Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:21

Paşinyanla Ərdoğan ilk dəfə telefonla danışıblar


Nikol Paşinyan (solda) və Receb Tayyip Ərdoğan
Nikol Paşinyan (solda) və Receb Tayyip Ərdoğan

Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında ilk telefon danışığı olub. Bu haqda Ermənistan liderinin mətbuat xidməti iyulun 11-də məlumat yayıb, ancaq telefon söhbətinin nə vaxt baş tutduğu açıqlanmayıb.

Rəsmi xəbərdə deyilir ki, Ermənistanın baş naziri “Prezidenti Qurban bayramı, prezident isə baş naziri qarşıdan gələn Vardavar bayramı münasibətilə təbrik edib”.

“Liderlər ölkələri arasında ikitərəfli normallaşma prosesinə əhəmiyyət verdiklərini vurğulayıb, bunun regionda sülh və sabitliyin güclənməsinə töhfə verəcəyini qeyd ediblər.

Bu kontekstə onlar ölkələrinin xüsusi elçilərinin iyulun 1-də keçirdiyi görüşdə əldə olunmuş razılaşmaların tezliklə icrasını gözlədiklərini bildiriblər”, – xəbərdə deyilir.

Zabux Azərbaycana qaytarılır? 'Orda ermənilər yaşamayıb'
Gözlə

No media source currently available

0:00 0:07:54 0:00

İyulun 1-də Ermənistan və Türkiyənin xüsusi elçiləri Serdar Kılıcla Ruben Rubinyan Avstriya paytaxtı Vyanada görüşüblər. İlin əvvəlindən artıq dördüncü dəfə keçirilən görüşdə onlar 1993-cü ildən bağlanmış sərhədlərinin açılmasına doğru ilk addımları razılaşdırdıqlarını bildiriblər.

Görüşdə tərəflər Türkiyə-Ermənistan quru sərhədindən iki ölkəyə gəlmiş üçüncü dövlət vətəndaşlarının qarşılıqlı keçidinin tez bir zamanda təmin edilməsinə dair razılaşma əldə ediblər.

XS
SM
MD
LG