Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:34

Bayden Putin üçün Ukraynaya təcavüzü ‘çox çətin edəcəyini’ deyir


ABŞ prezidenti Co Bayden deyib ki, Rusiyanın qonşusu Ukraynaya qarşı hərbi eskalasiyasını “çöx, çox çətin” edəcək təşəbbüslər hazırlayır

ABŞ prezidenti Co Bayden deyib ki, Rusiyanın qonşusu Ukraynaya qarşı hərbi eskalasiyasını “çöx, çox çətin” edəcək təşəbbüslər hazırlayır.

Bundan az əvvəl Kiyev Rusiyanın Ukrayna sərhədlərinin yaxınlığında böyük hərbi qüvvə toplamasından və onun gələn ay mümkün hücumdan narahatlığını bildirmişdi.

ABŞ prezidentinin xəbərdarlığı Rusiya rəsmilərinin Bayden və Rusiya prezidenti Vladimir Putin arasında videodanışıqların yaxın günlərdə gözlənildiyini bildirdikləri vaxta təsadüf edib.

Bayden deyib ki, o hazırda onun qənaətinə görə “cənab Putinin adamların qorxduğu addımı atmasını çətin, son dərəcə çətin edəcək ən geniş və ən mənalı təşəbbüslər paketi hazırlayır”.

Bayden jurnalistlərə deyib ki, onun administrasiyası vəziyyətlə bağlı Ukrayna və Avropa müttəfiqləri ilə daimi əlaqədədir.

Kiyev təhlükə gözləyir

Bundan əvvəl Rusiyanın Ukraynaya yaxın bölgələrdə 90 minədək əsgəri qüvvə topladığı xəbər verilmişdi.

Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasına müdaxilə edib. Bunun ardınca yarımada ilhaq olunub və Ukraynanın şərqində rusiyayönlü separatçılıq baş qaldırıb.

NATO və Qərb liderləri bundan əvvəl dəfələrlə Rusiyanın hərbi eskalasiyanı artırmasının nəticələri barədə xəbərdarlıq ediblər.

Dekabrın 3-də Ukraynanın müdafiə naziri Oleksiy Reznikov millət vəkillərinə deyib ki, kəşfiyyat Rusiya tərəfindən geniş hərbi eskalasiyanın baş verə biləcəyini bildirib.

Nazir parlamentdə etdiyi çıxışda deyib ki, kəşfiyyat belə bir eskalasiyanın yanvarın sonlarında ola biləcəyi qənaətindədir.

O bildirib ki, hərbi eskalasiya təhlükəsinin azaldılmasının ən münasib yolu “müttəfiqlərlə işləmək və mümkün təcavüzün təcəvüzkara baha başa gəlməsinə çalışmaqdır”.

Putin Erdoğanla danışıb

Bu arada Putinin köməkçisi Yuri Uşakov deyib ki, Putin və Bayden arasında videodialoqun “konkret günü və saatı” məlumdur, amma rəsmi məlumatdan əvvəl belə bir danışıqların bütün parametrləri amerikalılarla razılaşdırılmalıdır.

Onun sözlərinə görə, yalnız bundan sonra videokonfransın vaxtı barədə rəsmi məlumat veriləcək.

Uşakov deyib ki, Putin Baydenlə söhbət zamanı “NATO-nun şərqə doğru genişlənməsini və Ukrayna da daxil, qonşu ölkələrdə bizə hədə yaradcaq silah sistemlərinin yerləşdirilməsini hüquqi baxımdan istisna edən öhdəlik götürülməsini tələb edəcək”.

Moskva Ukraynanın şərqində davam edən separatçı münaqişə ilə hər hansı bağlılığını inkar edir.

Bəzi məlumatlara görə Putin dekabrın 3-də Türkiyə prezidenti Recep Tayyip Erdoğanla danışıb və Ukraynanın, Donbas münaqişəsində Türkiyə istehsalı dronlardaN istifadə etməsindən narazılığını bildirib.

Lakin Ankaradan alınan rəsmi məlumatda iki liderin Suriya və Liviyanı müzakirə etdikləri bildirilir.

XS
SM
MD
LG