Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:29

Koronavirusdan ölümlərin bu qış azalacağı deyilir


Buxarestdə koronavirus xəstəsi
Buxarestdə koronavirus xəstəsi

106 gündən sonra, oktyabrın 11-də Nyu Saus Uelsdə lokdaun bitib

ABŞ-ın yoluxucu xəstəliklər üzrə aparıcı eksperti deyir ki, COVID-19-dan ölümlər bu qış azala bilər. Ancaq onu da bildirilir ki, ölkə koronavirus pandemiyası üzərində qələbə çaldığını bəyan etməməlidir.

“Ölümlərin hospitalizasiyaya oxşar tempdə azalacağına güclü şübhəylə yanaşıram”, Entoni Fauçi oktyabrın 10-da ABŞ-da müxtəlif televiziyalara müsahibələrində deyib.

Yoluxma və ölüm azalır

“Onların nə qədər sürətlə və hərtərəfli azalması bir çox şərtlərdən asılıdır. Buna havanın soyuması, adamların qapalı məkanlarda fəaliyyəti, onların qaydalara necə əməl etməsi təsirini göstərəcək”, – ekspert vurğulayıb.

Son bir neçə həftədə ABŞ-da COVID-19-a yeni yoluxmalar və hospitalizasiyalarda azalma müşahidə olunur.

Oktyabrın 8-də yeddi günlük ortalama yoluxma 95 minə düşüb. İki həftə öncə isə 121 mindən çox idi.

Hazırda COVID-19-dan günə 1700-dən ölümün qeydə alınmasına baxmayaraq, son həftələr bu göstəricidə də azalma var.

Arxayınlaşmamaq

Fauçi amerikalıları bayramlar öncəsi arxayın olmamağa çağırıb.

“Müəyyən zaman kəsimində yoluxmalarda artım və azalmanın tarixçəsinə baxanda görürük ki, onlar yenidən baş qaldıra bilərlər”, – o, CNN-ə deyib.

Fauci adamları vaksinasiya olunmağa səsləyib. ABŞ-da yetkin yaşlıların 68 faizə yaxını tam peyvənd olunub.

Bir çox ölkələr kimi Birləşmiş Ştatlarda da səhiyyə rəsmiləri əhalinin vaksinasiyaya könülsüz yanaşdığını deyir.

Bu arada Avstraliyadan yaxşı xəbərlər gəlir. 106 gündən sonra, oktyabrın 11-də Nyu Saus Uelsdə lokdaun bitib. Vilayətdə ümumilikdə 63 min yoluxma və 430-dan çox ölüm qeydə alınıb.

Əhalinin 70 faizi peyvənd olunandan sonra məhdudiyyətlər qaldırılıb. Artıq tam peyvənd olunanlar bayırda 30 nəfərədək, evlərdə isə 10 nəfərədək olmaqla yığışa biləcəklər.

Kanada

Kanadada isə vaksin tələbi qüvvəyə mindikcə işçi çatışmazlığı yaranır. Baş nazir Castin Trüdo dünyada ən sərt qadağalardan birini açıqlayıb. Peyvənd etdirməyən federal işçilər ödənişsiz məzuniyyətə buraxılacaqlar. Hava, qatar və gəmi nəqliyyatı sərnişinləri üçün də peyvənd məcburidir.

Artıq işdən çıxarılmalar təsirini göstərir. Ontarionun cənubunda bir xəstəxananın 57 işçisi, yəni ümumi işçi sayının 2.5 faizi ixtisar olunub.

Bu arada Rusiyada gündəlik ölüm azalsa da, yüksək olaraq qalır. Oktyabrın 10-da son 24 saat ərzində koronovirusdan 962 nəfərin vəfat etdiyin açıqlanıb. Bir gün öncə bu rəqəm 968 idi.

Gündəlik yoluxmalar isə günə 30 mindən aşağı düşür.

Rusiya rəsmiləri yoluxma və ölü sayının yüksək olmasını əhalinin vaksinasiyaya könülsüz yanaşması ilə izah edirlər.

XS
SM
MD
LG