Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:01

Arsen Avakov Ermənistanı Rusiyadan qırılmağa çağırır


Ukraynanın keçmiş daxili işlər naziri Arsen Avakov
Ukraynanın keçmiş daxili işlər naziri Arsen Avakov

Avakov hesab edir ki, bir tərəfdən müharibə riski, digər tərəfdən Rusiya prezidenti Vladimir Putin arasında Ermənistan üçüncü yolu seçməlidir

“Ukrayanda müharibədən sonra dünyanın yeni sistemi, yeni kollektiv təhlükəsizlik sistemi olacaq. Ermənistan mümkün qədər tez bir zamanda özünü belə bir yeni sistemin çərçivəsinə daxil etməlidir”.

Ukraynanın keçmiş daxili işlər naziri, milliyyətcə erməni, Bakı doğumlu Arsen Avakov AzadlıqRadiosunun Erməni xidməti – Azatutyuna televizya müsahibəsindıə belə deyib:

“Başlanğıc üçün çox yaxşıdır ki, Ermənistan artıq BMT-də Rusiyaya dəstək səsi vermir. Bunun ardınca isə Putinin imperiya Rusiyası çökəndən sonra, çox tez və çox dəqiq bir şəkildə yeni inkişaf vektorunu seçmək lazımdır. Bax onda seçim etmək lazım gələcək. O zaman bu seçim ODKB-nin (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı - red) ilə yox, NATO ilə ittifaqa, Rusiya ilə ittifaqa yox, Avropa İttifaqı ilə, Britaniya, Fransa, Birləşmiş Ştatlar və Ukrayna ilə ittifaqa tərəf edilməlidir. O vaxtadək Ukrayna artıq Avropanın ən dinamik və ən nüfuzlu ölkələrindən biri olacaq”.

“Paşinyan çətin vəziyyətdədir”

Avakov hesab edir ki, bir tərəfdən müharibə riski, digər tərəfdən Rusiya prezidenti Vladimir Putinin qurmaqda olduğu yeni “SSRİ”-nin bir hissəsi olmaq perspektivi arasında Ermənistan üçüncü yolu seçməlidir:

“Və Ermənistan üçün bu yol hazırda Brüsseldən keçir” – deyən Arsen Avakov Azərbaycan-Ermənistan münaqişəsinin çözülməsində Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin səylərini yüksək qiymətləndirdiyini bildirib:

“Əgər siz Putin Rusiyasının mövqeyindən, Putinin imperiya fəlsəfəsindən çıxış etsəniz, müəyyən bir zaman içində Putin erməniləri öz arzularının qalağına atacaq və demək istəyəcək ki, indi artıq Ermənistan SSRİ-nin bir hissəsidir. Paşinyan təbii ki, mürəkkəb vəziyyətdədir. Bir tərəfdən birləşmiş ərəb dünyası, müsəlman dünyası, digər tətərfdən isə bütün nəticələri ilə Putin. Amma axı indi sizə əl uzadan Fransa, Avropa İttifaqı var. Nüfuzlu erməni diasporası olan Birləşmiş Ştatlar da yerində qalır”.

Ukraynadakı müharibədə dönüş məqamından danışan Arsen Avakov deyib ki, Ukraynaya müasir silahlar vermək barədə Qərb ölkələri tərəfindən qəbul edilmiş qərardan sonra bu dönüş artıq baş verib:

“Bu elə artıq aşkar olan strateji qələbədir. Söhbət yalnız ondan gedir ki, biz hələ nə qədər kiçik taktiki qələbələr qazanmalı olacağıq”.

XS
SM
MD
LG