Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:47

BMT məhkəməsi Azərbaycan və Ermənistanın şikayətlərinə baxdı


Yerevan İlham Əliyevin bəyanatına belə cavab verir
Gözlə

No media source currently available

0:00 0:14:58 0:00

Yerevan İlham Əliyevin bəyanatına belə cavab verir

Azərbaycan alqışlayır...

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsi Birləşmiş Millətlər Təşkilatının (BMT) Beynəlxalq Ədalət Məhkəməsinin müvəqqəti qərarına dair məlumat yayıb.

Məlumatda qeyd edildiyinə görə, bugün, dekabrın 7-də Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın, o cümlədən bu ölkənin ərazisində fəaliyyət göstərən azərbaycanlıları hədəf alan fərdlər və təşkilatların irqi nifrəti təşviq etməsini qadağan edən müvəqqəti tədbirlərə dair Azərbaycanın vəsatətini təmin edib:

“Məhkəmə əsaslı olaraq Ermənistan tərəfinə azərbaycanlıların insan hüquqlarının pozulmasının qarşısını almaq üçün təcili tədbirlər görməyi tapşırıb. Bu qərar 2021-ci il oktyabrın 14-dən 19-dək olan məhkəmə dinləmələrindən sonra verilib”.

Açıqlamaya görə, Azərbaycan, Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistana qarşı verdiyi bu qərarını alqışlayır və Ermənistanı məhkəmənin qərarını dərhal yerinə yetirməyə çağırır:

“...Vurğulamaq istərdik ki, Ermənistan tərəfindən qaldırılan, saxlanılan erməni əsilli şəxslərin dərhal azadlığa buraxılması, habelə Bakıdakı Qənimətlər Parkının dərhal bağlanmasına dair vəsatətlər məhkəmə tərəfindən rədd edilib”.

İdarə bildirir ki, Azərbaycan, məhkəmənin irqi ayrı-seçkiliyin qarşısının alınması ilə bağlı qeyd etdiyi tədbirlərə əməl edəcək:

“Azərbaycan Beynəlxalq Konvensiyalarla üzərinə götürdüyü öhdəliklərə sadiqdir”.

Ermənistan da BMT məhkəməsinin qərarını alqışlayır

BMT məhkəməsi Ermənistanın Azərbaycana qarşı tələblərinin, demək olar, hamısını təmin edib, Bakının isə xahişlərinin çoxunu rədd edib.

Bu haqda Ermənistanın Avropa İnsan Haqları Məhkəməsindəki təmsilçisi Yeqişe Kirakosyan Twitter səhifəsində Haaqa məhkəməsinin qərarlarına münasibət bildirərkən yazıb.

“Ermənistan məhkəmənin qərarlarını alqışlayır və onların Azərbaycan və onun yüksək çinli məmurları tərəfindən praktik icrasına ümid bəsləyir”, – o vurğulayıb.

Qərarlarda nə deyilir?

BMT Ədalət Məhkəməsi dekabrın 7-də həm Ermənistanın Azərbaycandan şikayəti, həm də Azərbaycanın Ermənistandan şikayəti barədə iki ayrıca qərar çıxarıb.

Ermənistanın tələblərindən biri də Azərbaycanda olan bütün əsirlərin qaytarılması idi.

Məhkəmə Azərbaycana aid qərarında qeyd edib ki, beynəlxalq humanitar hüquq müharibənin gedişində hər hansı bir dövlət tərəfindən alınmış əsirlərin azad olunmasını nəzərədə tutsa da, məhkəmə əsirlərin və saxlanan şəxslərin azad olunmasını Azərbaycandan tələb etmir, çünki Ermənistan onların Azərbaycanda milli və ya irqi mənsubiyyətinə görə saxlandıqlarını isbat edə bilməyib.

Bununla yanaşı, Haaqada mənzillənmiş məhkəmə bildirib ki, Azərbaycanda saxlanan şəxslər milli mənsubiyyətlərinə görə qeyri-insani və ya alçaldıcı hərəkətlərə məruz qalmamalı, zorakılıqdan və onlara bədən xəsarəti yetirilməsindən qorunmalıdırlar.

Qərarda Azərbaycana erməni mədəniyyət irsinə, o cümlədən ibadət yerləri və qəbirstanlıqlara qarşı vandalizm aktları ilə əlaqədar tədbirlərin görülməsi və cavabdehlərin cəzalandırılması üçün çağırış edilir.

Beynəlxalq Ədalət Məhkəməsi habelə qeyd edib ki, Bakı, o cümlədən vəzifəli şəxslər və ictimai təsisatlar da daxil irqi nifrət və diskriminasiyanın qızışdırılması və təbliğatının qarşısını almalıdır.

Məhkəmənin Ermənistana aid qərarında deyilir ki, Ermənistan Respublikası İrqi Diskriminasiyanın Bütün Formalarının Ləğvinə dair Beynəlxalq Konvensiyaya uyğun olaraq Azərbaycan millətindən olan şəxsləri hədəfləyən (o cümlədən öz ərazisindəki fərdi şəxslər və təşkilatlar tərəfindən) irqi nifrətin qızışdırlmasının və yürüdülməsinin qarşısını almalıdır.

Məhkəmə hər iki tərəfi mübahisəni kəskinləşdirəcək və uzadacaq hər hansı hərəkətdən çəkinməyə çağırır.

İkinci Qarabağ Müharibəsindən sonra Bakıda Qənimətlər Parkı açılmışdı və orada Azərbaycanın döyüşlərdə ələ keçirdiyi hərbi texnika və başqa vasitələr nümayiş etdirilmişdi. Bu, Ermənistan tərəfinin etirazlarına səbəb olmuşdu.

Üstəlik, Ermənistan atəşkəsdən sonra Azərbaycanın saxladığı bəzi hərbi qulluqçularının da təhvil verilməsini istəyir.

Azərbaycan isə müharibə vaxtı əsir götürdüyü bütün hərbi qulluqçuları geri qaytardığını, sonradan saxlananların isə onun ərazisində təxribat törədərkən tutulduğunu bildirirdi.

Daha sonra rəsmi Bakı Azərbaycan məhkəmələrində terrorçuluq, sərhədi qanunsuz keçmə və başqa ittihamlarla mühakimə edilən həmin hərbi qulluqçuların bir çoxunun (onların daha yüngül cinayətlərdə ittiham edildiyi bildirildi) işğaldan azad edilən rayonların xəritələri əvəzində geri qaytarıldığını açıqladı.

Mühakimə edilən hərbi qulluqçular da məhkəmə zamanı irəli sürülən ittihamlarla razılaşmamışdılar.

Yerevan İlham Əliyevin bəyanatına cavab verdi
Gözlə

No media source currently available

0:00 0:02:43 0:00

Xatırlatma

2020-ci ildə İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında razılaşmaya əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG