Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:33

Lavrovun ‘yəhudi qanı’ söhbəti İsraili qəzəbləndirdi


Lavrov yəhudilər barədə fikirlərini İtaliyanın Mediaset telekanalına geniş müsahibəsində açıqlamışdı

Rusiya xarici işlər naziri Sergey Lavrovun yəhudilər barədə dediklərindən dərhal sonra Rusiyanın İsraildəki səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Lavrov yəhudilər barədə fikirlərini İtaliyanın Mediaset telekanalına geniş müsahibəsində açıqlamışdı.

Bu müsahibə zamanı ona sual verilmişdi ki, Ukrayna prezidenti Volodimir Zelenski milliyyətcə yəhudi olduğu halda Moskva niyə Kiyevi nasistlikdə ittiham edir.

Rusiya XİN-in saytında dərc olunmuş mətnə görə Lavrov bu sualın cavabında deyib:

"O belə bir arqumet irəli sürür: əgər o yəhudidirsə onlarda necə nasifikasiya ola bilər. Səhv edə bilərəm, amma A.Hitlerdə də yəhudi qanı olub. Bunun məsələyə qətiyyən heç bir dəxli yoxdur. Müdrik yəhudi xalqı deyib ki, ən qatı antisemitlər bir qayda olaraq yəhudilərdir. Bizdə deyirlər ki, “ailə eyibsiz olmur”.

Mariupol sakini: Gün ərzində 6 konservdən 2 vedrə şorba bişirib ancaq onu yeyirdik
Gözlə

No media source currently available

0:00 0:02:53 0:00

Lavrovdan üzr tələb olunub

İsrailin xarici işlər naziri Yayir Lapid deyib ki, Lavrovun sözləri “bağışlanmazdır, hiddət doğurandır və kobud tarixi səhvdir”.

Lapid daha sonra deyib:

““Hitler yəhudi olub” söyləmək – o deməkdir ki, yəhudilər özləri özlərini öldürüblər. Nasistlər yəhudiləri təqib edirdilər, yalnız nasistlər nasist idilər. Yəhudi xalqının sistematik məhv ediməsini yalnız nasistlər həyata keçirirdilər”.

Lapid deyib ki, İsrail Lavrovun üzrxahlığını gözləyir.

İsrailin baş naziri Naftali Bennet mayın 2-də Lavrovun dediklərini “yalan” adlandırıb və deyib ki, Lavrov əslində bununla yəhudilərin II Dünya Müharibəsində qırılmasının təqsirini onların öz üzərinə qoyub.

Bennet eyni zamanda siyasi məqsədlərlə Holokosta istinad edilməsinin dayandırılmasını tələb edib.

Rusiya əsgərlərinin 28 gün zirzəmidə saxladığı ukraynalı kəndlilər danışır
Gözlə

No media source currently available

0:00 0:03:40 0:00

Hitlerin yəhudi kökləri barədə deyilənlər

Rusiya xarici işlər nazirinin dediklərini başqa yəhudi siyasətçilər və yəhudi təşkilatları, o cümlədən “Yad va-Şem” Holokost memorialının sədri Dani Dayan da pisləyib:

“Lavrov Hitlerin yəhudi əsilli olmasını deməklə qurbanları cinayətkara çevirib”.

Volodimir Zelenski ukrayn-yəhudi ailəsində doğulub və nasizmi rədd edərkən daim öz köklərinin yəhudilərə bağlılığını bəyan edib.

Hitlerin əcdadlarının arasında yəhudilərin olması fərziyyəsinə gəlincə isə, bunu ilk dəfə Nürnberq məhkəməsinin qərarı ilə asılmış Hans Frank irəli sürüb.

Bu fərziyyə elmi-tarixi baxımdan sübut edilməyib.

Fürer köklərinin yəhudilərə bağlılığını heç vaxt dilə gətirməyib, əksinə yəhudilərin məhv edilməsinə çalışıb.

İsrail Ukraynada müharibə başlanandan Rusiyanın hərəkətini pisləsə də, Moskvaya qarşı sanksiyalardan və Ukraynaya silah verməkdən çəkinib.

Kiyev İsrailin belə mövqeyini tənqid edir.

Ziddiyyətlər, etiraflar...

Lavrov bu müsahibədə başqa ziddiyyətli fikirlər də səsləndirib.

“Rusiya Zelenskidən onun təslim olmasınımı istəyir” sualının cavabında Rusiya xarici işlər naziri deyib ki, onun təslim olması yox, ukraynalılara müqaviməti dayandırmalarını əmr etməsi tələb olunur.

Lavrov bunun təslim olmaqla nə fərqinin olması barədə məsələyə aydınlıq gətirməyib.

O habelə deyib ki, Rusiyanın məqsədi Ukraynada hakimiyyət dəyişikliyi yox, Donbasdakı iki qondarma “respublikanın” əhalisini müdafiə etməkdir.

Lavrov bunu da iddia edib ki, Moskva Ukraynada hərbi əməliyyatları mayın 9-dək başa çatdımaq məqsədi qoymayıb.

O habelə ilk dəfə olaraq Rusiyada Vagner özəl hərbi şirkətinin olmasını dolayısı ilə təsdiq edib.

Lavrov deyib ki, bu şirkətin muzdlulları Afrikada, Suriya və Liviyadakı hərbi əməliyyatlarda iştirak ediblər, amma Ukraynada bu şirkətin əsgərləri yoxdur.

XS
SM
MD
LG