Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:31

Türkiyədə dünyanın ilk lazer silahlı dronunun yaradıldığı iddia edilir


Eren dronu Konya Festivalında
Eren dronu Konya Festivalında

Ekspertlərin fikrincə Eren həqiqətən də effektiv dron olmasını təsdiqləsə, Türkiyənin dron superdövləti kimi nüfuzunu bir xeyli artırmış olacaq

Türkiyədə dövlət-özəl şərikli şirkəti dünyada ilk lazer silahlı dron yaratdığını iddia edir.

ABŞ-ın The Defense News saytı yazır ki, Eren adlı dron dekabrın 9-da 8-ci Konya Elm Festivalında nümayiş etdirilib.

Lakin nə Tübitak, nə də Asisguard adlı şirkətlər sistemin texniki məlumatlarını və detallarını açıqlamayıblar.

Xəbər verililr ki, sözü gedən dron Türkiyənin Tübitak dövlət elmi-tədqiqat institutu və özəl Asisguard şirkəti tərəfindən müştərək əsasda yaradılıb.

Yeni dronun qurulması proqramına Türkiyə Baş Əmniyyət Müdirliyi rəhbərlik edir.

Bu qurumun vəzifəli rəsmisi Aykut Eroğlu Türkiyənin Anadolu agentliyinə deyib ki, Erenin lazer silahlarının əsas hədəfi düşmənin silah-sursat anbarları və döyüş meydanındakı mərmiləri olacaq.

Sınaq

Məlumatda deyilir ki, Eren bugünlərdə özünün ilk atış sınaqlarından çıxıb.

Bu sınaqlar zamanı dron lazerdən 90 saniyə ərzində 500 metr məsafədə, 30 saniyə ərzində 300 metr məsafədə və 10 saniyə ərzində 100 metr məsafədə istifadə edib. Lazer atəşi sınaq zamanı 3 mm qalınlığı olan polad lövhədə dəlik açıb.

Defense News yazır ki, Asisguard ölkənin yenicə təşəkkül tapmaqda olan dron yaradıcılarından hesab olunur.

Bzi məlumatlara görə dron 3 min metr yüksəkliyə qalxa bilir.

Şirkət bundan əvvəl özünün Songar adlı dronunu hazırlayıb. Türkiyənin Akdaş kiçik müdafiə firması bu drona 40 mm çaplı qumbaraatan quraşdırıb.

Songar ona AK40-GL qumbaraatanı quraşdırılması ilə təklmilləşdirilib. Bu qumbaraatanın atəş məsafəsi 400 metrdir.

Xəbər verilir ki, dron qəbul sınaqlarından çıxıb.

Defense News yazır ki, Türkiyənin bir neçə dövlət və özəl şirkətləri 2010-cu ildən bəri tuşlanan enerji texnologiyaları üzərində işləyirlər.

“Dost-düşmən tanıyan” dronlar

Ankarada mənzillənmiş müdafiə təhliçlçisi Özgür Eksi bu ilin əvvəllərində Defense News saytına demişdi ki, əməliyyat baxımından enerji tuşlayan silahlar atəş qüvvəsini gücləndirir, ondan çəkindirici kimi istifadə olunur və bu mənada onlar silahlı və silahsız dronlar donanmasını tamamlamış olur.

Eksi bunu da demişdi ki, dron yaradıcılığı Türkiyə üçün xüsusilə də onun sərhəd üzərindən Suriya və İraqda apardığı əməliyyatlar baxımından əhəmiyyətlidir.

Bundan başqa Türkiyədə habelə 200 kiloqram partladıcı daşıya bilən Anka dronları hazırlanıb.

Xəbər verilir ki, Anka dronlarında 6-cı nəsil gecə-gündüz rejimli elektrooptik kameralarından istifadə olunur.

Bu drona habelə “dost-düşmən” tanıma sistemi, lazer tuşlayıcısı və aşkarlayıcısı quraşdırılıb.

19fortyfive müstəqil müdafiə məsələləri saytı isə yazır ki, Eren dronlarının başlıca təyinatı hərbi yox, polis qüvvələri ola bilər.

Bu proqrama məhz polis idarəsinin rəhbərlik etməsi də bununla bağlıdır.

6-cı nəsil qırıcıları

Sayt yazır ki, hazırda enerji tuşlama silahları ABŞ da daxil bir neçə ölkədə inkişaf etdirilir.

Bu yaxınlarda USS Portland hərbi gəmisi Ədən körfəzində lazer silahını səth hədəfi üzərində sınaqdan çıxarıb.

USS Portland (LPD 27) gəmisi lazer silahını sınaqdan çıxarır
USS Portland (LPD 27) gəmisi lazer silahını sınaqdan çıxarır

Əlbəttə, lazer silahları raketləri, dronları və kiçik katerləri məhv etmək qabiliyyətinə malikdir.

Belə silahlar müdafiə raketləri ilə müqayisədə qat-qat ucuz başa gəlir.

Ekspertlərin fikrincə, əslində lazer silahı çoxsaylı dronların hücumu zamanı yeganə effektiv müdafiə vasitəsi ola bilər.

Lazer silahları Mach 5-dən daha sürətli hipersonik raketlərə qarşı da səmərəli döyüş vasitəsi sayılır.

19fortyfive yazır ki, lazer silahları ilə uzaq perspektivdə, hardasa 2040-cı illərdə 6-cı nəsil qırıcıları da silahlandırıla bilər.

Sayt yazır ki, indilik isə Eren həqiqətən də effektiv dron olmasını təsdiqləsə, Türkiyənin dron superdövləti kimi nüfuzunu bir xeyli artırmış olacaq.

XS
SM
MD
LG