Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 02:39

Maaş ədaləti nə vaxtadək imkana bağlı olacaq?


Ekspert : Məsələn, 20 faizlik maaş artımı zamanı tutalım, həkimin maaşı 100 manat artanda, polisin maaşı da təxminən 200 manat artmış olacaq

Dekabrın son günlərində Azərbaycanda müəllimlərin, alimlərin, polis və digər hüquq mühafizə orqanlarında çalışanların maaşı orta hesabla 20 faiz artırılıb.

Ümumiyyətlə maaşlar artırılanda sosial ədalət prinsipi nəzərə alınırmı?

Dövlət Statistika Komitəsinin 2021-ci ilin noyabrına olan məlumatına görə Dövlət idarəetməsi və müdafiə sahəsində orta aylıq maaş 994 manat, təhsil sahəsində 514 manat, səhiyyə sahiyyə sahəsində 541 manatdır. Başqa sözlə, dövlət idarəetməsində çalışanlar həkimlərdən hardasa 2 dəfə çox maaş alır.

Real Vətəndaş Partiyasının icra katibi, iqtisadçı Natiq Cəfərli deyir ki, 20 faizlik maaş artımı zamanı tutalım, həkimin maaşı 100 manat artanda, polisin maaşı da təxminən 200 manat artmış olacaq:

“Sadəcə bizdə problem odur ki, dövlət müəssisələrində çalışanların maaşları arasında ciddi disbalans var. Məsələn, polisin, hüquq-mühafizə orqanlarında çalışanların maaşı ilə müəllimlərin, həkimlərin maaşları arasında disbalans var. Hökumət də bunu onunla izah edir ki, həkim və müəllimlərin sayı çoxdur, onların maaşını birdən o qədər artırmaq olmur”.

Məmurlar niyə müəllim və həkimlərdən çox maaş alır? Sosial ədalət varmı?
Gözlə

No media source currently available

0:00 0:04:37 0:00

Deputat: “Söhbət ədalətdən yox, imkandan gedir”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, 2018-ci ildən bəri Azərbaycanda orta əməkhaqqı 37 faiz artıb və gələn il daha da artacaq. Stastika komitəsinin dekabrın 15-də yaydığı məlumata görə Azərbaycanda orta aylıq əmək haqqı 730 manatdır.

Müəllimlərin maaş artımından sonra dekabrın 17-də təhsil nazirinin müavini İdris İsayev yerli mediaya bildirib ki, indi müəllimlərin orta maaşı 564 manatdır, artımdan sonra onlar ortalama təxminən 674 manat alacaqlar.

Amma Azərbaycanda hüquq-mühafizə orqanlarında çalışanların aylıq maaşları haqda detallı məlumat yoxdur. Tutalım, polis əməkdaşlarının aylıq maaşlarından savayı onlara rütbəsinə, iş stajına görə əlavələr edilir.

Deputat Fazil Mustafa hesab edir ki, maaş artımlarından danışanda, əsas imkanları nəzərə almaq lazımdır.

“Burada ədalətdən söhbət getmir, imkanlardan söhbət gedir. İlboyu da bu sahədə artımlar olur. Yəni, büdcədə neft gəlirləri və digər məsələlər qaydasına düşəndən sonra yenə artımlar olacaq”.

2022-ci il dövlət büdcəsinin xərcləri
Gözlə

No media source currently available

0:00 0:00:59 0:00

Maaş artımını bahalaşma “yeyir”

Real Vətəndaş Partiyasının icra katibi, iqtisadçı Natiq Cəfərli deyir ki, rəsmi rəqəmlərdə Azərbaycanda ərzağın qiyməti hardasa 15 faiz bahalaşıb. Onun sözlərinə görə, qeyri-rəsmi rəqəmlərlə isə artım 30 faiz civarındadır. Natiq Cəfərlinin fikrincə, bu da o deməkdir ki, maaşların 20 faizlik artımı elə ərzaq xərclərinə gedəcək:

“Yəni, bu da o deməkdir ki, maaşların artımı real artım olmur. Çünki adamların artırılan maaşları digər xərclərini qarşılamağa gedəcək”.

Natiq Cəfərli deyir ki, təkcə Azərbaycanda yox, bir çox digər ölkələrdə də inflyasiya, qiymət artımı müşahidə olunur. Onun sözlərinə görə, burada əsas məsələ hökumətin inlfyasiya ilə mübarizə yolları axtarıb tapması, vəziyyəti nəzarətdə saxlmasıdır.

Azərbaycan hökuməti infilyasiyaya nəzarəti əsas hədəflərindən biri seçib.

Amma Natiq Cəfərlinin fikrincə, real nəticə almaq üçün ən azından ərzaq məhsulları istehsal edən yerli istehlakçılar stimullaşdırılmalı, onlara güzəştlər edilməldir ki, bazara daha ucuz qiymətə məhsul çıxara bilsinlər, dizel uzulaşdırılmalı, kommunal xidmətlərə güzəştlər edilməlidir ki, əhalinin xərcləri azalsın.

XS
SM
MD
LG