Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:48

İranda polislə toqquşmalarda 10 nəfərin öldüyü bildirilir


İran-Təbrizdə etiraz aksiyası
İran-Təbrizdə etiraz aksiyası

Iranda sosial tələblərlə etirazlar davam edir.

Ötən şənbə günü-iyulun 24-də Təbriz sakinləri də Xuzestan əyalətindəki etirazlara dəstəkolaraq küçələrə çıxıblar.

Reütersin iyulun 26-da verdiyi məlumata görə, Polis Təbrizdə keçirilən aksiyaya müdaxilə edib,bir neçə nəfər saxlanıb.

Hüquq müdafiəçilərinin HRANA informasiya agentliyinin məlumatına görə, Xuzestan əyalətində polislə toqquşmalarda ölənlərin sayı 10 nəfərə çatıb, 102 nəfərsə saxlanıb.

Qeyri-Hökumət təşkilatı olan HRANA öz saytında ölən və həbs olunanların siyahısını da dərc edib.

İran rəsmiləri isə aksiyalar zamanı baş verən toqquşmalarda ümumilikdə 5 etirazçı və 1 polisin öldüyünü bildirir.

Qurumun məlumatına görə etirazlar azı İranın 30 şəhərinə yayılıb.

Qeyd edək ki, artıq xeyli vaxtdır ki, İranın Xuzestan əyaləti və digər yerlərində su qıtlığı və elektrik kəsilmələrinə etiraz olaraq aksiyalar keçirilir.

Məlumatlara görə, İranın Əhvaz,Hamidiye və digər iri şəhərlərində etiraz aksiyaları keçirilib.

Aksiyaçılar hökumətdən, İranən ən şaxəli çayı olan "Karun"dan suyun başqa səmtlərə çəkilməsilə bağlı layihənin dayandırılmasını tələb ediblər.Onların sözlərinə görə, bu su qıtlğına səbəb olub.

Iranın ali dini lideri Ayatolla Əli Xamenei ötən hədtə bildirmişdi ki, su qıtlığına görə etiraz edən insanları günahlandırmaq olmaz.O məmurları yaranmış problemi həll etməyə çağırıb.

Ötən ay İranın enerji sektorunda da maaşların artırılması tələnbilə tətillər keşirilmişdi.

XS
SM
MD
LG