Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 09:09

Qazaxıstanda etirazların davam etdiyi xəbər verilir (Video)


Rusiya əsgərləri Qazaxıstana nə vəd edir?
Gözlə

No media source currently available

0:00 0:14:55 0:00

Rusiya əsgərləri Qazaxıstana nə vəd edir?

Qazaxıstan polisi ötən gecə ölkənin ən böyük şəhəri Almatıda onlarla etirazçının “məhv edildiyini” bildirir

Qazaxıstanda hakimiyyətin sərt tədbirlərinə baxmayaraq etirazların davam etdiyi bildirilir.

RIA Novosti agentliyi yerli telekanallara istinadən xəbər verir ki, ölkənin qərbindəki Aqtauda etirazçılar hava limanına gedən yolu kəsiblər.

Janaozen şəhərində üç minədək adamın dinc nümayişə çıxdığı xəbər verilir.

Ölkənin ən böyük şəhəri Almatıda yenidən atəş səslərinin eşidildiyi barədə məlumatlar var.

Blinken Qazaxıstanın xarici işlər naziri ilə danışıb

ABŞ dövlət katibi Entoni Blinken yanvarın 6-da Qazaxıstanın xarici işlər naziri Muxtar Tileuberdı ilə danışıb.

Dövlət Departamentinin sözçüsü Ned Praysın ddiyinə görə Blinken bu telefon söhbəti zamanı qazaxıstanlı həmkarına Vaşinqtonun Qazaxıstanın “konstitusiya təsisatlarına və media azadlığına” dəstəyini bildirib.

Blinken habelə Qazaxıstanda yaranmış böhranın “dinc və qanuna əsaslanan” bir şəkildə həllinə çağırıb.

ABŞ dövlət katibi bunu da əlavə edib ki, hazırda Vaşinqton üçün “prioritet Rusiyanın təcavüzü fonunda Ukraynanın suverenliyinə dəstək də daxil Avropada sabitlikdir”.

Almatıda çox sayda etirazçının öldürüldüyü deyilir

Qazaxıstanın ən böyük şəhəri Almatıda kütləvi iğtişaşlara çevrilmiş etirazların yatırılması zamanı onlarca nümayişçinin həlak olduğu xəbər verilir.

Bu barədə məlumatı yanvarın 6-da Qazaxıstanın hakimiyyət orqanları və özünü etirazların müstəqil koordinasiya qərargahının rəisi kimi təqdim edən Jasaral Kuanışalin veriblər.

Onun sözlərinə görə əsgərlər döyüş güllələrindən istifadə ediblər və azı 30 nəfər həlak olub.

Bundan əvvəl Almatı polis idarəsinin sözçüsü onlarca iğtişaş iştirakçısının həlak olduğunu bildirmişdi.

Hökumət Almatıda meydanın ‘təmizləndiyini’ bildirir

Qazaxıstan Daxili İşlər Nazirliyinin məlumatına görə ölkənin ən böyük şəhəri Almatının əsas meydanı etirazçılardan “təmizlənib”.

Rəsmi məlumatda etirazçılar “cinayətkar qruplaşmalar” adlandırılır.

Bundan əvvəl Respublika meydanında adamlara atəş açıldığı xəbər verilmişdi.

Almatıda etirazçılara atəş açıldığı xəbər verilir

Qazaxıstanın Almatı şəhərinin mərkəzi meydanında atəş səsləri eşidilir.

Bu barədə məlumatı Rusiyanın TASS xəbər agentliyi şahidlərə istinadən verir.

Daha əvvəl verilən xəbərlərdə meydana bir neçə yüz etirazçının toplaşdığı bildirilirdi.

AzadlıqRadisounun Rus xidmətinə Almatı meydanında atəş açıldığına dair xəbərləri Qazaxıstan-Almaniya Universitetinin professoru Rustam Burnaşev də təsdiqləyib.

AzadlıqRadiosunun müxbiri Anuar Daniyarov bildirir ki, atışma Almatı vaxtilə saat 18:43-də başlanıb.

O deyib ki, Nazarbayev prospekti ilə Respublika meydanına gələn zirehli maşındakılar avtomatlardan atəş açıblar.

Daniyarovun dediyinə görə atəş nəticəsində bir nəfər həlak olub. Ağ ciyərindən yaralanan 18-20 yaşlarında gənci xəstəxanaya çatdırmaq istəsələr də o yolda keçinib.

Respublika meydanının yaxınlığında yaşayan siyasi fəal Bella Orıntbetovanın sözlərinə görə meydana 5 hərbi maşın – 3 ZTR və əsgərlərlə dolu iki yük maşını gətirilib.

Demokratik Partiyanın təsis-təşəbbüs qrupunun nümayəndəsi Aygerim Tuleujanova deyib ki, meydana çıxan gənc fəallar silahsız idilər.

***

Şahidlər Almatıda əsas meydan yaxınlığında partlayış və atəş səsləri eşidildiyini bildirir. Təsdiqlənməmiş məlumatlara görə, Almatıdakı insidentdə itkilər olub, zirehli maşınlar əraziyə doğru irəliləyir.

Rəsmilər ötən gün “onlarla” etirazçının öldürüldüyünü, 2 minədək şəxsin saxlandığını deyirlər.

***

Hazırda Qazaxıstanda vəziyyətin necə olduğu bəlli deyil, çünki hökumət interneti, digər telekommunikasiya vasitələrini bloklayıb.

Neftlə zəngin bu ölkədəki durum beynəlxalq miqyasda narahatlıq yaradıb, bir sıra ölkələr tərəfləri təmkinli davranmağa çağırıb.

“Zorakı toqquşmalardan narahatıq və baş verənləri yaxından izləyirik. Vəziyyəti gərginləşdirməməyə çağırır, dinc yolla həll olunmasını istəyirik”, – Britaniyanın Baş naziri Boris Conson yanvarın 6-da jurnalistlərə deyib.

Bəzi təhlilçilər Rusiya hərbçilərinin Qazaxıstanda tez peyda olmasını Kremlin post sovet məkanında nüfuzunu qorumaq strategiyasının əlaməti hesab edirlər. Son 15 ildə Rusiya Belarusun kütləvi etirazlarla üzləşmiş avtoritar lideri Alyaksandr Lukaşenkanı dəstəkləyib, Azərbaycanla Ermənistan arasında 2020-ci il müharibəsini dayandırıb, Qarabağa sülhməramlı kontingentini yerləşdirib. Rusiya həmçinin Ukraynanın şərqində separatçıları dəstəkləyir, sərhədə onminlərlə əsgər yığıb.

“Bluebay Asset Management”dən Timoti Əş Qazaxıstandakı etirazları Rusiya Prezidenti Vladimir Putinə “təhdid” hesab edir.

“O, rəngli inqilablara nifrət edir, çünki rusiyalıların da onu devirməyə qalxacağından qorxur”, – Əş abunəçilərinə yazılı qeydində yazıb. Onun fikrincə, Putin həm də “Qərbə üz tutacaq daha liberal Qazaxıstanın yarana biləcəyindən ehtiyat edir. O, Qazaxıstanı Rusiyanın strateji çətiri altında görür”.

***

KTMT Qazaxıstanda vəziyyətin “sabitləşdirilməsi” üçün Rusiya hava-desant qüvvələri göndərildiyini bildirir.

Qurumun vebsaytında yerləşdirilmiş bəyanatda deyilir ki, Rusiya qüvvələri Qazaxıstana KTMT Kollektiv Sülhməramlı Qüvvələrin tərkibində göndərilir.

Qazaxıstandakı hadisələr haqda nə düşünürsüz? - Bakıda sorğu
Gözlə

No media source currently available

0:00 0:01:12 0:00

Məlumata görə, Rusiya kontingentinin əsas bölmələri “verilmiş tapşırıqları artıq həyata keçirməyə başlayıb”.

Sülhməramlı kontingentdə KTMT-nin digər üzvləri olan Ermənistan, Belarus, Qırğızıstan və Tacikistandan da əsgərlər olacaq. Qüvvənin əsas işi “mühüm dövlət və hərbi obyektlərin qorunması, Qazaxıstan Respublikasında vəziyyətin sabitləşdirilməsi və hüquqi müstəviyə qaytarılması üçün hüquq-mühafizə qüvvələrinə yardım göstərməkdir”.

***

“Reuters” Qazaxıstan dövlət televiziyasına istinadla Almatıda etirazçılarla toqquşmalarda 12 hüquq-mühafizə əməkdaşının öldürülyünü, birinin başı kəsilmiş tapıldığını bildirir.

***

Rusiya mediası Moskvanın başçılıq etdiyi KTMT-dən ilk qüvvələrin artıq Qazaxıstanda əməliyyata başladığını xəbər verir.

“RIA Novosti” dövlət xəbər agentliyinin yanvarın 6-da yazdığına görə, sülhməramlı kontingentin hava-desant qüvvələri ölkəyə daxil olub. TASS dövlət agentliyi də eyni xəbəri yayıb.

***

Almatıda onlarla etirazçı öldürülüb

Qazaxıstan polisi ötən gecə ölkənin ən böyük şəhəri Almatıda onlarla etirazçının “məhv edildiyini” bildirir.

Polisin sözçüsü Saltanat Azirbek yanvarın 6-da bəyanatında bildirib ki, ölüm halları “ekstremist qüvvələr administrativ binalara, Almatı şəhər polis şöbəsinə, eləcə də yerli polis komissarlıqlarına hücum edərkən” baş verib. Bəyanatı Rusiyanın xəbər agentlikləri yayıb.

Əsgərlər meydana gedir

“Reuters” əsgərlərin Almatıda əsas meydana doğru irəlilədiyini xəbər verir. Əsgərlər piyada və bir neçə zirehli maşında gəliblər, agentlik şahidlərə istinadla atışma səslərinin eşidiyildiyini yazır.

Etiraz dalğası dörd gün öncə qərbi Manqistau regionunda avtomobillərdə istifadə olunan maye qazın (LPG) qəfil bahalanmasına qarşı başlanıb. Sonradan digər şəhərlərə yayılıb.

Hazırda Almatıya yeridilən əsgərlərin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı qüvvələri olub-olmadığı bəlli deyil. KTMT-nin hazırkı sədri, Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə görünməmiş etiraz dalğasını yatırmaq üçün qüvvə göndəriləcəyini yazmışdı. Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev quruma bununla bağlı müraciət edib.


Dünənki olaylar

Tokayev yanvarın 5-də hökuməti istefaya göndərib, ölkədə fövqəladə vəziyyət elan edib. Həmin gün minlərlə etirazçı polislə toqquşub, hökumət binalarına girib.

Daxili İşlər Nazirliyi qarşıdurmada səkkiz polis və milli qvardiya əsgərinin öldürüldüyünü, 317 nəfərin xəsarət aldığını bildirib. Sosial mediada yayılan videolarda küçələrdə etirazçı meyitləri görünür. Amma AzadlıqRadiosu bu videoların həqiqiliyini təsdiqlədə bilməyib.

Polis etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan, səs qumbaralarından, rezin güllələrdən istifadə etsə də, kütləni dağıtmaq asan olmayıb.

Qazaxıstandan son xəbərlər: Nazarbayevin yeri bilinmir
Gözlə

No media source currently available

0:00 0:02:55 0:00

“Dəyərli tərəfdaş”

Dövlət televiziyasının yanvarın 6-da yaydığı məlumata görə, Qazaxıstan Milli Bankı ölkədəki bütün maliyyə institutlarının fəaliyyətini dayandırıb.

Yanvarın 5-də Tokayev sələfi, 81 yaşlı Nursultan Nazarbayevi ölkənin nüfuzlu təhlükəsizlik şurasının sədrliyindən kənarlaşdırıb.

Bəzi etirazçılar ölkədəki problemlərə görə onu ittiham edirdilər. Nazarbayevin Taldıqorğandakı heykəli uçurulub.

Birləşmiş Ştatlar Qazaxıstanda vəziyyəti yaxından izlədiyini bildirib. Dövlət Departamentinin sözçüsü Ned Prays bəyanatında Qazaxıstanı “dəyərli tərəfdaş” adlandırıb.

Prays deyib ki, ABŞ zorakılığı və əmlakın dağıdılmasını pisləyir. O, hakimiyyəti və etirazçıları təmkinli davranmağa, bütün tərəfləri fövqəladə vəziyyəti dinc yolla həll etməyə çağırıb.

XS
SM
MD
LG