Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 05:38

Putin 'milli satqınlar'dan danışıb


Vladivostokda etirazçı (Arxiv fotosu)
Vladivostokda etirazçı (Arxiv fotosu)

Putin regionların sosial-iqtisadi inkişafına həsr olunmalı bu müşavirədən Qərbi tənqid və təhdid etmək üçün istifadə edib

Rusiya prezidenti Vladimir Putin Qərb həyat tərzinə meyllənən rusiyalıları “milli satqınlar” adlandırıb.

Videoformatda keçirdiyi hökumət müşavirəsində Putin deyib ki, Rusiyaya ziyan vurmaq üçün Qərb belələrindən istifadə edir.

Ad çəkməsə oliqarxları müdafiə edən Putin deyib ki, xaricdə sadəcə olaraq pul xərcləyənlər onu narahat etmir:

"Mən Mayamidə və ya fransız Rivyerasında malikanələri olanları, fua-qrasız, istridyəsiz və ya belə demək mümkündürsə, gender azadlığı olmadan yaşaya bilməyənləri qətiyyən ittiham etmirəm. Problem bundan ibarətdir ki, belə adamlar mahiyyətcə burda yox, bizim xalqımızla, Rusiya ilə birlikdə yox, ordadırlar”.

Putin regionların sosial-iqtisadi inkişafına həsr olunmalı bu müşavirədən Qərbi tənqid və təhdid etmək üçün istifadə edib.

O deyib ki, Qərb ölkələri Rusiyanı “ləğv” etmək, ən yaxşı halda parçalamaq istəyirlər.

Putin deyib ki, Qərb bu məqsədlərlə 5-ci kolondan istifadə edir.

“Əsl vətənpərvərlər və əclaflar”

Onun sözlərinə görə Rusiya xalqı “əsl vətənpərvərlərlə, əclafları və satqınları” bir-birindən ayırır və “tüpürüb atır”. Putinin sözlərinə görə bu “təbii və zəruri özünütəmizləmə” ölkəni möhkəmlədəcək.

Putin daha sonra iddia edib ki, Ukraynada nüvə silahının, bioloji silahın hazırlanması niyyəti olduğunu düşünmək üçün əsaslar var.

BMT Təhlükəsizlik Şurası ötən həftə Moskvanın bu iddialarını tamamilə əsassız kimi rədd etmişdi.

Putin iddia edib ki, Donbas sakinləri son 8 ildə “əsl soyqırıma” məruz qalıblar.

Ukrayna müharibəsini adətincə “xüsusi əməliyyat” adlandıran Putin bu əməliyyatın plan üzrə getdiyini iddia edib.

Putin əvvəlki ritorikasını təkrar edərək deyib ki, Kiyevin mühasirəyə alınmasına baxmayaraq Moskvanın niyyəti Ukraynanın işğalı yox, onun “denasifikasiyasıdır”.

Rusiya başçısı iddia edib ki, Ukrayna hökumətinə “anti-Rusuya” dövləti yaratmaq tapşırılıb.

Rusiyaya qarşı misilsiz sanksiyaların əhəmiyyətini azaltmağa çalışan Putin iddia edib ki, sanksiyalar Qərbin özünə ziyan vurur və qlobal aclıq yaradır.

“Təmizləməyə” başladılar

Alınan başqa xəbərlərə görə Putinin “milli satqınlara” dair bəyanatı hökumətə yaxın qüvvələri dərhal hərəkətə gətirib.

Hakim Vahid Rusiya partiyasının baş şurasının katibi Andrey Turçak “Skolkovo” fondunun sədri, baş nazirin keçmiş müavini Arkadi Dvorkoviçi “milli satqın” adlandırıb.

Turçak Dvorkoviçin fonddan qovulmasına və cəmiyyətin “özünütəmizlənməsinə” çağırıb:

"Rusiya vətəndaşlarnın bir hissəsi əldə silah vətən və Rusiya xalqı uğrunda vuruşarkən, bir başqaları düşmənin tərəfinə keçiblər və onun maraqlarından çıxış edirlər. Deməli bizim cəmiyyətimizin özünütəmizlənməsinə, o cümlədən Dvorkoviçin rəhbərlik etdiyi “Skolkovo” fondundan başlamaq lazımdır”.

Arkadi Dvorkoviç
Arkadi Dvorkoviç

Dvorkoviç Amerikanın Mother Jones jurnalına müsahibəsində Rusiyanın Ukraynaya qarşı müharibəsini tənqid etmişdi:

"Müharibələr dünyada insanın üzləşə biləcəyi ən böyük fəlakətdir. İstənilən müharibə. İstənilən yerdə. O cümlədən elə bu müharibə də”.

Müşahidəçilər xatırladırlar ki, bəzi məlumatlara görə 1937-1938-ci illərdə 20 milyon insanın güllələnməsi və sürgün edilməsi ilə nəticələnmiş repressiyalar da ovaxtkı sovet hökuməti tərəfindən “təmizləmə” adlandırılırdı.

XS
SM
MD
LG