Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:46

Putin deyir ki, o hələ təzə başlayıb


Rusiyanın Ukraynaya təcavüzü başlanandan bəri özünün ən sərt çıxışında Putin Ukraynanı dəstəkləyən müttəfiqlərə birbaşa xəbərdarlıq edib

Rusiya prezidenti Vladimir Putin xəbərdarlıq edib ki, Rusiya Ukraynada hərbi əməliyyata hələ təzəcə başlayıb.

O iyulun 7-də parlament liderləri qarşısında etdiyi çıxışında Kiyevin döyüş meydanında Moskvanı məğlub etməsinə çalışan Qərb ölkələrinə xəbərdarlıq edib.

Putin Qərbi ittiham edərək bildirib ki, “Qərb bizimlə sonuncu ukraynalıya qədər döyüşmək niyyətindədir”.

O bunu Ukrayna xalqı üçün faciə adlandırıb, lakin əlavə edib ki, hazırda hadisələr “düzgün istiqamətdə” inkişaf edir.

Putin deyib ki, Rusiya hələki ciddi şəkildə heç bir hərəkətə başlamayıb.

Rusiyanın Ukraynaya təcavüzü başlanandan bəri özünün ən sərt çıxışında Putin Ukraynanı dəstəkləyən müttəfiqlərə birbaşa xəbərdarlıq edib:

“Bugün biz eşidirik ki, onlar bizi döyüş meydanında məğlub etmək istəyirlər. Nə olar? Bacarırlarsa etsinlər”.

Qərb ölkələri Rusiyanın Ukraynaya müdaxiləsinin “əsassız və səbəbsiz” olduğunu bildiriblər.

Böyük yeddilərin G7 sammitində isə Ukraynadakı müharibənin “qanunsuz və haqsız” olduğuna dair bəyanat verilib.

Həm də danışıq istəyir

Moskva iddia edir ki, onun Ukraynadakı “xüsusi əməliyyata” başlamasına Qərbin və NATO-nun Moskvaya təhlükəsizlik qarantiyası verməkdən imtina etməsi səbəb olub.

Rusiya Qərbi Ukraynanın əli ilə Moskvaya qarşı hücumda, Ukraynaya müasir silahlar verməkdə ittiham edir.

ABŞ və Qərb Ukrayanaya qarşı təcavüzünə görə Rusiyaya geniş, misli görünməmiş və ağır sanksiyalar qoyublar.

İyulun 7-də etdiyi çıxışda Putin deyib ki, sanksiyalar iflasa uğrayıb və Qərb Rusiya cəmiyyətində ixtilaf və ruh düşkünlüyü yarada bilməyib.

O əlavə edib ki, kollektiv Qərbin dünyada öz nizamını qurmaq cəhdləri uğursuzluğa məhkumdur.

Putin bununla belə “danışıqlara hələ də imkan olduğunu” vurğulayıb:

“Biz danışıqlardan imtina etmirik. Amma bundan imtima edənlər bilməlidirlər ki, bu davam etdikcə bizimlə danışıqlaer aparmaq daha da çətin olacaq”.

Hazırda Ukrayna və Rusiya arasında heç bir danışıqlar aparılmır.

XS
SM
MD
LG