Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:32

Ukrayna Nevzorova vətəndaşlıq verir


Aleksandr Nevzorov
Aleksandr Nevzorov

Mayın əvvəlində Moskvada məhkəmə hazırda naməlum ölkədə olan Nevzorovun Rusiyaya qayıdan kimi iki aylıq həbsi barədə qərar çıxarıb

Ukrayna Rusiyanın tanınmış teleaparıcılarından biri, Kremlin tənqidçisi Aleksandr Nevzorova vətəndaşlıq verib. Rusiyada ona xarici agent damğası vurulub, ötən ay barəsində qiyabi həbs qərarı çıxarılıb.

Ukrayna Daxili işlər nazirinin müşaviri Anton Geraşçenko iyunun 3-də Telegram-da yazıb ki, Prezident Volodimir Zelenski Nevzorova və həyat yoldaşı Lidiyaya Ukrayna üçün “ali xidmətləri görə” vətəndaşlıq verilməsi haqda fərman imzalayıb.

Mayın əvvəlində Moskvada məhkəmə hazırda naməlum ölkədə olan Nevzorovun Rusiyaya qayıdan kimi iki aylıq həbsi barədə qərar çıxarıb.

“Saxta informasiya yaymaq” ittihamı

Rusiya Daxili İşlər Nazirliyi Nevzorovu ölkənin silahlı qüvvələri haqda “saxta informasiya yaymaqda” ittiham edib.

Martda İstintaq Komitəsi Nevzorovun Instagram və YouTube-dakı bəyanatları ilə əlaqədar ona qarşı təhqiqata başlayıb. Teleaparıcı bəyanatlarında silahlı qüvvələri Ukraynanın Mariupol şəhərində doğum evinə hücumunu pisləyib. Həmin hücum nəticəsində ölənlər olub.

Prezident Vladimir Putinin martın əvvəlində imzaladığı qanunda Rusiyanın Ukraynadakı müharibəsi haqda “bilərəkdən saxta informasiya” yaymağa görə uzunmüddətli – 15 ilədək həbs nəzərdə tutulur. Kreml müharibəni xüsusi hərbi əməliyyat adlandırır.

Nevzorov özünün YouTube kanalında Moskvanın Ukraynadakı müharibəsini sərt tənqid edir. O, özünə qarşı ittihamların hamısını rədd edərək, öz fikrini ifadə etmək azadlığından yararlandığını bildirir.

XS
SM
MD
LG