Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 07:35

Azərbaycan Qərbin Rusiyaya qarşı sanksiyalarına tuş gələ bilərmi?  


Azərbaycan hansı halda Qərbin Rusiyaya qarşı sanksiyalarına tuş gələ bilər?
Gözlə

No media source currently available

0:00 0:14:58 0:00

Azərbaycan hansı halda Qərbin Rusiyaya qarşı sanksiyalarına tuş gələ bilər?

İnternetdə Rusiya və Belarus, o cümlədən Ukrayna şirkətlərinin Bakıda yerləşdirilməsi ilə bağlı elanlar var

İqtisadiyyatının onurğa sütunu olan nefti əsasən Qərbə satan rəsmi Bakı Rusiya ilə iqtisadi münasibətlərdə bu ölkəyə qarşı sanksiyalara görə hansı məqamlara diqqət etməlidir?

İqtisadçı Natiq Cəfərlinin fikrincə, rəsmilər bu sahədə diqqətli olmalıdırlar ki, Rusiya şirkətlərinə heç bir halda sanksiyalardan yan keçmək üçün kömək olunmasın, çünki Qərblə əməkdaşlıq Azərbaycan üçün vacibdir.

O deyir ki, hazırda bu mənada ayıq-sayıq davranmalı olan şirkətlərdən biri də Dövlət Neft Şirkəti – SOCAR-dır:

“SOCAR-ın Rusiya ilə mühüm enerji layihələri var. Əgər Rusiya sanksiyalardan yan keçmək üçün SOCAR-dan istifadə etməyə çalışsa, SOCAR burda daha çəkingən və daha ehtiyatlı davranmalıdır. Çünki belə bir faktlar üzə çıxarsa, gələcəkdə SOCAR-a qarşı da hansısa sanksiyalar tətbiq oluna bilər”.

İnternetdə Rusiya və Belarus, o cümlədən Ukrayna şirkətlərinin Bakıda yerləşdirilməsi ilə bağlı elanlar var.

Əslində, Rusiya şirkətlərinin - Moskvanın himayəsində olan Avrasiya İttifaqı ölkələrinə - daha çox Qazaxıstan və Ermənistana köçməsi də müşahidə olunur.

Azərbaycan sanksiyalara o vaxt tuş gələ bilər ki…

Natiq Cəfərli deyir ki, Azərbaycan iqtisadi sistem baxımından Rusiya üçün daha az əlverişli ölkədir - ən azı ona görə ki, Qazaxıstan və Ermənistandan fərqli olaraq Bakıda Avrasiya İttifaqının daxili onlayn ödəmə sistemi - Mir ödəniş sistemi işləmir. O hesab edir ki, bununla belə, Bakıya köçən Rusiya şirkətlərinin fəaliyyətinə diqqət yetirməyə ehtiyac var.

Başqa bir iqtisadi təhlilçi Toğrul Vəliyevin fikrincə, o halda Azərbaycan sanksiyalara tuş gələ bilər ki, qadağa qoyulmuş malları Azərbaycan şirkətləri öz adlarına alıb ölkəyə gətirər, daha sonra Rusiyaya ötürər.

Bakıda, prezident İlham Əliyevin sərəncamı ilə yaradılmış Beynəlxalq Münasibətlərin Təhlilili Mərkəzinin eksperti Nağı Əhmədov hesab edir ki, Azərbaycanın hər bir halda Qərbin sanksiyalarına tuş gələcəyini gözləmir, çünki onun fikrincə, rəsmi Bakı Qərb və Rusiya arasında hətta bir vasitəçi rolu oynayır və Qərb bu qapını bağlamaq istəməz.

O əlavə edir ki, heç bir halda Azərbaycan, Rusiya şirkətlərinin beynəlxalq bazarlara çıxmasına yardımçı olmayacaq, Rusiya şirkətlərinin Azərbaycanda fəaliyyəti də yalnız iki ölkə arasındakı iqtisadi əlaqələrlə tənzimlənəcək.

Rusiyaya qarşı daha sərt sanksiyalar gəlir
Gözlə

No media source currently available

0:00 0:14:59 0:00

Bakı-Ceyhan kəməri

Başqa bir məqam isə Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə bağlı ola bilər. 2019-cu ildə prezident İlham Əliyev bildirib ki, Bakı-Ceyhan kəməri ilə Rusiya nefti də daşınır.

Layihənin operatorlarından biri - BP Azərbaycan şirkəti AzadlıqRadiosunun – “BTC ilə hazırda Rusiya nefti axırmı” sualına cavab verməyib.

Beynəlxalq Münasibətlərin Təhlilili Mərkəzindən Nağı Əhmədov hesab edir ki, bunun baş verib -verməməsindən asılı olmayaraq, Azərbaycan neftinin sanksiyalara tuş gələcəyini düşünmür:

“Rusiya neftinini həcmi bəllidir. Bazara çıxanda artıq alınmaya bilər və ona oxşar şərtlər tətbiq oluna bilər. Hazırda Rusiya neftinin BTC ilə daşınması barədə məlumat yoxdur. Amma Qazaxıstana tətbiq olunan şərtlər Azərbaycana da tətbiq oluna bilər. Əvvəllər Qazaxıstan neftinə Rusiya neftinin qarışması məsələsi qalxmışdı, həmin kəmərin sanksiyalara məruz qalıb-qalmaması məsələsi qalxanda ABŞ hökuməti bəyanat verdi ki, bu sanksiya Qazaxıstan neftinə aid olmayacaq, çünki Rusiya neftini ayırd etmək mümkündür”.

Müharibə cinayətlərinə ortaqlıq təhlükəsi

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç də hesab edir ki, sanksiyalar müddətində Rusiya şirkətlərinə dəstək vermək Azərbaycanı da Rusiya qədər təhlükələrlə üzləşdirə bilər:

“Rusiyanın Ukraynada törətdiklərindən sonra gözləyirəm ki, ABŞ və Avropanın Rusiyaya qarşı sanksiyaları genişlənəcək. Rusiya müharibə cinayətləri törədib və məncə, artıq bundan qaça bilməyəcək. Rusiyaya hansısa formada bu sanksiayalardan qaçmağa yardım edəcək hər kəs bənzər sanksiyalara məruz qalacaq. Azərbaycan da istisna deyil. Əgər Azərbaycan da Rusiyaya yardım etsə, onda rəsmi Bakı Rusiyaya bu qətliamda yardım edən şirkətlərin və fərdlərin sanksiyaya məruz qalacağını gözləsin”.

Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Bu ilin fevralında Ukraynaya hücumundan sonra Qərb Rusiyaya sanksiyalar tətbiq edib.

Buna nümunə olaraq onu göstəmək olar ki, bu ölkənin 10-a qədər bankı beynəlxalq ödəmələr- SWIFT sistemindən çıxarılıb, Rusiyaya həm mülki, həm hərbidə istifadə olunan malların ixracı qadağan olunub.

XS
SM
MD
LG