Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 23:51

ATƏT-in Media azadlığı üzrə nümayəndəsi Bakıda görüşlər keçirir


Tereza Ribera
Tereza Ribera

Görüş iştirakçılarının verdiyi məlumata görə, onlar diqqəti ölkənin azad media problemlərinə yönəldiblər

Azərbaycanda səfərdə olan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Media azadlığı üzrə nümayəndəsi Tereza Ribera aprelin 26-da bəzi jurnalist və hüquqşünaslarla görüşüb.

Görüş iştirakçılarının verdiyi məlumata görə, onlar diqqəti ölkənin azad media problemlərinə yönəldiblər.

İştirakçıların sözlərinə görə, görüş zamanı qeyd olunub ki, 2005-ci ildə "Monitor" jurnalının redaktoru Elmar Hüseynovun qətlə yetirilməsindən sonra Azərbaycanda media azadlığı ilə bağlı vəziyyət durmadan pisləşib.

Habelə əlavə edilib ki, son illər kütləvi informasiya vasitələrinin və qeyri-hökumət təşkilatlarının fəaliyyət imkanları qanunvericilik səviyyəsində məhdudlaşdırılıb.

Qeyd olunub ki, ötən ilin sonunda qəbul edilmiş “Media haqqında” qanun Azərbaycanda azad medianın işartılarının məhvinə gətirib çıxara bilər, bu, media və jurnalistlərin fəaliyyətinin müəyyən çərçivəyə salınmasını nəzərdə tutur.

Görüş iştirakçılarının habelə bildirməsinə görə, Ribera qeyd edib ki, onların qaldırdıqları məsələlər ATƏT-in Azərbaycan hökumətilə danışıqlarının gündəliyindədir.

Bir gün əvvəl…

Dünən, aprelin 25-də isə ATƏT-in Media azadlığı üzrə nümayəndəsi Tereza Ribera ilə Azərbaycan Milli Məclisi sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli görüşüb.

Milli Məclisdən verilən məlumata görə, Əli Hüseynli Azərbaycanın Avropa təsisatları ilə insan hüquqları sahəsində əməkdaşlığı uğurla davam etdiyini bildirib. Vurğulandığına görə, O, yeni qəbul olunmuş “Media haqqında” qanundan da bəhs edib.

“Qanunun geniş dinləmələrdən, müxtəlif platformalarda müzakirələrdən keçdiyini bildirən birinci vitse-spiker layihənin parlamentə qədər müzakirələrində 800-ə yaxın media ekspertinin və jurnalistin iştirak etdiyini vurğulayıb.”, məlumatda qeyd edilib.

Məlumata görə, Əli Hüseynli qanun layihəsinin parlamentdə müzakirələri zamanı maraqlı tərəflərin fikirlərinin nəzərə alındığını və vahid nəticəyə gəlindiyini bildirib.

Aprelin 25-də həmçinin Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov da ATƏT-in media azadlığı üzrə nümayəndəsi Teresa Ribeiro ilə görüşmüşdü.

Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib ki, nazir Ceyhun Bayramov Azərbaycanın ATƏT ilə bütün istiqamətlər, o cümlədən media azadlığı sahəsində əməkdaşlığa əhəmiyyət verdiyini qeyd edib.

XS
SM
MD
LG