Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 13:49

ABŞ Açıq Səmalar Müqaviləsinə qayıtmayacaq


ABŞ hərbi hava qüvvələrinin Boeing OC-135B təyayrəsi Açıq Səmalar missiyasında (Arxiv fotosu)
ABŞ hərbi hava qüvvələrinin Boeing OC-135B təyayrəsi Açıq Səmalar missiyasında (Arxiv fotosu)

Rusiya bildirir ki, Vaşinqtonun silahlara nəzarət sazişinə qayıtmamaqla bağlı qərarı gələn ay iki ölkə liderinin planlaşdırılan sammitində silahlara nəzarət məsələsinin müzakirəsinə kölgə salır. Sözügedən saziş onlarla üzv ölkənin bir-birinin hava məkanına silahsız nəzarət uçuşlarına imkan verir.

Xarici işlər nazirinin müavini Sergey Ryabkov bu haqda mayın 28-də danışıb.

“Biz yalnız təəssüf edə bilərik”, – bunu isə Kremlin sözçüsü Dmitri Peskov deyib. Onun sözlərinə görə, Rusiya və ABŞ-ın nəzarəti olmasa, pakt özünün “əhəmiyyətini əsasən itirəcək”.

***

Birləşmiş Ştatlar Rusiyaya Açıq Səmalar Müqaviləsinə təkrar qoşulmayacağı barədə məlumat verib.

Bu müqavilə ona üzv ölkələrin bir-birlərinin üzərindən silahsız uçaraq müşahidə aparmasına imkan verir.

ABŞ dövlət katibinin müavini Uendi Şerman bu barədə məlumatı rusiyalı həmkarına mayın 27-də bildirib.

Dövlət Departamentinin sözçüsü deyib ki, bu müqavilə Rusiyanın onun şərtlərini pozması üzündən əhəmiyyətini itirib.

Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın bildirişini aldığını təsdiq edib.

Tramp administrasiyası silahlara nəzarət və yoxlama imkanı verən bu müqavilədən ABŞ-ı ötən noyabrda çıxarıb.

ABŞ Rusiyanı müqaviləni pozmaqda ittiham edib.

Bayden administrasiyası bu müqaviləyə təkrar qayıdışı nəzərdən keçirirdi, amma mayın 27-də verilmiş məlumat razılaşmanın başa çatdığını göstərib.

Dövlət Departamentinin bəyantında deyilir ki, Birləşmiş Ştatlar müqaviləni bir daha nəzərdən keçirdikdən sonra ona təkrar qoşulmamaq qərarına gəlib.

NATO-nun ABŞ-dan nə sirri?

Bəyanatda deyilir ki, Rusiyanın Ukraynaya qarşı təcavüzü də daxil son davranışları onun etibarlı partnyor olmadığını göstərir.

Ötən il Rusiya Tramp administrasiyasının qərarına cavab olaraq müqaviləni tərk edəcəyini bildirmişdi.

Rusiya Açıq Səmalar Müqaviləsindən çıxacağını bildirdikdən sonra Dövlət Duması bu qərarı ratifikasiya edib.

Rusiya Federasiya Şurasının da eyni qərarı iyun ayında qəbul edəcəyi gözlənilir.

Prezident Vladimir Putin bu qərarı imzalayandan 6 ay sonra Rusiya müqavilədən çıxmış sayılacaq.

ABŞ-ın Avropadakı müttəfiqləri müqavilənin saxlanmasına tərəfdar idilər.

Bu müqaviləni xilas etməyə çalışan Rusiya NATO üzvü ölkələrdən uçuşlar zamanı əldə olunan informasiyanın ABŞ-a ötürülməyəcyinə dair zəmanət almağa çalışsa da, bu niyyətinə çatmamışdı.

XS
SM
MD
LG