Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 11:51

Rusiyanın Ukrayna qətnaməsi BMT-də keçmədi


Vasili Nebenziya, arxiv fotosu
Vasili Nebenziya, arxiv fotosu

Rusiyanın səfiri Vasili Nebenziya səsverməyə qatılmayanları “siyasi səbəblərdən” belə davranmaqda suçlayıb

Martın 23-də Rusiyanın Ukraynaya yardıma və dinc sakinlərin qorunmasına çağırdığı qətnamə BMT-nin Təhlükəsizlik Şurasından keçməyib. Qətnamədə Moskvanın bu böhranda rolu qeyd olunmurdu. Yalnız Rusiya və Çin qətnamənin lehinə səs verib, digər 13 üzv səsverməyə qatılmayıblar. Xəbəri “Reuters” yayıb.

“Rusiyanı humanitar vəziyyət maraqlandırsaydı, uşaqların bombalanmasını dayandırar, mühasirə taktikasına son qoyardı. Amma bunu etmirlər”, – Britaniyanın BMT-dəki səfiri Barbara Vudvord səsvermədən sonra deyib.

Rusiya dinc sakinlərə hücum etmədiyini bildirir.

Qətnamənin keçməsi üçün...

Təhlükəsizlik Şurasından qətnamənin keçməsi üçün azı 9 səs lehinə lazımdır, Rusiya, Çin, Britaniya, Fransa və ABŞ veto qoymamalıdır.

Rusiyanın səfiri Vasili Nebenziya səsverməyə qatılmayanları “siyasi səbəblərdən” belə davranmaqda suçlayıb.

Çinin qətnamənin lehinə səs verməsini Səfir Janq Jun belə izah edib ki, Pekinin təcili atəşkəslə bağlı “güclü gözləntisi” var, şura döyüşləri dayandırmağa çalışmaqla yanaşı, “humanitar böhrana pozitiv, praqmatik və konstruktiv yanaşma sərgiləməlidir”.

Çin ötən ay Təhlükəsizlik Şurasının Moskvanın Ukraynanı fevralın 24-də işğal etməsini pisləyən qətnaməyə səs verməmişdi. O zaman Qərb ölkələri bu addımı Rusiyanın təcridində qələbə kimi görmüşdürlər. Rusiya isə həmin qətnaməyə veto qoydu.

Stoltenberq: Rusiya məsuliyyətsiz nüvə ritorikasına son qoymalıdır
Gözlə

No media source currently available

0:00 0:02:38 0:00

“Yalnız Rusiya günahkardır”

Moskva ötən cümə yardım qətnaməsinə planlaşdırılan səsverməni təxirə salıb, Qərb ölkələrini bu addıma qarşı “görünməmiş təzyiq” kampaniyası aparmaqda suçlayıb. Birləşmiş Ştatlar isə Rusiyanın iddiasını rədd edib.

“Ukraynada müharibəyə görə yalnız Rusiya günahkardır”, – ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild deyib.

Rusiya Ukraynaya hücumunu “xüsusi hərbi əməliyyat” adlandırır, məqsədin Ukraynanın hərbi infrastrukturunu dağıtmaq olduğunu deyir. BMT-nin Baş katibi Antonio Quterres Rusiyanın “absurd müharibə”sini kəskin tənqid edib.

XS
SM
MD
LG