Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 11:37

Nərminin atası ona pul təklif olunduğunu bildirir


İlkin Süleymanov məhkəməyə gətirilir
İlkin Süleymanov məhkəməyə gətirilir

Bu gün, iyunun 1-də Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə 10-yaşlı Nərmin Quliyevanı öldürməkdə ittiham olunan İlkin Süleymanovun məhkəməsi başlayıb.

"Burada deyilir ki, mən işgəncələrə məruz qalmamışam. Mən istintaq təcridxanasına gətiriləndə orada şəkillərimi, videomu çəkdilər. Həmin foto- və videoçəkilişlər məhkəməyə təqdim olunsun", - o, prosesdə bildirib.

İ.Süleymanovun bu xahişini nəzərə almayan hakim D.İmanov vəkil Əlibaba Rzayevin iclasda video və fotoçəkiliş aparılması ilə bağlı vəsatətini də təmin etməyib.

Tovuzda yanmış cəsədi tapılan qızla bağlı səs yazısı yayılıb...
Gözlə

No media source currently available

0:00 0:01:59 0:00

Daha sonra vəkillər İ.Süleymanovun həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı vəsatət veriblər. Lakin bu vəsatət da təmin olunmayıb.

Vəkillərin digər vəsatəti şahidlər siyahısına 10 şahidin əlavə olunması ilə bağlı olub. Dövlət ittihamçısı həmin şahidlərdən birinə etiraz edərək məsələni məhkəmənin öhdəliyinə buraxdığını söyləyib. Məhkəmə isə bu vəsatəti baxılmamış saxlayıb.

"Elə bildim ki, digər nənəsigildədir"

Zərərçəkmişin hüquqi varisi kimi tanınan Nərmin Quliyevanın atası Şərif Quliyev isə bildirib ki, 2019-cu il noyabrın 21-də məktəbdən gələndən Nərminə əmisigildən gödəkcəsini gətirməyini tapşırıb: "Dedim ki, gözlə bacın məktəbdən qayıtsın, bir yerdə gedərsiniz. Nərmin isə tək getdi".

Nərmin Quliyevanın qətli: AzadlıqRadiosunun hadisə yerindən reportajı
Gözlə

No media source currently available

0:00 0:03:42 0:00

Atasının sözlərinə görə, bir saat keçib, Nərmin gəlməyib, digər qızını onun dalınca göndərib, həmin qızı gödəkcəni gətirib, amma Nərmini görmədiyini söyləyib: "Elə bildim ki, digər nənəsigildədir".

O deyib ki, axşam saat 7-də qardaşı qızının xeyir işi ilə əlaqədar qonşu kəndə gedib: "Axşam 9-dan sonra qaynanamgilə gəldim, Nərmini axtardıq, amma o tapılmadı. Saat 10-dan sonra 102 Xidmətinə zəng etdim".

Ş.Quliyev məhkəmə ifadəsində təqsirləndirilən şəxsin qohumlarından birinin ona pul təklif etdiyini, amma bundan imtina etdiyini söyləyib.

Hələlik, bu ittihama təqsirləndirilən şəxsin qohumlarından münasibət almaq mümkün olmayıb. Amma İ.Süleymanovun ailəsi və yaxınları onun bu ölüm işində iştirakını qəti olaraq təkzib edirlər.

Məhkəmə prosesi iyunun 16-a təxirə salınıb.

"Oğlumuz günahsızdır" - İlham Əliyevlə görüşə cəhd etdilər
Gözlə

No media source currently available

0:00 0:01:16 0:00

Xatırlatma

10-yaşlı Nərmin Quliyeva 2019-cu ilin noyabrın 21-də yaşadığı Dondar Quşçu kəndində itkin düşüb. Yanvarın 6-da kənddə onun yandırılmış meyiti tapılıb. Yanvarın 10-da Daxili İşlər Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayaraq N.Quliyevanın qətlində şübhəli bilinən 47-yaşlı İlkin Süleymanovun saxlandığını, onun ilkin ifadəsində cinayəti etiraf etdiyini açıqlayıb. İ.Süleymanova qarşı Cinayət Məcəlləsinin (CM) 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) və 145.2.3 (yetkinlik yaşına çatmayan şəxsi qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə ittiham irəli sürülüb. CM-in 145.2.3 maddəsində 3 ildən 5 ilədək, 120.2.9 maddəsində isə 14 ildən 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

İ.Süleymanov özü isə saxlandıqdan sonra işgəncəyə məruz qaldığını bildirib. Onun bu barədə söylədikləri ilə əlaqədar vəkilləri Baş Prokurorluğa şikayət edib, buna görə məsuliyyət daşıyan vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasını istəyiblər. Amma Baş prokurorun birinci müavini Rüstəm Usubov onda belə nəticəyə gəlib ki, şikayət əsassızdır, ona görə də cinayət işi başlanmasının rədd olunması haqda qərar imzalayıb.

XS
SM
MD
LG