Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:23

Bazara əlavə neft çıxarılacaq


Tatarstan -- TATARSTAN, RUSSIA - JANUARY 18, 2017: An oil derrick in Almetyevsk District.
Tatarstan -- TATARSTAN, RUSSIA - JANUARY 18, 2017: An oil derrick in Almetyevsk District.

1975-ci ildə qəbul olunmuş qanun prezidentə “enerji təchizatında kəskin fasilə” yaranarsa ehtiyatdan istifadə səlahiyyəti verir

Prezident Co Bayden ABŞ strateji ehtiyatlarından bazara neft çıxarılacağını elan edib. Neftin qiymətini salmaq məqsədilə növbəti aylarda 50 milyon barel neft çıxarılacaq. Bu addım Çin, Hindistan, Yaponiya, Cənubi Koreya və Britaniya ilə koordinasiyalı şəkildə gerçəkləşəcək.

1975-ci ildə qəbul olunmuş qanun prezidentə “enerji təchizatında kəskin fasilə” yaranarsa ehtiyatdan istifadə səlahiyyəti verir.

Ağ ev indiyədək qiymətlərin salınması üçün aqressiv tədbirlərə, məsələn, neft ixracına məhdudiyyətə əl atmayıb. Konqresdəki bəzi demokratlar bunu tələb edirdilər.

Qiymətə qısamüddətli təsir

“Reuters” bu qərardan sonra neftin barelinin 80 dollar civarında bərqərar olduğunu yazır. Brent nefti 12 sent ucuzlaşaraq 79.58 dollar, Qərbi Texas “WTI” markalı neft isə 50 sent düşərək 76.25 dollar olub.

Amma təhlilçilərin fikrincə, bu addımın qiymətlərə təsirinin ömrü çox çəkməyəcək, çünki illərdir sərmayələr azalır, COVID-19 pandemiyasından sonra güclü qlobal dirçəliş gedir.

Bir neçə həftə öncə ABŞ hökuməti bazara əlavə neftin çıxarılmasının müzakirə olunduğuna eyham vurmuşdu. Birləşmiş Ştatların təchizatın artırılması ilə bağlı davamlı çağırışlarına baxmayaraq, Səudiyyə Ərəbistanı, Rusiya və Opec+ qrupunun digər üzvləri buna əməl etmədilər.

Noyabrın 22-də isə OPEC+ xəbərdarlıq edib ki, böyük istehlakçı ölkələr ehtiyatlarından bazara neft çıxararsa, yaxud koronavirus pandemiyası tələbatı azaldarsa hasilatı artırmaq planını dəyişə bilər. Bundan sonra Brent nefti 81 sent bahalaşaraq bareli 79.70, Qərbi Texas neftinin bareli isə 76.75 dollar olub.

Hökumət dövlət büdcəsinin Neft Fondundan asılılığına son qoya bilmir
Gözlə

No media source currently available

0:00 0:04:10 0:00

OPEC+ gələn ay yığışacaq

OPEC+ dekabrdan gündəlik hasilatı 400 min barel artırmaq planlarını bu ay qüvvədə saxlayıb. Ancaq Bloomberg News-un bu planın dəyişilə biləcəyi haqda xəbəri nefti bahalandırıb.

Avropada ayrı-ayrı ölkələrdə lokdaunların elan edilə biləcəyi tələbatla bağlı narahatlığı gücləndirib və qiymətə təzyiq artıb.

Bazar ertəsindən Avstriyada dördüncü lokdaun başlanıb, Avropa yenidən koronavirus pandemiyasının episentrinə çevrilir.

OPEC+un gələn həftə bir araya gələrək gələn ay üçün hasilat planlarını müzakirə edəcəyi gözlənir.

XS
SM
MD
LG