Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:12

ABŞ və Rusiya müdafiə nazirləri son 3 ayda ilk dəfə danışıblar


ABŞ və Rusiyanın müdafiə nazirləri Lloyd Ostin (solda) və Sergey Şoyqu
ABŞ və Rusiyanın müdafiə nazirləri Lloyd Ostin (solda) və Sergey Şoyqu

ABŞ Müdafiə Nazirliyinin məlumatında deyilir ki, Ostin Ukraynada dərhal atəşkəsə və kommunikasiya xətlərinin açıq saxlanmasına çağırıb

Rusiyanın Ukraynaya qarşı tammiqyaslı müharibəsinin başlandığı vaxtdan bəri ilk dəfə olaraq ABŞ və Rusiyanın müdafiə nazirləri danışıblar.

Pentaqonun başçısı Lloyd Ostin mayın 13-də yer alan telefon söhbəti zamanı Sergey Şoyqunu Ukraynada dərhal atəşkəsə çağırıb.

ABŞ Müdafiə Nazirliyinin məlumatında deyilir ki, Ostin Ukraynada dərhal atəşkəsə və kommunikasiya xətlərinin açıq saxlanmasına çağırıb.

Pentaqon söhbətin başqa detallarını açıqlamayıb. Bu, fevralın 18-dən bəri Ostin və Şoyqu arasında ilk birbaşa söhbət idi.

Rusiyanın Ukraynaya səbəbsiz və əsassız hücumu fevralın 24-də başlanıb.

“Peşəkar” ton

Reuters agentliyi yazır ki, Ostin son üç ay ərzində Şoyqu ilə telefonda danışmaq üçün dəfələrlə cəhd göstərib.

Lakin Rusiya naziri zənglərə cavab verməyib.

Adının çəkilməsini istəməyən ABŞ rəsmisi Reuters agentliyinə deyib ki, söhbətin tonu “peşəkar” olub.

Amma rəsmi əlavə edib ki, Ostinin təşəbbüsü ilə baş tutan bu telefon danışığında spesifik olaraq Rusiyanın Ukraynadakı davranışını dəyişəcək heç bir məsələ müzakirıə olunmayıb.

Rusiyanın dövlət TASS xəbər agentliyinin məlumatında vurğulanır ki, telefon söhbəti ABŞ tərəfinin təşəbbüsü ilə keçirilib.

Məlumatda qeyd olunur ki, “tərəflər Ukraynadakı vəziyyət də daxil beynəlxalq təhlükəsizliyi müzakirə ediblər”.

Rusiyanın Ukraynadakı uğursuzluqları

Rusiya qoşunları Ukrayna ərazisində Qərb tərəfindən silah-sursatla və başqa yardımlarla dəstəklənən Ukrayna silahlı qüvvələrinin gözlənilməz qızğın müqaviməti ilə üzləşib.

Qərb habelə Ukraynaya müdaxiləsinə görə Rusiya üzərinə misli görünməmiş sanksiyalar elan edib.

Pentaqon və Britaniya hərbçiləri inanırlar ki, Rusiyanın hücumunu planlaşdıran strateqlər ciddi səhvlərə yol veriblər.

Onlar Rusiya qüvvələrinin Ukrayna silahlı qüvvələrindən qat-qat üstün olduğunu, habelə Ukraynada rusdilli əhalinin Rusiya əsgərlərini rəğbətlə qarşılayacağını zənn ediblər.

Müdaxilənin əvvəllərində paytaxt Kiyevi ələ keçirə bilməyən Rusiya qoşunları sonradan Donbas regionuna yönəldilib. Belə görünür ki, Rusiya Ukraynanın Qara dəniz sahilini tamamilə bloklamaq niyyətindədir.

Hazırda bütün cəbhələr boyunca ağır döyüşlər gedir. Ukrayna Müdafiə Nazirliyi mayın 13-də Rusiya silahlı qüvvələrinin ağır itkilər verdiyini bildirib.

XS
SM
MD
LG