Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 18:39

Bayden Qaniyə ABŞ-ın Əfqanıstana dəstəyinin davam edəcəyini deyib


Co Bayden (sağda) və Əşrəf Qani (Arxiv fotosu)
Co Bayden (sağda) və Əşrəf Qani (Arxiv fotosu)

ABŞ prezidenti Co Bayden iyulun 23-də Əfqanıstan prezidenti Əşrəf Qani ilə telefon söhbətində deyib ki, Birləşmiş Ştatlar Əfqanıstana inkişaf və humanitar yardımlar da daxil, dəstəyini davam etdirəcək.

Ağ Evin yaydığı bəyanata görə Bayden və Qani “ikitərəfli partnyorluğun inkişaf etdirilməsinə sadiq qalacaqlarını” təsdiqləyiblər.

ABŞ prezidenti isə deyib ki, Vaşinqtonun Əfqanıstan təhlükəsizlik qüvvələrinə dəstəyi davam etdiriləcək.

Bayden və Qani razılaşıblar ki, Talibanın hazırkı hücumu, onun münaqişənin danışıqlar yolu ilə həll edilməsinə tərəfdar olduğuna dair bəyanatları ilə birbaşa ziddiyyət təşkil edir.

Bəyanatda deyilir ki, iki lider əfqanların öz ölkələrinin təhlükəsizliyi və dincliyi üçün bir araya gəlməsinin vacibliyini də müzakirə ediblər.

Bayden əlavə edib ki, ABŞ münaqişənin ədalətli və uzunmüddətli siyasi həlli üçün dəstəyini davam etdirəcək.

Milyard dollarlarla ölçülən dəstək

Bu da xəbər verilir ki, Bayden administrasiyası Əfqanıstan Təhlükəsizlik Qüvvələri Fondu üçün Konqresdən 3.3 milyard dollar ayrılmasını rica edib.

Bu pulun 1 milyard dolları Əfqanıstan hərbi hava qüvvələri və xüsusi missiyalar bölümü üçün nəzərdə tutulur.

Daha 1 milyard dollar Əfqanıstan qoşunlarının yanacaq, silah-sursat və ehtiyat hissələri ilə təchizatına, 700 milyon dolları isə əfqan hərbçilərə maaşların verilməsinə xərclənməlidir.

Birləşmiş Ştatlar bu yaxınlarda humanitar yardım üçün əlavə olaraq 266 milyon ayrıdğını bəyan edib.

Daha 300 milyon dollar inkişaf və qeyri-humanitar dəstək üçün nəzərdə tutulub.

Hər iki lider günahsız dinc əhalinin qırılmasını, hədəfli qətlləri, habelə sakinlərin didərgin salınmasını, qarət olunmasını və evlərinin yandırılmasını qətiyyətlə pisləyib.

Bayden vurğulayıb ki, Əfqanıstan İslam Dövlətinin birliyi və dəyərləri naminə ölkə liderləri arasında həmrəylik son dərəcə böyük əhəmiyyətə malikdir.

XS
SM
MD
LG