhlükəsizlik Xidməti
Dövlət Təhlükəsizlik Xidməti

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin öz vətəndaşlarına Azərbaycana səyahətlə bağlı xəbərdarlığına münasibət bildirib.

DTX qeyd edir ki, Azərbaycan ərazisində terror təhlükəsinin olması ilə bağlı məlumatlar əsassızdır:

“Amerika Birləşmiş Ştatlarının Dövlət Səyahət Departamentinin rəsmi internet səhifəsində ABŞ vətəndaşlarına Azərbaycanda “COVİD-19” koronavirus infeksiyası və yüksək terror təhlükəsi riski ilə əlaqədar məlumat verilib, onlara ciddi zərurət olmadığı təqdirdə ölkəmizə səyahət etməmələri tövsiyə olunub. Qeyd olunan məlumat sosial media resurslarının Azərbaycan seqmentində yayılıb”.

Qurum bəyan edir ki, Azərbaycan ərazisində terror təhlükəsinin olması ilə bağlı verilən bu kimi məlumatlar həqiqəti əks etdirmir və tamamilə əsassızdır:

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu hüquq-mühafizə və təhlükəsizlik siyasəti nəticəsində ölkəmizdə yaradılmış dayanıqlı sabitlik və əmin-amanlıq vətəndaşlarımızın, həmçinin Azərbaycana gələn əcnəbilərin təhlükəsizlik şəraitində yaşamasına təminat verir. Hazırda ölkəmizə səyahət etmək istəyən şəxslər üçün hər hansı terror təhlükəsi riski mövcud deyildir”.

Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin xəbərdarlığında bu ölkənin vətəndaşlarına Azərbaycana və Ermənistana səfər etməməsi tövsiyə edilib.

ABŞ Azərbaycanla bağlı səfər məsləhətlərini ən yüksək səviyyəyə, 4-cü səviyyəyə (qırmızı) qaldırıb və vətəndaşlarına səfər etməməyi tövsiyə edib.

Qurum xəbərdarlıqda səbəb kimi koronavirus və sərhəddəki (Ermənistanla) gərginlik, terror təhlükəsini göstərib.

Dövlət Departamentinin tövsiyələrində nə deyilir?

ABŞ Dövlət Departamenti mayın 18-də Azərbaycana və Ermənistana səfər tövsiyələrini dərc edib.

Dövlət Departamenti ABŞ Xəstəliklərə Nəzarət və onların Profilaktikası Mərkəzinin məlumatı əsasında COVID-19-la bağlı hər iki ölkəni səfər üçün ən yüksək təhlükə kateqoriyasına daxil edib.

Lakin Dövlət Departamentinin məlumatında koronavirus yeganə təhlükə mənbəyi olaraq göstərilmir.

Məlumata görə Azərbaycanda uzun müddətdir ki, terrorçu qruplardan və onların bu ölkədə mümkün hücumlar təşkil edə biləcəyi ehtimalından qaynaqlanan risklər mövcuddur.

“Bu səbəbdən də Azərbaycan-İran sərhədinə lüzumsuz səfərlərdən çəkinin. Burada terrorçular çox az və yaxud heç xəbərdarlıq etmədən turist məkanlarını, nəqliyyat qovşaqlarını, bazar/ticarət mərkəzlərini, yerli hökumət binalarını, otelləri, restoranları, ibadət yerlərini, parkları, böyük idman və mədəniyyət tədbirlərini, təhsil müəssisələrini, hava limanlarını və başqa ictimai yerləri hədəfləyə bilərlər”.

Tövsiyələr bir qədər fərqlənir

Dövlət Departamentinin məlumatında Dağlıq Qarabağa və ətraf ərazilərə oralarda bu yaxınlarda baş vermiş döyüşlərə görə səfərlər tövsiyə olunmur.

Bu da qeyd edilir ki, adı çəkilən bölgədə intensiv döyüşlərin ardınca ölüm insidentləri baş verir.

Məlumatda vurğulanır ki, Dağlıq Qarabağ bölgəsinə girişin məhdudlaşdırılması səbəbi ilə ABŞ hökuməti bu regionda Amerika vətəndaşlarına təcili xidmətlər göstərə bilmir:

“Azərbaycanın Ermənistanla sərhədində xüsusilə ehtiyatlı olun. Agah olun ki, yolun bəzi hissələri heç bir nişan olmadan beynəlxalaq sərhədləri aşa bilər. Yollarda yoxlama-buraxılış postları ola bilər və yaxud xəbərdarlıqsız səfər edənlər üçün yollar bağlı ola bilər”.

ABŞ Dövlət Departamentinin Ermənistana səfər tövsiyəsində də COVID-19 təhlükəsi əsas gətirilir.

Dağlıq Qarabağa və ətraf bölgələrə səfərlər tövsiyə edilmir.

Ermənistana dair tövsiyələrdə terror təhlükəsi barədə heç nə deyilmir, lakin Ermənistan-Azərbaycan sərhədi boyunca ehtiyatlı olmaq məsləhət görülür.

XS
SM
MD
LG