Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:59

Erdoğan Rusiya və Ukrayna arasında vasitəçilikdən danışıb


Erdoğan Türkmənistan səfərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarına cavab verib
Erdoğan Türkmənistan səfərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarına cavab verib

Kremlin sözçüsü Dmitri Peskov Erdoğanın mümkün təklifi barədə suala şərh verməyib

Türkiyə prezidenti Recep Tayyip Erdoğan deyib ki, onun ölkəsi Ukrayna və Rusiya arasında vasitəçi olmağa hazırdır.

Bu xəbəri noyabrın 29-da Reuters agentliyi yerli NTV kanalına istinadən yayıb.

Reuters xatırladır ki, Ankara Rusiya və Ukrayna arasında gərginliyin yüksəldiyi bir vaxtda Kiyevə dronlar satmaqla Moskvanı hiddətləndirmişdi.

ABŞ, NATO və Ukrayna bəyan edirlər ki, Rusiya Ukrayna sərhədi boyunca qoşun cəmləşdirir.

Kiyev Ukraynanın şərqində rusiyayönlü separatçılarla münaqişədədir.

Ukraynanın hərbi kəşfiyyatı bildirir ki, Rusiya 2022-ci ilin əvvəllərində Ukraynaya müdaxiləyə hazırlaşır.

Rusiya Ukraynanın bu iddiasını “ziyanlı ABŞ təbliğatı” kimi rədd edib.

NATO üzvü olan Türkiyənin həm Kiyev, həm də Moskva ilə yaxşı münasibətləri var.

Lakin bu iki ölkə Liviya və Suriya münaqişələrində qarşı duran tərəflərdir.

Türkiyə dronlardan istifadəyə görə cavabdeh deyil

Rusiya ilə Türkiyə arasında sıx müdafiə və enerji əməkdaşlığı var, amma Moskva Ankaranın Kiyevə təkmil dronlar satmasından qəzəblənib.

NTV telekanalı bildirir ki, Erdoğan Türkmənistan səfərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarına cavab verib.

O deyib ki, Türkiyə Qara dənizdə sülhün bərqərar olmasını istəyir və bu məsələni həmkarı Vladimir Putinlə tez-tez müzakirə edir.

"İstər vasitəçilik olsun, istərsə də Ukrayna və cənab Putin arasında danışıqlarda iştirak, inşaallah biz bu məsələnin həllinin bir hissəsi olmaq istəyirik”.

Kremlin sözçüsü Dmitri Peskov Erdoğanın mümkün təklifi barədə suala şərh verməyib.

Moskva bildirir ki, Türkiyə dronları ötən ay Ukraynanın şərqində eskalasiya riski yaratmışdı.

Kiyev bu dronlardan biri ilə Rusiya tərəfindən dəstəklənən separatçıların mövqeyinə zərbə endirmişdi.

Türkiyə bəyan etmişdi ki, Ankara onun dronlarından istifadə edildiyinə görə cavabdeh deyil.

Rusiya 2014-cü ildə Krım yarımadasını ilhaq edəndən bəri Ukraynanın şərqində Ukrayna və onun separatçı Donbas bölgəsi arasında münaqişə davam edir.

Türkiyə Krımın Moskva tərəfindən ilhaqını pisləyib və Ukraynanın ərazi bütövlüyünə dəstək bildirib.

XS
SM
MD
LG