Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 19:41

İş saatları inşaatda ən çox, təhsildə isə ən azdır


8 saatlıq iş rejimi niyə xəyala çevrilib?
Gözlə

No media source currently available

0:00 0:08:21 0:00

8 saatlıq iş rejimi niyə xəyala çevrilib? (Video arxiv. 2014)

Dövlət Statistika Komitəsinin iqtisadi fəaliyyət növləri üzrə iş saatlarının həcminə dair açıqlamasından məlum olur ki, Azərbaycanda ən çox iş saatı tikinti sektorunda qeydə alınır. Rəsmi rəqəmlərə görə, tikinti sektorunda 156.1 saatlıq orta aylıq iş saatı qeydə alınır. Ölkə üzrə orta aylıq iş saatının miqdarının ən aşağı olduğu sektorsa təhsil sektorudur. Təhsil sektorunda hazırda orta aylıq iş saatının miqdarı 110 saatdır.

Ölkə üzər məşğul əhali arasında, bütün sektorlar nəzərə alınmaqla, orta aylıq iş saatı 148.5 saatdır. Cinslər üzrə də orta aylıq iş saatı fərqlənir. Kişilər arasında orta aylıq iş saatı 152.2 saatdırsa, qadınlarda bu göstərici 142.6 saata bərabərdir. Fəaliyyət növlərini cinslər üzrə gözdən keçirdikdə aydın olur ki, kişilərin iş saatının ən uzun olduğu sektor maliyyə və sığorta sektorudur. Bu fəaliyyət növü ilə məşğul olan kişilərin orta aylıq iş saatı 162.3 saatdır. Qadınlar üzrə ən çox ortalama iş saatının qeydə alındığı sektor informasiya və rabitə sektorudur. Bu fəaliyyət istiqamətində çalışan qadınların orta aylıq iş saatı 151.1 saata bərabərdir.

Cədvəl: Azərbaycanda məşğul əhalinin iqtisadi fəaliyyət növləri və cins üzrə orta aylıq iş saatları və əmək haqları

İqtisadi fəaliyyət növləri

Orta aylıq iş saatı

Kişilər üzrə orta aylıq iş saatı

Qadınlar üzrə orta aylıq iş saatı

Orta aylıq əməkhaqqı (manatla)

Kənd təsərrüfatı

152

156

146

434

Mədənçıxarma sənayesi

142

143

136

3 min 279

Emal sənayesi

142

146

134

644

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı

153

155

149

698

Su təchizatı, tullantıların təmizlənməsi və emalı

155

160

140

558

Tikinti

156

159

139

791

Ticarət və nəqliyyat vasitələrinin təmiri

150

154

143

521

Turistlərin yerləşdirilməsi və ictimai iaşə

134

137

130

538

İnformasiya və rabitə

154

156

151

1083

Maliyyə və sığorta

151

162

147

1726

Peşə, elmi və texniki fəaliyyət

145

148

144

1188

Dövlət idarəetməsi və müdafiə

152

154

151

957

Təhsil

111

113

109

516

Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi

150

154

148

525

İstirahət, əyləncə və incəsənət

142

143

141

530

İş saatlarının orta aylıq əməkhaqqı ilə müqayisəsi göstərir ki, ən az iş saatının qeydə alındığı təhsil sektorunda orta aylıq maaş ölkədə kənd təsərrüfatı sektorundan sonra ən aşığı orta göstəriciyə malikdir. İqtisadi fəaliyyət növləri üzrə 1 saata ən az əmək xərci düşən sektorlara baxdıqda isə, burada ən aşağı göstəricilərin kənd təsərrüfatı və səhiyyə sektorunda olduğu üzə çıxır.

Cədvəl: İqtisadi fəaliyyət növləri üzrə 1 saata düşən əmək xərcləri

İqtisadi fəaliyyət növləri

1 saata düşən əmək xərcləri

Kənd təsərrüfatı

3 manat 51 qəpik

Mədənçıxarma sənayesi

27 manat 94 qəpik

Emal sənayesi

5 manat 39 qəpik

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı

5 manat 70 qəpik

Su təchizatı, tullantıların təmizlənməsi və emalı

4 manat 28 qəpik

Tikinti

6 manat 31 qəpik

Ticarət və nəqliyyat vasitələrinin təmiri

4 manat 27 qəpik

Turistlərin yerləşdirilməsi və ictimai iaşə

4 manat 79 qəpik

İnformasiya və rabitə

8 manat 56 qəpik

Maliyyə və sığorta

13 manat 88 qəpik

Peşə, elmi və texniki fəaliyyət

9 manat 98 qəpik

Dövlət idarəetməsi və müdafiə

7 manat 66 qəpik

Təhsil

5 manat 90 qəpik

Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi

4 manat 25 qəpik

İstirahət, əyləncə və incəsənət

4 manat 52 qəpik

Minimum maaşdan da az qazananlar

Dövlət Statistika Komitəsinin fəaliyyət istiqamətlərinə dair açıqladığı rəqəmlər arasında ən diqqətçəkənlərdən biri də minimum maaşdan az qazanc əldə edənlərlə bağlıdır. Ötən ilin noyabr ayının göstəricilərinə əsasən aparılan hesablamaya görə, işçilərin 3.2 faizinin aylıq qazancı ölkədə minimum əməkhaqqı hesab edilən 250 manatdan az olub. Minimum maaşdan az gəlir əldə edənlərin xüsusi çəkisinin ən çox olduğu fəaliyyət istiqaməti turizm və ictimai iaşə müəssisələridir. Bu sektorlarda çalışan işçilərin təxminən 11 faizinin gəliri 250 manatdan az olub. Təhsil (4.6 faiz) və kənd təsərrüfatı (3.8 faiz) sektorları da minimum maaşdan aşağı gəlir əldə edən işçi sayına görə ön sıralardadır.

Ölkədə məşğul sayılan əhalinin təhsil səviyyəsinə gəlincə, rəqəmlər göstərir ki, Azərbaycanda məşğul əhalinin hər 100-dən cəmi 17 nəfəri ali təhsillidir. Çalışanlar arasında təhsil səviyyəsinə görə əsas yeri tam orta təhsillilər tutur. Belə ki, ölkədə məşğul əhalinin 60 faizi tam orta təhsillidir. Məşğul əhali arasında orta ixtisas təhsillilərin payı 11 faizə, peşə təhsili alanların sayı 5.6 faizə, ümumi orta təhsil alanların sayı isə 6 faizə bərabərdir. Əmək bazarına qatılanların 0.7 faizinin, yəni təxminən 17 minə yaxın şəxsin, sadəcə, ibtidai təhsili var.

XS
SM
MD
LG