Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 02:34

Rusiyalı ekspertlər Şuşa bəyannaməsi barədə nə düşünürlər?


Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Recep Tayyip Erdoğan
Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Recep Tayyip Erdoğan

Rusiyanın İzvestiya qəzeti Türkiyə prezidenti Recep Tayyip Erdoğanın Azərbaycana, ölkənin işğaldan azad edilmiş ərazilərinə səfəri, onun prezident İlham Əliyevlə keçirdiyi danışıqlar və iki lider arasında imzalanmış Şuşa Bəyənnaməsinə dair təhlili yazı dərc edib.

Məqalədə deyilir ki, bu səfərin əsas epizodu iki ölkə arasında müttəfiqlik münasibətləri barədə sənədin imzalanması olub.

Sənəddə deyilir ki, Bakı və Ankara, əgər onlara qarşı üçüncü bir ölkədən təhlükə yaranarsa birgə hərəkət edəcəklər.

Bu sənəddə habelə iki ölkənin təhlükəsizlik şuralarının müntəzəm müştərək iclaslarının keçirilməsi nəzərdə tutulur.

Məqalənin müəllifi, jurnalist İqor Karmazin yazır ki, Azərbaycan Sovet İttifaqının çökməsindən və müstəqilliyini elan etməsindən dərhal sonra Bakı Ankara ilə sıx əlaqələr qurmağa başlayıb.

Məqalədə deyilir ki, Türkiyə artıq birinci Qarabağ müharibəsində də öz müttəfiqini dəstəkləyirdi.

Qeyd olunur ki, bu müharibədə Azərbaycanın məğlubiyyətindən sonra münasibətlərdə durğunluq dövrü başlamışdı və bu dövr 2011-ci ildə başa çatıb.

Ankaranın ambisiyaları

Qəzetin yazdığına görə o vaxt İzmirdə iki ölkə arasında yüksək səviyyədə strateji əməkdaşlıq danışıqları keçirilib.

Məqalədə deyilir ki, məhz bundan sonra iki ökə arasında hərbi əməkdaşlıq və əlaqələr intensivləşib, minlərlə azərbaycanlı kursant Türkiyənin hərbi məktəblərini bitirib, iki ölkənin silahlı qüvvələri hər il 15-dək birgə təlimlər keçirib.

İzvestiya qəzeti yazır ki, 2020-ci ilin ikinci müharibəsində Azərbaycanın qələbəsi bütün bu fəaliyyətlərin bəhrəsi olub.

Məqalədə deyilir ki, Ankaranın bu məsələdə “uzunmüddətli ambisiyaları da heç kəs üçün sirr deyil”.

Erdoğan bu səfəri zamanı Azərbaycanda Türkiyə hərbi bazası açılmasının mümkünlüyünü istisna etmədiyini bildirib. O deyib ki, “bu ideyanın inkişaf etdirilməsi mümkündür”.

Bəyannamə müqavilə deyil

Qəzetin yazdığına görə ekspertlər deyirlər ki, zahirən Türkiyə prezidentinin Azərbaycana səfəri uğurlu görünür.

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Qafqaz və regional təhlükəsizlik üzrə aparıcı elmi əməkdaşı Nikolay Silayev bunu belə ifadə edib:

“Türkiyənin Qarabağ qələbəsindəki rolu, iki ölkənin sıx partnyorluğu bir daha nümayiş etdirilib. Bütün bunlar yaxşı təqdim olunub, ictimaiyyət üçün yaxşı oynanıb”.

Bununla belə ekspert deyib ki, səfər bir sıra suallar da doğurub:

“Ən əsası – Azərbaycan və Türkiyə niyə müqavilə yox, bəyannamə imzalayıblar? Bəyannamə tərəfləri heç nəyə öhdəlikli etmir. Bu, əslində niyyət bəyanatıdır. Real hərbi ittifaqlar bəyannamələrlə deyil, müqavilərlə yaradılır”.

Ekspertin fikrincə, Bakı, ola bilsin “Türkiyənin sıx ağuşunun” təhlükəsini dərk edir:

“Həddindən artıq sıx ittifaq müstəqilliyə, Azərbaycan elitasının müstəqilliyinə təhlükə yaradır. Ola bilsin ki, bir səbəb də Bakının, keçmiş sovet məkanında özünün daxil olmadığı hərbi ittifaqlara neqativ baxan Moskva ilə münasibətləri korlamaq istəməməsidir”.

Türkiyəli alim: "Şuşa bəyannaməsi"hərbi ittifaq müqaviləsidir"
Gözlə

No media source currently available

0:00 0:03:32 0:00

Altılıq platforma işləmir?

Silayev habelə diqqəti Erdoğanın bu səfəri zamanı özünün Qafqazda “altılıq platforma” yaradılmasına çağırışını təkrar səsləndirməsinə çəkir:

“O ilk dəfə belə təşəbbüslə dekabrda çıxış etmişdi. Belə çıxır ki, bu yarım ildə irəliləyiş baş verməyib. Mənim nəzərimdə bu, həmin ideyanın öləziməsini göstərir”.

Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktor müavini Aleksandr Skakov deyir ki, Qarabağ müharibəsindən sonra Türkiyə Qafqazdakı mövqelərini möhkəmləndirib:

“Türkiyə və Azərbaycan arasında təmas daha möhkəm olub. Təbiidir ki, Türkiyə bu alyansda aparıcı rol oynayır. Sual bunun Azərbaycana sərf edib-etməyəcəyindədir. Bu, Bakının yaxın vaxtlardakı davranışlarından məlum olacaq”.

XS
SM
MD
LG