Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:47

Rusiya Müdafiə Nazirliyi: Şuşada baş vermiş insident araşdırılır (Video)


Şuşa yaxınlığında atəş səsləri: Bakı ilə Yerevan bir-birini ittiham edir
Gözlə

No media source currently available

0:00 0:14:51 0:00

Şuşa yaxınlığında atəş səsləri: Bakı ilə Yerevan bir-birini ittiham edir

Noyabrın 9-da Rusiya tərəfi noyabrın 8-də Şuşa yaxınlığında baş vermiş insidentlə bağlı məlumat yayıb.

Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir:

“Noyabrın 8-də, yerli vaxtla saat 13:40-da Şuşa rayonunda Dağlıq Qarabağın 4 nəfərdən ibarət bir qrup işçisi Azərbaycan tərəfindən atəşə tutulub, nəticədə üç nəfər yaralanıb, bir nəfər öldürülüb. Rusiya sülhməramlı qüvvələrinin komandanlığı Azərbaycan və Erməni tərəfləri ilə birlikdə insidenti araşdırır”.

MN: ‘Kəlbəcər istiqamətində texnikalarımız atəşə tutulub’

Azərbaycan Müdafiə Nazirliyi (MN) bildirir ki, Kəlbəcər rayonu istiqamətində mühəndis texnikaları atəşə tutulub.

Nazirliyin açıqlamasına görə, noyabrın 9-da Ermənistan silahlı qüvvələrinin bölmələri öz mövqelərindən Azərbaycan ordusunun Kəlbəcər rayonu Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərinə yol çəkən mühəndis texnikalarını atıcı silahlardan atəşə tutub:

“Bölmələrimiz tərəfindən dərhal adekvat cavab tədbirləri görülüb. Azərbaycan ordusunun şəxsi heyəti arasında itki yoxdur”.

Azərbaycan Müdafiə Nazirliyinin bu açıqlamasına, hələlik, Ermənistan tərfinin münasibəti bəlli deyil.

Azərbaycan XİN Şuşa yaxınlığındakı insidenti təxribat sayır

Ermənistan Azərbaycan tərəfin açdığı atəşdən yaralanmış üç vətəndaşının vəziyyətinin orta ağır olduğunu deyir. Bu haqda özünü Dağlıq Qarabağın “ombudsmanı” kimi təqdim edən Geqam Stepanyan məlumat yayıb. O, 22 yaşlı bir vətəndaşın isə həlak olduğunu deyib.

Rəsmi tədbir vaxtı təmir işləri

Erməni tərəfin iddiasına görə, dünən – noyabrın 8-də Şuşa şəhəri yaxınlığındakı yolayrıcında su xəttinin təmir edən mülki şəxslərə atəş açılıb.

Leyla Abdullayeva isə qeyd edir ki, "Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan əraziləri ilə bağlı hər hansı açıqlama verməyə heç bir siyasi, hüquqi və mənəvi əsası yoxdur". Onun sözlərinə görə, adətən bu ərazidə hər hansı fəaliyyət həyata keçirilmədən öncə Rusiya sülhməramlılarına məlumat verilir və fəaliyyət sülhməramlıların müşayiəti ilə keçirilir. “Bu dəfə isə Rusiya sülhməramlılarına hər hansı məlumat verilməmiş və fəaliyyət prosesində onların iştirakı olmamışdır. Bu isə əlbəttə, ciddi suallar doğurur”, – Abdullayeva vurğulayıb.

O, həmin tarixdə Şuşada Azərbaycan Prezidenti və dövlət rəsmilərinin iştirakı ilə tədbir keçirilirdiyini, belə hallarda ərazidə gücləndirilmiş təhlükəsizlik tədbirləri görüldüyünü sözlərinə əlavə edib. “Bunu bilərəkdən, əraziyə yaxın məntəqədə hər hansı su xəttinin təmirinin həyata keçirilməsi hər hansı məntiqə sığmır”, – şərhdə vurğulanır.

Sülhməramlıların işinə kölgə salmaq

Azərbaycan Ermənistanı 10 noyabr atəşkəs bəyanatının birinci ildönümü ərəfəsində Rusiya sülhməramlılarının fəaliyyətinə kölgə salmaqda, üçtərəfli bəyanatın müddəalarının pozmaqda ittiham edir.

Noyabrın 7-də isə Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanı Dağlıq Qarabağdakı Rusiya sülhməramlılarının fəaliyyətini gözdən salmaqda suçlayıb. O, Qarabağda atəşkəs rejiminə tam əməl olunmadığını deyirdi.

Ötən il noyabrın 9-da imzalanmış atəşkəs bəyanatı ilə Qarabağda əməliyyatlar dayandırıldı, Laçın dəhlizinə və ermənilərin yaşadığı yerlərə Rusiya hərbçiləri yerləşdirildi. Azərbaycan 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarətini bərpa edə bildi.

XS
SM
MD
LG