Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:32

Türkiyə lirəsi yenidən ucuzlaşır


Türkiyə lirəsi dekabrın 27-də ABŞ dollarına nisbətdə 8 faiz ucuzlaşaraq investorların narahatlığına səbəb olub

Türkiyə lirəsi dekabrın 27-də ABŞ dollarına nisbətdə 8 faiz ucuzlaşaraq investorların narahatlığına səbəb olub.

Ötən həftə Türkiyə hökumətinin birjaya milyardlarla dollarlıq müdaxiləsindən sonra lirənin məzənnəsi 50 fazidən çox artmışdı.

Bundan başqa hökumət habelə müəyyən əmanətlərin itkilərini ödəyəcəyini vəd etmişdi.

Reuters yazır ki, dekabrın 27-də 1 dolların qiyməti 11.35 lirəyə qalxıb.

Ötən həftə lirə noyabrın ortalarındakı dəyərinə qayıda bilmişdi.

Bundan əvvəl isə lirənin qiyməti tarixən ən aşğı həddə - 1 dollar üçün 18.4-ə düşmüşdü.

Ekspertlər deyirlər ki, lirənin ucuzlaşmasına prezident Recep Tayyip Erdoğanın Mərkəzi Bankın uşot dərəcəsini dəfələrlə azaltması səbəb olub.

Reuters agentliyi yazır ki, indiki məzənnəsi ilə lirə ötən ilin sonlarında olduğundan 35 faiz ucuzdur.

Türkiyədəki 'Qadınlar bazarı' da ciddi böhranla üzləşib
Gözlə

No media source currently available

0:00 0:02:07 0:00

Türkiyənin Ahaber telekanalına müsahibəsində Erdoğan deyib ki, “türklər milli valyutaya etimad nümayiş etdirdilər və yerli valyuta ehtiyatı 23.8 milyard lirə artdı”.

Lakin Türkiyənin bank gözətçisi BDDK-nın rəqəmlərindən məlum olur ki, ötən həftə Türkiyənin fərdi əmanətçilərinin hesablarında 163.7 milyard lirə olduğu halda, bu həftə həmin rəqəm 163.8 milyard lirə olub və ya başqa sözlərlə dəyişməz qalıb.

Əksinə, ekspertlər deyirlər ki, lirənin məzənnədə yüksəlməsinə səbəb dövlət banklarının bazara böyük məbləğlərdə dollar çıxarması olub.

Buna görə də bu həftənin ilk üç günü ərzində Mərkəzin Bankın toplam xarici valyuta ehtiyatı 8.5 milyard dollar azalıb.

Bu rəqəm dekabr ayı üçün 18 milyard dollar təşkil edib.

Qərb ekspertləri bildirirlər ki, bu üsulla lirə lap sabitləşsə də, iqtisadiyyatdakı inflayasiya impulsları güclü olaraq qalacaq və istənilən yerli valyuta ehtiyatlarının dəyərini heçə endirəcək.

XS
SM
MD
LG