Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:34

Putinin kiberhücumlar haqda dedikləri və... reallıq


Rusiya hakeri. Foto illüstrasiya
Rusiya hakeri. Foto illüstrasiya

İyunun 16-sı Cenevrədə ABŞ prezidenti Co Bayden ilə görüşündən sonra mətbuat konfransında çıxış edən Vladimir Putin Aleksey Navalnının Korrupsiya ilə Mübarizə Fondunu (FBK) "ekstremist təşkilat" adlandırıb, onun guya "Molotov kokteyli" düzəltmək haqda təlimatlar verdiyini deyib. Sonradan onun mətbuat katibi Putinin bu informasiyanı haradan əldə etdiyini bilmədiyini söyləyib.

Putin, bundan başqa, Navalnının guya zəhərlənəndən sonra şüurlu şəkildə xaricə müalicəyə getdiyini deyib. Əslində isə, müxalifət lideri həmin vaxt komada olub və tibbi təyyarə ilə ölkədən çıxarılıb. Putin, eyni zamanda, iddia edib ki, kiberhücumların əsas mənbəyi Rusiyada yox, ABŞ və Kanadanın özündə yerləşir.

"Rusiya ...bu ölkələrin arasında yoxdur"

"Dünyada ən çox sayda kiberhücum ABŞ kiberməkanından həyata keçirilir. İkinci yerdə isə Kanada, daha sonra iki Latın Amerikası ölkəsi, sonra isə Böyük Britaniya gəlir. Rusiya ...bu ölkələrin arasında yoxdur", – Putin deyib. O, üstəlik, əslində Rusiyanın kiberhücumlardan əziyyət çəkdiyini iddia edib və Rusiya Federasiyasının iri regionlarından birinin səhiyyə sisteminə kiberhücum həyata keçirildiyini deyib.

"Əlbəttə, biz hücumların haradan gəldiyini görürük. Biz görürük ki, bu iş ABŞ kiberməkanından koordinasiya edilir", – deyən Putin söhbətin hansı regiondan getdiyini açıqlamayıb. O öz iddialarının mənbəyini də açıqlamayıb. AP agentliyinin mütəxəssisləri onun bu iddialarının həqiqətəuyğun olmadığını üzə çıxarıblar.

Tarixdə ən dağıdıcı kiberhücumlar ya hökumətin dəstəklədiyi Rusiya hakerləri, ya da rusdilli reket hakerlər tərəfindən törədilib. Bu hakerlər Rusiya və müttəfiqlərinin ərazisində cəzasız fəaliyyət göstərirlər. Onların hücum etdikləri qurumlar ABŞ, Avropa və digər yerlərdə yerləşsə belə, onları tutub məsuliyyətə cəlb etmək çətindir, çünki Rusiya öz vətəndaşlarını təhvil vermir. Bu səbəbdən də bu cinayətkarları tutmağın yeganə yolu onların xarici ölkəyə getməsini gözləməkdir.

Avropa yeni kiberhücum cəngindədir
Gözlə

No media source currently available

0:00 0:01:35 0:00

10 milyard dollardan artıq ziyan

Son illər dünyada ən çox tanınan kiberhücumlardan biri "NotPetya" virusu olub. Bu virus 2017-ci ildə 10 milyard dollardan artıq iqtisadi ziyan vurub. Ondan həmçinin, Ukrayna Nazirlər Kabineti, Kiyev şəhər administrasiyası, Çernobıl AES-də radiasiyaya nəzarət sistemi, Borispol beynəlxalq hava limanı, Kiyev metrosu, onlarla bank, kommunikasiya sistemləri, özəl və dövlət şirkətlərinə hücumlarda istifadə olunub.

Bundan əvvəlsə 2015-ci ilin dekabrında rus hərbi hakerləri Ukraynanın qərbində İvano-Frankovskda energetika sisteminə, 2016-cı ilin yanvarında isə Borispol hava limanının bir işçi stansiyasına hücum ediblər.

ABŞ-ın Ədalət Departamentinın məlumatına görə, "NotPetya"nı QRU-nun 74455 saylı hərbi hissəsi yaradıb. Bu hərbi hissədə hakerlər xidmət edir. Britaniya Milli Kibertəhlükəsizlik Mərkəzi (NCSC) isə hesab edir ki, QRU-nun iştirakını ört-basdır etmək üçün "Fancy Bear", "Cozy Bear", "Киберберкут", "Sandworm" və digər haker qruplarından istifadə olunub.

ABŞ-da hakerlər elektron yol işarələrini dağıdıb
Gözlə

No media source currently available

0:00 0:00:39 0:00

ABŞ və Rumıniyanın qənaəti

ABŞ hökumətinin əlində olan məlumatlara görə, Rusiya kəşfiyyatının eyni hərbi hissədən olan əməkdaşları reket viruslar yaratmaqdan başqa, 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərinə də müdaxilə ediblər. Onlar Demokratlar Partiyasının milli komitəsinin elektron poçtunu yararaq məlumatları yayıblar. Bu, demokratların namizədi Hillari Klintona ziyan vurmaq, onun rəqibi respublikaçı Donald Trampın isə kampaniyasını gücləndirmək üçün edilib.

Bu hücumun Rusiya xüsusi xidmətləri ilə bağlı olduğu qənaətinə ilk dəfə "Crowdstrike" adlı özəl Amerika şirkəti gəlib. Ondan başqa "Fidelis Cybersecurity", "SecureWorks", "ThreatConnect" kimi şirkətlər də öz hesabatlarında "Fancy Bear" "Cozy Bear"in Rusiya xüsusi xidmətləri ilə bağlı olduğunu göstəriblər. Bu qrupların QRU, FSB, Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) ilə əlaqəli olduğunu Almaniya, Danimarka, Ukrayna və digər ölkələrin qurumları rəsmi bəyan edirdi.

Putin Cenevrədəki mətbuat konfransında "Bunun Rusiyanın dövlət orqanları ilə nə əlaqəsi var" cümləsini işlədib. Ancaq "Privacy Affairs" adlı rumın tədqiqat qrupunun məlumatına görə, Rusiya geosiyasi kiberhücumların Çindən sonra ikinci mənbəyidir. Bu hücumların əsas məqsədi fidyə yığmaq deyil, beynəlxalq aləmdəki rəqiblərə ziyan vurmaqdır. Şirkətin hesabatında deyilir ki, 2009-2019-cu illər arasında Rusiya 19 ölkədə 75 bu qəbildən olan kiberhücum gerçəkləşdirib.

XS
SM
MD
LG