Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:30

Mariupolda şiddətli döyüşlərin getdiyi xəbər verilir


Azovstal zavodu yaxınlığında
Azovstal zavodu yaxınlığında

Aprelin 14-də isə Ukraynanın döyüş gedən şəhərlərindən humanitar dəhlizlərlə 2 min 557 nəfər evakuasiya olunub

Ukrayna müharibədə həlak olan hərbçilərin sayını aşıqlayıb

Volodimir Zelenski. Kiyev, 15 aprel 2022
Volodimir Zelenski. Kiyev, 15 aprel 2022

Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan bəri 2500-3000 arasında Ukrayna hərbçisi həlak olub. Bunu CNN telekanalına müsahibəsində Ukrayna prezidenti Volodimir Zelenski deyib.

Prezident 10 minə yaxın hərbçinin də müxtəlif dərəcəli xəsarətlər aldığını bildirib. O, həlak olan mülki əhalinin dəqiq sayı ilə bağlı fikir bildirməyin çətin olduğunu vurğulaylıb.

“Mülki əhali haqqında danışmaq çox çətindir, çünki ölkəmizin cənubunda yaşayış məntəqələri və şəhərləri blokadaya salınıb – şərqdə Xerson, Berdyansk, Mariupol və şərqdə Volnovaxanın yerləşdiyi ərazi – biz sadəcə olaraq o zonada nə qədər insanın həlak olduğunu bilmirik”, - Zelenski bildirib.

Mariupolda döyüşlər

Mariupolda dağıdılmış binada Ukrayna bayrağı, 14 aprel 2022
Mariupolda dağıdılmış binada Ukrayna bayrağı, 14 aprel 2022

Ukrayna apreıin 15-də bildirib ki, onun silahlı qüvvələri Mariupolu mühasirədə saxlayan Rusiya qüvvələrinə qarşı hərəkətə keçiblər və mühasirəni yarmağa çalışırlar.

Bunu Reuters agentliyi Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Oleksandr Motuzyanikə istinadən xəbər verir:

"Mariupolda vəziyyət ağır və gərgindir. Bu saatlarda orada döyüşlər gedir. Rusiya ordusu daim şəhərin alınması üçün yeni qüvvələr göndərir. Lakin indiyə olan məlumata görə Rusiya qüvvələri şəhəri tam ələ keçirə bilməyiblər”.

Motuzyanik deyib ki, Rusiya qüvvələri fevralın 24-də hücuma başladıqları vaxtdan bəri ilk dəfə olaraq uzaqmənzilli raketlərdən istifadə ediblər.

Rusiya qüvvələri Ukraynanın şərqindəki Rubejni və Popasna şəhərlərini ələ keçirməyə çalışırlar.

Rusiya MN aprelin 15-də Mariupoldakı İliç poladəritmə zavodunu ələ keçirdiyini bildirib. Bu xəbər müstəqil mənbələr tərəfindən hələki təsdiqini tapmır.

Ukrayna qüvvələrinin əsasən Azovstal zavodu ərazisində hücumları dəf etdiyi xəbər verilir.

Hər iki zavod Ukraynanın Metinvest qrupuna məxsusdur. Şirkətin rəhbərliyi Reuters agentliyinə bildirib ki, bu müəssisələrin Rusiya hakimiyyəti altında işləməsinə imkan verilməyəcək:

"Biz Ukraynanın qələbəsinə inanırıq və istehsalatı döyüş əməliyyatları qurtarandan sonra davam etdirəcəyik”.

Rusiya ABŞ-ı Ukraynaya silah verməməyə çağırıb

Rusiya xüsusi diplomatik nota göndərməklə NATO-nun Ukraynaya hərbi dəstək verməməsinə dair xəbərdarlıq edərək bunun regional təhlükəsizlik üçün “öncədən bilinməyən nəticələri” ola biləcəyini bildirib.

Bu barədə xəbəri Rusiyanın göndərdiyi məktubun surətinə istinadən The Washington Post qəzeti yayıb:

"Biz Birləşmiş Ştatları və onun müttəfiqlərini Ukraynanın məsuliyyətsizcəsinə hərbiləşdirilməsini dayandırmağa çağırırıq. Bunun regional və beynəlxalq təhlükəsizlik üçün öncədən görünməyən nəticələri ola bilər”.

Rusiya habelə xəbərdarlıq edib ki, göndərilən silahlar Ukraynada ekstremistlərin əlinə keçə bilər.

The Washington Post ehtimal edir ki, Moskva bu məktubu ABŞ-ın Kiyevə 800 milyon dollarlıq hərbi yardım elan etməsinə cavab olaraq göndərib.

Bu da qeyd olunur ki, Rusiyanın ABŞ-dakı səfirliyi məktubu Dövlət Departamentinə təqdim etsə də, rəsmilər sənədə hələki heç bir münasibət bildirməyiblər.

Bundan əvvəl dövlət katibi Entoni Blinken Ukrayna xarici işlər naziri ilə telefon söhbətində Vaşinqtonun Kiyevə hərbi, iqtisadi və humanitar dəstəyi davam etdirmək əzmində olduğunu bildirmişdi.

Aprelin 13-də Pentaqonun Ukraynaya yeni yardım paketi elan olunub. Bu paketə ağır hərbi texnika, haubitsa topları, zərbə dronları, antitank raketləri və helikopterlər daxildir.

Rusiyanın Ukraynaya zərbələri intensivləşdirdiyi bildirilir
Gözlə

No media source currently available

0:00 0:01:26 0:00

Rusiya Ukraynanı "Kalibr"lə vurur

Rusiyanın Müdafiə Nazirliyi Kiyev yaxınlığında “hərbi” zavodu dənizdən Kalibr uzaq mənzilli raketlərlə vurduğunu bildirir.

Ukrayna prezidentliyi paytaxt kənarındakı Vasilkivdə partlayış səsləri eşidildiyini deyir.

Rusiya həmçinin S-400 raket sisteminin Ukraynanın Mi-8 vertolyotunu vurduğunu, həmin vertolyotun aprelin 14-də Bryansk vilayətində dinc sakinlərə hücumlar həyata keçirdiyini açıqlayıb.

Ukrayna bu ittihamları rədd edib, “Rusiyada Ukraynaya qarşı isteriya qızışdırmaq cəhdi” adlandırıb.

Rusiya fevralın 24-də hücuma başlayandan Ukraynanın şərqindəki Xarkov regionunda azı 503 dinc sakin öldürülüb, Ukrayna rəsmisi belə deyir.

Vilayət qubernatoru Oleq Sinehubov ölənlərdən 24-nün uşaq olduğunu yazıb.

Rusiya sərhədinə yaxın olan bu şəhər müharibə başlayandan ön cəbhəyə çevrilib, ciddi dağıntılara məruz qalıb.

***

“Reuters” cüməyə keçən gecə Kiyevdə müharibə başlayandan ən güclü partlayışların baş verdiyini bildirir. Şahidlərin BBC-nin müxbirinə dediyinə görə, partlayış səsləri paytaxtın cənub-qərb hissəsində eşidilib. Nəyin partladıldığı, itkilərin olub-olmadığı bəlli deyil.

Ukrayna mediası bunun havadan müdafiə sistemlərinin işi ola biləcəyini yazır.

“Reuters” isə diqqəti partlayışların “Moskva” kreyserinin batmasından sonra baş verməsinə diqqət çəkir.

Rusiya ordusu Xarkovun yaşayış məhəlləsinə minalar səpib
Gözlə

No media source currently available

0:00 0:02:43 0:00

Rusiyanın Müdafiə Nazirliyi cümə günü səhər bildirib ki, Kiyev yaxınlığındakı “Vizar” hərbi zavoduna raket zərbəsi endirilib, zenit-raket komplekslərinin istehsalı və təmiri sexləri dağıdılıb. Nazirlik bildirir ki, “terror xarakterli hücumlara, yaxud Rusiya ərazisində diversiyaya cavab olaraq” Ukraynaya raket zərbələrinin sayı və miqyası artırılacaq.

Partlayışlardan sonra şəhərin bir hissəsində elektrikin kəsildiyi xəbər verilir.

Ötən gecə Ukraynanın bütün ərazisində hava həyəcanı eşidilib.

***

Ukrayna Prezidenti Volodimir Zelenski xalqının Rusiya işğalına qarşı dirənişini alqışlayıb, onların “həyatının ən vacib – vuruşmaq qərarını verdiyini” deyib. Zelenski bu sözləri Rusiyanın Qara Dəniz donanmasının flaqman gəmisinin batdığı gün dilə gətirib.

Aprelin 14-də axşam çıxış edən Zelenski deyib ki, ukraynalıların Rusiyanın hücumuna 50 gün duruş gətirdiklərinə görə fəxr etməlidirlər, baxmayaraq ki, işğalçılar “bizə maksimum beş gün vermişdilər”.

ABŞ gəminin vurulduğunu təsdiqləmir

Prezident “Rusiya hərbi gəmilərini, hətta dənizin dibinə də olsa, göndərməyn mümkün olduğunu göstərənləri” vurğulayıb. Rusiyanın “Moskva” kreyseri dünən axşam Qara dənizdə batıb.

Rusiya Müdafiə Nazirliyi gəmiyə yanğından sonra ciddi ziyan dəydiyini, tufanda limana aparılarkən batdığını deyir. Ukrayna rəsmiləri isə gəminin həmin gün Neptun gəmi əleyhinə raketlə vurulduğunu bildirir.

Birləşmiş Ştatlar “Moskva”nın raketlə vurulduğunu deməyə yetərincə informasiyası olmadığını bildirib.

“Ancaq əlbəttə ki,.. bu, Rusiyaya böyük zərbədir”, – Milli təhlükəsizlik müşaviri Ceyk Sallivan deyib.

Döyüşlər qızışır

Bu arada Rusiya donanması Ukraynanın Qara dəniz sahillərindəki şəhərlərini bombalamaqdadlr. Aprelin 16-də paytaxt Kiyevdə də güclü partlayış eşidilib, yerli media belə yazır. Ölkənin şərqində döyüşlər şiddətlənir.

Media cənubdakı Xerson, şərqdə Xarkov və Ukraynanın qərbində İvano-Frankovsk şəhərlərində partlayışların eşidildiyini xəbər verir.

Ukrayna hakimiyyəti ölkənin şərq hissəsində Rusiya qüvvələrinin yeni hücumunu gözləyir. Hazırda Rusiya bu əraziyə fokuslanıb, Luqansk regionundakı Popasna və Rubijne şəhərlərini tutmağa çalışır, Ukrayna ordusu məlumatı aprelin 15-də yayıb.

Amma Ukrayna Baş Komandanlığı Rusiyanın buna nail olmadığını bildirib.

Evakuasiya edilənlər

Aprelin 14-də isə Ukraynanın döyüş gedən şəhərlərindən humanitar dəhlizlərlə 2 min 557 nəfər evakuasiya olunub. Baş nazirin müavini İrina Vereşçuk dünən axşam bu haqda məlumat verib.

Onlardan 289 nəfər mühasirədə olan Mariupol şəhərindən öz nəqliyyat vasitəsilə çıxıb.

Şərqi Luqansk vilayətindən isə 220 nəfərin təhlükəsiz çıxarıldığı bildirilir.

Ukrayna rəsmiləri Mariupolda onminlərlə insanın öldürüldüyünü bildirir, Rusiyanı həftələrdir şəhərdən çıxa bilməyən dinc sakinlərə humanitar yardımı önləməkdə ittiham edir.

Rusiyanın Ukraynaya qarşı fevralın 24-də başlatdığı səbəbsiz müharibə bu ölkənin 44 milyonluq əhalisinin təxminən dörddə birini evindən didərgin salıb, minlərlə insan öldürülüb, yaxud yaralanıb, şəhərlər dağıdılıb.

XS
SM
MD
LG