Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 01:00

Azərbaycandan 14 milyon funt sterlinq gətirən ər-arvadın adları niyə açıqlanmır? - Qərb mediası


İngiltərədə xüsusilə mühüm işlərə baxan Uestminiter məhkəməsi
İngiltərədə xüsusilə mühüm işlərə baxan Uestminiter məhkəməsi

Britaniyanın Milli Cinayət Agentliyi (NCA) The Evening Standard qəzetinin Londonda yaşayan ər-arvadın adlarının açıqlanması uğrunda mübarizəsinə qoşulub.

Bu cütlük ölkəyə “Azərbaycanın pulyuyan maşınından” 14 milyon funt sterlinq (20 milyon dollar) gətirməkdə ittiham olunur.

NCA sözü gedən ər-arvadın adları üzərindən məxfiliyin qaldırılması üçün çəkişməyə tanınmış vəkil Conatan Hollu da cəlb edib.

Xəbər verilir ki, Londondakı Uestminister mülki məhkəməsi bu ilin sonunadək müsadirə prosesinə hazırlaşır.

NCA ər və arvadın 10-dək bank hesablarında olan 6.5 milyon funt sterlinqin müsadirəsinə çalışır.

The Evening Standard qəzeti artıq az qala iki ilə yaxındır ki, sözü gedən ər və arvadın adları üzərindən məxfiliyin qaldırılması uğrunda məhkəmə çəkişməsindədir.

Bu da bildirilir ki, ər-arvadın Londonda milyonlarla funt sterlinqlik daşınmaz əmlakı və müxtəlif banklardakı pulları dondurulub.

X və Y

The Evening Standard yazır ki, NCA indiyədək qəzetlə ər-arvadın adlarının açıqlanmasını bloklamış məhkəmə arasında gedən çəkişmədə rəsmi neytrallıq nümayiş etdirib.

Hakim qəzetin “ictimai maraq kəsb edən mövzunu araşdrıdığını” etiraf edib və Birləşmiş Krallığa çirkli pulların axınından “narahat olduğunu” deyib.

Buna baxmyaraq məhkəmə ər və arvadın adlarının açıqlanmasına qoyduğu qadağanı qaldırmayıb.

Nəhayət Britaniya Milli Cinayət Agentliyi də neytral mövqeyini dəyişərək qəzetin tərəfinə keçib.

NCA bu işi aparması üçün “çirkli pullar” sahəsində ixtisaslaşmış cənab Hollu vəkil tutub.

Cənab Holl məhkəməyə geniş vəsatət təqdim edib. Vəkil bildirib ki, sənədlərdə şərti olaraq XY adlandırılan ər və arvad adlarının məxfi saxlanmasının zəruriliyini əsaslandıra bilməyiblər.

Vəsatətdə deyilir ki, əvvəlki neytral mövqeyini dəyişən hüquq-mühafizə orqanı - NCA də məhkəmənin açıq keçirilməsini istəyir.

Adlar onsuz da sənədlərdə var

Cənab Holl bildirib ki, xanım Y Britaniyada məhdud məsuliyyətli şirkətin (MMC) direktoru olub və bu mənada onun adı ictimaiyyət üçün açıq olan mənbələrdə onsuz da var.

Bu da qeyd olunub ki, ər-arvad Azərbaycandakı biznesləri üçün də MMC-lərdən istifadə ediblər. Başqa sözlərlə onların adları bu MMC-lərə aid sənədlərdə də yer almalıydı.

Vəkil qeyd edib ki, ödəniş tələbnamələrindən birində xanım Y-in pasport nömrəsi və başqa şəxsi məlumatları da var.

Holl bu qənaətə gəldiyini bildirib ki, bu ər və arvadın biznes və maliyyə fəaliyyətlərində məxsusi bir məxfilik olmayıb.

Vəkil habelə cütlüyün vəkilinin müsadirə məhkəməsinin də qapalı aparılması barədə vəsatətini rədd edib.

Holl yazır ki, bu, “açıq ədalət prinsipinin əsassız pozuntusu” olardı.

Vəkil məhkəməyə təqdim etdiyi sənəddə bildirir ki, bu işə çirkli pulların yuyulması və ya dələduzluqla bağlı başqa işlərlə fərq qoyulması üçün heç bir əsas yoxdur.

“Müqəvva” direktorlar

NCA cütlüyü Azərbaycanda “hakim elita” tərəfindən qanunsuz əldə olunmuş pulu direktorları “müqəvva” (qondarma) olan şirkətlər vasitəsilə yumaqda ittiham edir.

Sənəddə qeyd olunur ki, bir hissəsi İbizaya qadın modellərin gətirilməsi və özəl təhsil haqqının ödənməsi üçün istifadə olunmuş bu pullar Britaniyaya Estoniya və Latviya bankları vasitəsilə silsilə qəliz tranşlarla gətirilib.

Bu da qeyd olunur ki, bu iş üzrə keçən 21 şirkətin bir neçəsi “Azərbaycanın pulyuyan maşınında” bundan əvvəlki iştirakı ilə tanınır.

The Evening Standard yazır ki, ər-arvadın vəkili Ceyms Luis işə yeni prosesdə baxılması üçün müraciət edib və bu dəfə dinləmənin tam qapalı keçirilməsində israr etməyib.

Amma o adların üzərindən məxfiliyin qaldırılması əleyhinə olduğunu bildirib.

XS
SM
MD
LG