Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:54

Yerevan Ankara ilə münasibətlərində Moskvanın vasitəçiliyini istəyir


Ermənistan XİN-in mətbuat katibi Vaan Unanyan
Ermənistan XİN-in mətbuat katibi Vaan Unanyan

"Biz Rusiyaya bildirmişik ki, heç bir ön şərtlər olmadan Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasına hazırıq".

Yerevan Ankara ilə münasibətlərinin normallaşdşıırlmasında Moskvadan vasitəçilik etməsini xahiş edib.

Bu barədə AzadlıqRadiosunun Erməni xidməti – Azatutyuna Ermənistan XİN-in mətbuat katibi Vaan Unanyan deyib.

Onun sözlərinə görə Rusiya da daxil bir neçə ölkə Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesində vasitəşiliyini təklif edib, Yerevan bu məqsədlə Moskvanı seçib.

“Rusiya da daxil, bir neçə beynəlxalq partnyorlar Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesinə dəstək verməyə hazır olduğunu bildirib. Biz Rusiyaya bildirmişik ki, heç bir ön şərtlər olmadan Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasına hazırıq. Əgər və nə vaxtsa bu barədə danışqılar olsa, məlumat verəcəyik”.

Azatutyun yazır ki, İkinci Qarabağ Müharibəsindən sonra, avqust ayından başlayaraq Ermənistanın baş naziri və Türkiyə prezidenti digər tərəfdən müsbət siqnallar aldıqlarına dair bəyanatlar veriblər.

Ötən sentyabrda hətta Recep Tayyip Erdoğan bildimişdi ki, baş nazir Nikol Paşinyan ona Gürcüstanın baş naziri vasitəsilə görüşmək istədiyini çatdırıb.

Lakin Erdoğan demişdi ki, belə bir görüşün baş tutması üçün Yerevan “Zəngəzur dəhlizinin” açılması istiqamətində addımlar atmalıdır.

Yerevan cavab olaraq bildirmişdi ki, “dəhliz məntiqi” Ermənistan üçün qeyri-məqbuldur, amma Yerevan Ankara ilə təmaslara hazırdır.

Ermənistan XİN mətbuat katibinin sözlərinə görə o vaxtdan bəri Ankara və Yerevan arasında birbaşa danışıqlar olmayıb.

Yerevanda etiraz aksiyası keçirilir
Gözlə

No media source currently available

0:00 0:01:53 0:00

Dəhliz müzakirə mövzusu ola bilməz

Ermənistanın xarici işlər naziori Ararat Mirzoyan bugünlərdə Fransanın Le Figaro qəzetinə müsahibəsində demişdi ki, Türkiyə dialoq başlanması üçün Azərbaycanla Naxçıvan arasında dəhliz açılmasını şərt qoyur:

“Bu qətiyyən müzakirə mövzusu ola bilməz. Dövlətlər tranzitə icazə verərkən öz əraziləri üzərində suverenliklərini saxlamalıdırlar”.

Mirzoyan demişdi ki, Türkiyənin Qarabağ müharibəsində Azərbaycana böyük dəstək verməsinə baxmayaraq, Yerevan Ankara ilə münasibətlərin normallaşdırılmasına hazırdır.

Ermənistan XİN-in mətbuat katibi Vaan Unanyan deyib:

“Bu bəyanatlar Türkiyənin “Zəngəzur dəhlizi” barədə bəyanatlarına əsaslanır. Əgər siz fikir versəniz görərsiniz ki, onlar bu məsələni həm prezidnnet, həm də xarici işlər naziri səviyyəsində daim qaldırırlar. Amma dediyim kimi, bu barədə danışıqlar olmayıb”.

Azatutyun bildirir ki, Türkiyə XİN onun bu barədə sorğusuna cavab verməyib.

Ermənistan başqa tərəfdaşlara müraciət olunmasını istisna etmir
Gözlə

No media source currently available

0:00 0:03:10 0:00

Bir bəndin iki yozumu

Diplomat və şərqşünas David Ovannisyanın sözlərinə görə Türkiyə Azərbaycanla birbaşa quru əlaqəsi yaratmaq üçün Ermənistanın indiki zəifliyindən istifadə etməyə çalışır:

“Biz bunu müzakirə etməliyik. Ola bilsin ki, bu şərtlər elə də sərtliklə qoyulmur və manevr etmək mümkündür. Lakin ən mühüm məsələ və bizim üçün qırmızı xətt suverenliyimizə problem yaradan şərtlər olmalıdır. Əgər problem yaradırsa, deməli bizim üçün məqbul deyil. Dəhliz anlayışı isə belə bir problem yaradır”.

44 günlük müharibəyə son qoymuş 9 noyabr 2020-ci il üçtərəfli bəyanatının 9-cu bəndində deyilir ki, Yerevan Azərbaycan və Naxçıvan arasında nəqliyyat vasitələri və yüklərin maneəsiz keçidiinə qarantiya verir.

Azərbaycan məhz bu bəndi əsas götürərək burada hərəkətin məneəsiz olmalı olduğunu bildirir.

Lakin noyabrın əvvəllərində Rusiya baş nazirinin müavini, üçtərəfli komissiyada Rusiya heyətinin başçısı Aleksey Overçuk Ermənistana səfəri zamanı bildirmişdi ki, yollar üzərində suverenlik onların keçdiyi ölkələrə məxsus olmalıdır.

Ötən həftə Azərbaycan və Ermənistan arasındakı sərhəddə gərginlik artmış, toqquşmalar baş vermişdi. 6 saat davam edən bu qarşıdurma 44 günlük müharibədən sonra ən qanlı döyüşlər idi.

XS
SM
MD
LG