Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:01

Dünyada vaksinasiya üçün 23 milyard dollar lazımdır


Arxiv fotosu
Arxiv fotosu

100 keçmiş lider İtaliyanın Baş naziri Mario Dragini G20-dən sammitində vaksinlərin ədalətsiz paylanması məsələsini qaldırmağa çağırıb

Dünya Səhiyyə Təşkilatı deyir ki, 2022-ci ilin sentyabrınadək dünya əhalisini COVID-19-a qarşı vaksin və dərmanlarla təchiz etməkdən ötrü milyardlarla dollar lazımdır.

DST-nin oktyabrın 28-də Cenevrədə bildirməsinə görə, azı 5 milyon potensial ölümün qarşısının alınmasından və qlobal iqtisadiyyatın 5.3 milyard dollar itirməməsindən ötrü 23.4 milyard dollara ehtiyac var.

Qurum bildirir ki, vaksinlərin qeyri-bərabər paylanması koronavirus pandemiyasının tezliklə bitməsinə mane olur.

“Əgər indiyədək dünyada vurulmuş 6.8 milyard vaksin dozası bərabər paylansaydı, hər bir ölkədə 40 faizlik hədəfə çatmış olardıq”, – DST başçısı Tedros Adhanom Gebreyesus deyib.

DST-nin Afrika Ofisinin məlumatına görə, Afrika regionundakı 54 ölkədən yalnız 10 faizi ilin sonunadək 40 faizlik hədəfə çatacaq.

G20 sammitinə məktub

Bu arada bir qrup keçmiş prezident və baş nazir həftəsonu Romada böyük iqtisadiyyatların sammiti ərəfəsində bəyanatla çıxış edib. Onların fikrincə, 20 böyük iqtisadiyyat COVID-19 vaksinlərinin artıq dozalarını azgəlirli ölkələrə necə çatdırmağı razılaşdırmalıdırlar.

100 keçmiş lider İtaliyanın Baş naziri Mario Dragini G20-dən sammitində vaksinlərin ədalətsiz paylanması məsələsini qaldırmağa çağırıb.

Qrup bildirir ki, Birləşmiş Ştatlar, Avropa Birliyi, Böyük Britaniya və Kanada ayın sonunadək 240 milyon dozalıq vaksin ehtiyatına malik olacaq. Bu ölkələrin orduları vaksinləri dərhal ehtiyacı olanlara göndərə bilərdilər, qurum bildirir.

2022-ci il fevralın sonunadək 1.1 milyard artıq vaksin dozası paylana bilərdi.

Cənubi Koreya

Bu arada Cənubi Koreya oktyabrın 29-da restoranların və kaferlərin iş saatlarına limitlərin qaldırıldığını açıqlayıb. İdman zalları, saunalar, barlar kimi yüksək risk zonalarına giriş üçün vaksin pasportu tələb olunacaq.

Qadağalar birinci mərhələdə noyabrın 1-dən götürülür. Fevraladək digər məhdudiyyətlərin qaldırılacağı xəbər verilir.

52 milyon əhalisi olan Cənubi Koreya ötən həftə əhalinin 70 faizinə peyvənd vurulduğunu açıqlayıb. İndi əhalinin 72 faizə qədərinin tam peyvəndləndiyi bildirilir. 80 faizə yaxın isə azı bir dozanı vurdurub.

XS
SM
MD
LG