Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:43

Ağ Ev-in sözçüsü Ukraynaya hərbi yardımların dayandırlmasını ‘cəfəngiyat’ adlandırır


Ukrayna əsgəri, 26 may 2021
Ukrayna əsgəri, 26 may 2021

Amerika Birləşmiş Ştatları (ABŞ) Rusiyanın Ukraynaya hərbi müdaxiləsi vəziyyətində fövqəladə hərbi yardım hazırlayıb. Bu barədə Ağ Evin sözçüsü Jen Peski iyunun 18-də verdiyi açıqlamasında bildirib.

Jen Peski ABŞ mediasında ABŞ-ın Ukraynaya təhlükəsizlik yardımını geri çəkdiyi barədə yer alan xəbərlərin "cəfəngiyat" olduğunu söyləyib.

Politico və The Washington Post, bu həftə Ukraynaya ölümcül silahların da daxil olduğu on milyonlarla dollar dəyərində hərbi yardım paketi ayırdığını yazıblar.

Məlumata görə, daha çox tank əleyhinə raketlərin olduğu deyilən potensial paket, bu ilin yazında Ukrayna sərhədləri yaxınlığında Rusiyaya məsxus əsgər və hərbi texnikanın cəmlənməsinə cavab olaraq hazırlanıb.


ABŞ KİV-lərinin yazdığına görə, Rusiyanın aprel ayında sərhəd bölgələri yaxınlığına yeritdiyi hərbi qüvvələri geri çəkmə və azaltmasını söylədikdən sonra ABŞ-ın bu təklifi müvəqqəti dayandırdığını bildirir..

Bu yayılan məlumatlara baxmayaraq ABŞ və Ukrayna səlahiyyətliləri Rusiyanın eskalasiya vəziyyətində sürətlə səfərbər olmaq üçün istifadə edilə bilən bəzi hərbi texnikaları yerində saxladığını bildirir.

Moskva zirehli bölmələr və raket sistemləri daxil olmaqla qalan qüvvələrin ilin sonlarında hərbi təlimlər üçün hazır olduqlarını söyləyir.

Rusiyanın Ukraynanın Krım yarımadasını zorla ələ keçirməsi və şərqdəki separatçılara dəstək verməsi 13 mindən çox insanın ölümü ilə nəticələnən müharibəyə səbəb olub. Yararan bu gərginlikdən bəri ABŞ Ukraynaya 2,5 milyard dollardan çox təhlükəsizlik yardımı edib.

Bu ayın əvvəlində Pentaqon Ukraynaya "artilleriya radarları, rabitə və elektron müharibə avadanlığı və dronlara qarşı sistemlər daxil olmaqla" ölümcül müdafiə xarakterli 150 milyon dollarlıq bir yardım paketni elan edib.


Mart ayında Pentaqon "Mark VI" silahlı patrul katerləri də daxil olmaqla Ukraynaya 150 milyon dollarlıq yardım paketini elan edib.

Yardım, ABŞ hökumətinin sentyabr ayında sona çatacaq maliyyə ili üçün Konqres tərəfindən ayrılmış vəsaitlərdən gəlir.

“Ukraynaya təhlükəsizlik yardımını dayandırdığımız fikri cəfəngiyatdır. Yalnız keçən həftə - ABŞ-Rusiya Zirvəsi ərəfəsində 150 milyon dollarlıq bir təhlükəsizlik yardımı etdik ”deyə Psaki açıqlamasında bildirib.

XS
SM
MD
LG