Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:24

Putin son toqquşmalarla bağlı Rusiya sülhməramlılarından söz açıb


Ermənistan-Azərbaycan sərhədi
Ermənistan-Azərbaycan sərhədi

Putin qeyd edib ki, Rusiya sülhməramlı kontingentinin regionda stabilliyin qarantı kimi iştirakı tələb olunur

Ermənistan-Azərbaycan sərhədindəki hadisələr göstərir ki, regionda vəziyyət sakitləşməyib və Rusiya sülhməramlı kontingentinin regionda stabilliyin qarantı kimi iştirakı tələb olunur.

TASS dövlət xəbər agentliyi bildirib ki, bu bəyantı Rusiya prezidenti Vladimir Putin noyabrın 18-də Rusiya Xarici İşlər Nazirliyi kollegiyasının genişləndirilmiş iclasında verib:

"Bir il bundan əvvəl Rusiya Federasiyasının fəal vasitəçilik səyləri ilə Dağlıq Qarabağda münaqişə dayandırılıb. Lakin Ermənistan-Azərbaycan sərhədində baş vermiş atışmalar göstərib ki, regionda vəziyyət hələ tam sakitləşməyib. Stabilliyin təmin edilməsi üçün atəşkəs rejiminin və dinc əhalinin təhlükəsizliyinin qarantı kimi Rusiya sülhməramlı kontingentinin səylərinə son dərəcə ehtiyac var”.

Putin qeyd edib ki, Azərbaycan və Ermənistan arasında mübahisəli məsələlərin tənzimlənməsinin davam etdirilməsində, Cənubi Qafqazda iqtisadi əlaqələrin bərpa olunmasında və nəqliyyat dəhlizlərinin açılmasında Rusiya diplomatiyasının rolu artmaqdadır:

"Mənim nəzərimcə, perspektivlər pis deyil. Rusiya da daxil regionun bütün ölkələri bu problemlərin uzunmüddətli tənzimlənməsində maraqlıdırlar”.

Paşinyan Rusiyanın sərhədlə bağlı təkliflərini 'qəbuledilən' sayır

Rusiya Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı təkliflər hazırlayıb. Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün -noyabrın 18-də hökumətin iclasında belə bir açıqlama ilə çıxış edib.

“Rusiyanın Müdafiə Nazirliyi delimitasiya və demarkasiyanın hazırlıq mərhələsi ilə bağlı təkliklər hazırlayıb. Bu təkliflər Ermənistan üçün qəbulediləndir”, – o deyib.

Detallar açıqlanmır

Noyabrın 16-da Azərbaycan-Ermənistan sərhədində baş verdiyi bildirilən toqquşmalarda 7 Azərbaycan hərbçisi, 1 ermənistanlı hərbçi öldürülüb. Ermənistan 13 hərbçisinin əsir götürüldüyünü, 24-nün taleyinin bəlli olmadığını bildirib.

Paşinyan bu gün Müdafiə naziri Suren Papikyana göstəriş verib ki, Rusiya Müdafiə Nazirliyinin təkliflərinin “detallarını aydınlaşdırsın”.

“Gəlin, Rusiya Federasiyasının təklifləri çərçivəsində prosesi gerçəkləşdirməyə cəhd edək”, – o deyib, amma detalları açıqlamayıb.

Paşinyan bir gün öncə parlamentdə Azərbaycanı prosesi pozmaqda suçlayıb, maydan bəri Rusiyanın sərhədlə bağlı təkliflərinə cavab vermədiyini vurğulayıb.

Rusiyalı şərhçi: 'Moskva və Bakı Zəngəzurla bağlı sövdələşməyə gedə bilər'
Gözlə

No media source currently available

0:00 0:04:26 0:00

Çağırışlar

16 noyabr toqquşmalarından sonra Rusiya tərəfləri delimitasiya və demarkasiyası prosesinə başlamağa səsləyib.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan noyabrın 17-də Moskvada rusiyalı həmkarı Nikolay Patruşevlə görüşüb. Patruşev Rusiyanın sərhədlərin müəyyənləşdirilməsinə müvafiq yardım göstərməyə hazır olduğunu deyib.

Son toqquşmalardan sonra Birləşmiş Ştatlar və Avropa Birliyi Yerevanla Bakını sərhəd demarkasiyası daxil “vacib məsələlər”in həllinə doğru işləməyə çağırıb.

Azərbaycan ötən il 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarətini bərpa edib. Qşunların təmas xəttinə və Laçın dəhlizinə isə Rusiya sülhməramlıları yerləşdirilib. Sərhədlərin müəyyənləşdirilməsi məsələsi isə həll olunmayıb.

XS
SM
MD
LG