Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:58

Türkiyənin Kabil planı müzakirə olunur


Kabil aeroportu
Kabil aeroportu

Kəşfiyyat agentliklərinin ötən həftə gəldiyi qənaətə görə, beynəlxalq qüvvələr çıxandan altı ay sonra Əfqanıstan hökuməti çökə bilər

Bu həftə ABŞ-ın hökumət rəsmiləri Ankarada Kabil beynəlxalq aeroportunun gələcəyini müzakirə edirlər. Türkiyə ilin sonuna beynəlxalq qüvvələr Əfqanıstandan çıxandan sonra bu strateji məkanın təhlükəsizliyini təmin etmək öhdəliyi götürüb.

İyunun 24-də Türkiyənin Müdafiə naziri Hulusi Akar ABŞ-ın nümayəndə heyəti ilə müzakirələr aparmalıdır. Heyətə müdafiə və dövlət departamentlərinin rəsmiləri daxildir.

Qani Vaşinqtondadır

İyunun 24-də Əfqanıstan Prezidenti Əşrəf Qani Vaşinqtona səfərə gedir. Ağ evin məlumatına görə, səfər “Birləşmiş Ştatlarla Əfqanıstan arasında davamlı tərəfdaşlığı göstərir”.

Son həftələr Taliban silahlı qruplaşması onlarla bölgəyə nəzarəti hökumətdən alıb. Bu isə müttəfiq qüvvələrinin sentyabrın 11-də ölkədən planlaşdırılan çıxışından sonra Qərbin dəstəklədiyi hökumət və təhlükəsizlik qüvvələrinin iflası sarıdan narahatlığı artırır.

Hamid Karzai Beynəlxalq Aeroportunun təhlükəsizliyi bu ölkədə diplomatik missiyaların fəaliyyəti üçün vacib amildir.

NATO üzvü Türkiyə isə məkanı mühafizə etməyi təklif edib, missiyaya logistika və maliyyə dəstəyi ilə bağlı Vaşinqtonla danışıqlar aparır.

Əlavə əsgər göndərilməyəcək

Akar iyunun 23-də parlamentdə jurnalistlərə deyib ki, Kabil aeroportunun qorunması planının detalları hələ müzakirə olunur. O, Ankaranın Əfqanıstana bu missiyaya görə əlavə hərbçi göndərməyəcəyini sözlərinə əlavə edib.

“Hazırda bizim orada qüvvələrimiz var, əlavə hərbçi göndərmək müzakirə olunmur”, – Akar deyib.

NATO missiyası tərkibində Türkiyənin 500 əsgəri fəaliyyət göstərir.

2002-ci ildən Birləşmiş Ştatlar Əfqanıstana 3.9 milyard dollarlıq humanitar yardım göstərib.

Talibanın son irəliləyişi isə ABŞ kəşfyyat cameəsini bu ölkəylə bağlı proqnozlarına yenidən baxmağa vadar edib.

Cəmi altı ay sonra...

Kəşfiyyat agentliklərinin ötən həftə gəldiyi qənaətə görə, beynəlxalq qüvvələr çıxandan altı ay sonra Əfqanıstan hökuməti çökə bilər. Bu haqda iyunun 23-də “The Wall Street Journal” qəzeti yazıb.

Daha öncəki proqnozlarda hökumətin iki ilədək duruş gətirəcəyi deyilirdi.

Silahlılar bu həftə Əfqanıstanın Tacikistanla əsas sərhəd keçidini tutublar, şimaldakı Kunduz və Məzari Şərif üzərinə hücuma davam edirlər.

ABŞ ordusu regiondakı 3 min 500 hərbçidən yarıdan çoxunu və avadanlığını çıxarıb.

WSJ yazır ki, indi Ağ ev rəsmiləri ordunu çıxarılma prosesini yavaşıtmağa çağırırlar.

Müdafiə Departamentinin sözçü Con Kirbi həftənin əvvəlində deyirdi ki, Talibanın son qələbələrindən dolayı Pentaqon əsgərləri çıxarmağı yavaşıda bilər.

Amma o, sentyabrın 11-dək əsgərlərin hamısının çıxarılacağı planlarını bir daha dilə gətirib.

XS
SM
MD
LG