Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:28

Nazarbayev Azərbaycanı Avrasiya Birliyinə çağırır


Nursultan Nazarbayev
Nursultan Nazarbayev

Tədbirdə Nazarbayevdən sonra çıxış edən Ermənistanın Baş naziri Nikol Paşinyan bu təklifə münasibət bildirməyib

Azərbaycanı Avrasiya İqtisadi Birliyinə (AİB) müşahidəçi dövlət kimi dəvət etmək mümkündür. “RİA Novosti” agentliyinin məlumatına görə, bunu Qazaxıstanın keçmiş prezidenti, Ali Avrasiya İqtisadi Şurasının fəxri sədri Nursultan Nazarbayev deyib.

Nazarbayev bu fikirləri dekabrın 10-da şuranın videotoplantısında səsləndirib.

Libaridyan: 'Əliyev Qarabağ erməniləri ilə sultan kimi danışır'
Gözlə

No media source currently available

0:00 0:03:32 0:00

“Çoxillik münaqişədən sonra Ermənistanla Azərbaycanın münasibətlərini qaydaya salmasını ürəkdən alqışlayıram. Məncə, hamımız belə hesab edirik. Əvvəl danışdığımız kimi, Azərbaycan Respublikası ilə müşahidəçi olmaqla bağlı danışıqlar aparmağı mümkün sayıram”, – keçmiş prezident deyib.

Onun sözlərinə görə, birliyin üzvü olan Özbəkistanın nümunəsi buna “həvəs oyatmalıdır”. “Məncə, Özbəkistan bundan az qazanmayıb”, – o deyib.

Tədbirdə Nazarbayevdən sonra çıxış edən Ermənistanın Baş naziri Nikol Paşinyan bu təklifə münasibət bildirməyib.

Avrasiya İqtisadi Birliyinin üzvləri Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstandır.

XS
SM
MD
LG