Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 02:28

Pandemiyanın ‘sonu qəti yaxınlaşmır’


Nyu Yorkda Yeni il şənliyi, arxiv fotosu
Nyu Yorkda Yeni il şənliyi, arxiv fotosu

Amma vaksinlər və müalicə metodları bu il bərabər paylanarsa, ölümlər, hospitalizasiya və qadağalar sona çata bilər

COVID-19 pandemiyasının “sonu qətiyyən yaxın deyil”, Dünya Səhiyyə Təşkilatının (DST) başçısı belə deyir. Omikron ştammı isə dünyada rekord sayda yoluxmalara səbəb olmaqdadır.

Tedros Adhanom Gebreyesus yanvarın 18-də omikronun yüngül simptomlara səbəb olmaqla daha az risk yaratması haqda fikirlərlə bağlı xəbərdarlıq edib.

Az ağır hallar belə...

“Ortalama götürəndə, omikron az ağır ola bilər, amma onun yüngül xəstəlik olması haqda deyilənlər yanıldıcıdır”, – o, Cenevrədə DST-nin qərargahında jurnalistlərə söyləyib.

“Yanılmayın: omikron hospitalizasiya və ölümlərə səbəb olur, hətta az ağır hallar belə tibb ocaqlarını doldurur”, – o, sözlərinə əlavə edib.

Yüksək yoluxucu omikron ştammı hazırda dünyanın əksər hissəsində dominantdır, Braziliyadan tutmuş Fransayadək rekord sayda yoluxmalara səbəb olur.

Mövcud data isə COVID vaksinlərinin digər ştammlara nisbətən omikrona qarşı az effektli olduğunu göstərib. Amma peyvəndlər yenə də xəstəliyin ağırlaşmasından və ölümdən qoruyur.

Kütləvi immunitet ehtimalı

Bu arada vaksinasiya və yoluxmaların birlikdə yaratdığı anticismlərin müəyyən dərəcədə kütləvi immunitetə səbəb olacağına ümidlər var. Məhz bu ehtimal koronavirusun pandemiyadan endemik formaya keçəcəyi haqda müzakirələrə yol açıb.

DST-nin fövqəladə hallar üzrə direktoru Maykl Ryan Dünya İqtisadi Forumu çərçivəsində bir müzakirədə deyib ki, “bu virusun kökünü kəsmək heç vaxt mümkün olmaya”, çünki belə pandemik viruslar “sonucda ekosistemin tərkib hissəsinə çevrilirlər”.

Amma vaksinlər və müalicə metodları bu il bərabər paylanarsa, ölümlər, hospitalizasiya və qadağalar sona çata bilər.

“Haqqında danışdığıqlarımızı eləsək, bu il səhiyyə ilə bağlı fövqəladə vəziyyətə son qoymaq şansımız var”, – o söyləyib.

Faciəyə virus səbəb olmayıb

DST və digər səhiyyə rəsmiləri zəngin və yoxsul ölkələrdə COVID-19 vaksinasiyasına qeyri-bərabər çıxışı tənqid ediblər. Azgəlirli ölkələrdə əhalinin 10 faizindən də azına COVID-19 vaksininin bir dozası vurulub.

“Gərəkən odur ki, əhalini maksimum vaksinasiya etməklə ölüm göstəricilərini endirək, heç kəs ölməsin. Məsələ budur: söhbət ölümdən, hospitalizasiyadan gedir. Virus deyil, sosial, iqtisadi və siyasi sistemlərin pozulması faciəyə səbəb olub”, – Ryan söyləyib.

Pandemiyanın endemiyaya çevrilməsi ehtimalına gəlincə, Ryan digər virusları, cəmiyyətdəki endemik məsələləri göstərib.

“Endemik malyariya yüzminlərlə insanı öldürür; endemik İİV, şəhərlərimizdəki endemik zorakılıq. Endemik özü də yaxşı bir şey deyil. Endemik sadəcə, onun əbədi burada olacağı deməkdir”, – o deyib.

XS
SM
MD
LG