Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:04

Rusiya İranın neft bazarını ‘öldürüb’


İranın neft ixracatı azalıb. İranın mart və aprel aylarında doldurduğu 40 milyon barrel neft tankerlərdə qalıb
İranın neft ixracatı azalıb. İranın mart və aprel aylarında doldurduğu 40 milyon barrel neft tankerlərdə qalıb

Rusiya hazırda Asiya bazarlarında öz neftinin bir barrelini 30 dollara satır. Bu İranın Asiya bazarlarında, xüsusən də Çində təklif etdiyi güzəştdən 10 dollar azdır

Neft tankerlərinin hərəkətini izləyən şirkətlərin təxminlərinə görə İranın neft və qaz gəlirləri Rusiya ilə Asiya bazarlarındakı rəqabətə görə yarıbayarı azalıb.

Avropa İttifaqının Rusiya neftindən imtinanı nəzərdə tutan sanksiyalarına görə Moskva üzünü Asiya bazarlarına çevirib və burada öz neftini çox ucuz qiymətə satır.

Həm də tankerizləmə xidmətləri göstərən Kepler data firması iyunun 13-də AzadlıqRadiosuna deyib ki, ilkin məlumatlar İranın may ayında tankerlərə vurduğu neft və qaz kondensatı həcminin günə 400 min barrel olduğunu gösrərir. Halbuki bu rəqəm aprel ayında günə 820 min barrel, martda isə 908 min barrel idi.

Rusiya hazırda Asiya bazarlarında öz neftinin bir barrelini 30 dollara satır. Bu İranın Asiya bazarlarında, xüsusən də Çində təklif etdiyi güzəştdən 10 dollar azdır.

Neft tankerlərdə qalıb

Eyni zamanda İranın neft ixracatı azalıb. İranın mart və aprel aylarında doldurduğu 40 milyon barrel neft tankerlərdə qalıb.

Kepler rəsmisi AzadlıqRadiosuna deyib ki, İranın ötən ay doldurduğu tankerlər də müştərisiz qalır.

Keplerin məlumatına görə İranın dizel, mazut, benzin və başqa neft məhsulları ixracına dair rəqəmlər bu ilin yanvarından may ayınadək sabit qalıb.

İran bu münvalla günə 420 min barrel neft məhsulları ixrac edib.

ABŞ-da mənzillənmiş Nüvə İranı Əleyhinə qeyri-mənfəət təşkilatının məlumatına görə İranın neft və neft məhsulları ixracı ötən ay günə toplam 933 min barrelə çatıb və bu mart ayından bəri üçdə bir həcmində azalma deməkdir.

Ötən ay İran Çinə günə 630 min barrel, Suriyaya 110 min barrel, Birləşmiş Ərəb Əmirliklərinə isə günə 40 min barreldən az neft və neft məhsulları satıb.

Neftin qalan alıcıları məlum deyil.

XS
SM
MD
LG