Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:04

Moskva Xerson və Zaporojye vilayətlərinin ilhaqına start verir?


Danışır Moskva... Rusiyanın Azərbaycanda təbliğat maşını niyə dayanmır?
Gözlə

No media source currently available

0:00 0:14:57 0:00

Danışır Moskva... Rusiyanın Azərbaycanda təbliğat maşını niyə dayanmır?

Ukraynanın Xerson və Zaporojye vilayətlərində Rusiya tərəfindən təyin olunmuş hakimiyyət administrasiyaları bu ərazilərin Rusiyaya birləşdirilməsinə dair referenduma hazırlıq işlərinə başladıqlarını bildiriblər.

Bundan az əvvəl bu vilayətlərə Rusiya prezidenti administrasiyası başçısının birinci müavini Sergey Kiriyenko səfər etmişdi.

Hazırda ən azı Xerson vilayətinin Krımda olduğu kimi Rusiyaya birləşdirilməsinin həyata keçirilməsi nəzərdə tutulur.

Lakin Kiriyenkonun özü bu barədə heç bir bəyanatla çıxış etməyib.

Rusiya Ukraynaya əsassız və səbəbsiz müdaxilə edəndən sonra hazırda Xerson şəhəri də daxil Xerson vilayətinin böyük bir hissəsi Rusiya işğalı altındadır.

Zaporojye vilayətinin də əhamiyyətli hissəsi işğal altında olsa da, Zaporojye şəhərinin özünə Ukrayna silahlı qüvvələri nəzarət edir.

Kiriyenko ilə “söhbətlər”

Kiriyenko iyunun 7-də əvvəlcə Xersonda, daha sonra isə Zaporojyedəki Melitopol şəhərində olub.

Xersonda Rusiyanın işğalçı administrasiyası bundan əvvəl bir neçə dəfə bu vilayətin Rusiya tərəfindən ilhaq ediləcəyini bildirib.

İyunun 7-də Kiriyenko ilə söhbəti barədə danışan Rusiya Dövlət Dumasının deputatı İqor Kostyukeviç deyib ki, Xerson vilayətinin Rusiyanın tərkibinə daxil edilməsi Krımın birləşdirilməsi ilə eyni mexanizmlə həyata keçiriləcək.

The Bell saytı diqqəti belə bir məqama çəkir ki, Rusiyanın dövlət agentlikləri bu məlumatı Kiriyenkonun sitatı yox, Kastyukoviçin nəqli şəklində veriblər.

The Bell ümumiyyətlə bu sözlərin Kiriyenkoya aid olduğuna inanmır.

Rusiya tərəfindən Melitopola rəhbər təyin edilmiş Qalina Danilçenko deyib ki, Rusiya həmişəlik bu regionda qalacaq.

O bildirib ki, “indi biz referenduma hazırlaşırıq”.

Krım da belə işğal olunub

Zaporojye vilayətinə Moskva tərəfindən başçı təyin edilmiş Vladimir Roqov deyib ki, vilayətdə Rusiyanın tərkibinə daxil olmaq barədə referendum keçirilməsinə dair “qətiyyətli qərar” qəbul edilib.

Bu məlumatları Rusiyanın dövlət RIA Novosti agentliyi yayıb.

2014-cü ildə Krımda və Simferopolda keçirilmiş referendumların nəticəsinə görə Krım yarımadası Rusiyaya birləşdirilib.

Bundan əvvəl bu region Ukraynadan müstəqilliyini elan etmişdi. Kiyev bu qərarı tanımamışdı, çünki səsvermə keçiriləndə Rusiya hərbi qüvvələri Ukrayna qanunvericiliynə rəğmən artıq Krımda idi.

Dünyanın demək olar bütün ölkələri həmin referendumun nəticələrini tanımır.

Ukraynaya müdaxilənin əvvəllərində Moskva bəyan edirdi ki, “xüsusi əməliyyatdan” məqsəd ərazilərin ilhaqı deyil.

Kiyev dəfələrlə bildirib ki, öz ərazisinin hər hansı bir hissəsini güzəştə getmək niyyətində deyil.

XS
SM
MD
LG