Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 14:34

Cəbhəçinin 7 il 6 ay həbsi istənildi


Şahin Hacıyev
Şahin Hacıyev

Bu barədə məhkəmə proosesində iştirak edən Müdafiə Xətti hüquq müdafiə təşkilatının həmtəsisçisi Rüfət Səfərov məlumat verib

Martın 29-da Gəncə Ağır Cinayətlər Məhkəməsəndə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Şahin Hacıyevin cinayət işi ilə bağlı məhkəmə iclası keçirilib.

Bu barədə məhkəmə proosesində iştirak edən Müdafiə Xətti hüquq müdafiə təşkilatının həmtəsisçisi Rüfət Səfərov məlumat verib.

Onun sözlərinə görə, prosesdə çıxış edən dövlət ittihamçısı Ş.Hacıyevin 7 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib:

"Bundan əlavə məhkəmə-tibbi ekspertizanın rəyinə görə, Ş.Hacıyev narkotik istifadəçisi kimi müəyyən olunub. Ona görə prokuror Şahin Hacıyevi həm də məcburi müalicə olunmasını istədi".

Amma Şahin Hacıyev rəyi və ittihamı qəbul etmir.

Məhkəmə prosesi martın 31-də davam edəcək.

Hacıyev Cinayət Məcəlləsinin 234.4.3-cü (böyük ölçüdə narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham olunur.

Xatırlatma

AXCP üzvü, şahmat müəllimi Şahin Hacıyevi Gəncədə polis ötən il noyabrın 26-da saxlamışdı.

Onda AXCP-dən bildirilmişdi ki, onun evində axtarış aparılıb: "Özünü isə qollarına qandal vurub aparıblar".

Müxalifətdə olan AXCP-nin hazırda beşə qədər fəalı müxtəlif ittihamlarla uzunmüddətli həbsdədir.

AXCP onların şərlənərək siyasi sifarişlə həbs edildiyini açıqlayıb. Amma rəsmilər ölkədə siyasi məhbusların olması fikrini qəbul etmir.

Rəsmilər vurğulayırlar ki, elə dəyərləndirilənlər məhz törətdikləri əmələ görə, məsuliyyətə cəlb ediliblər.

XS
SM
MD
LG