Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:38

İran səfiri israilli həmkarına: Qırmızı xəttimizi heç vaxt keçmə


İranın səfiri Seyid Abbas Musəvi
İranın səfiri Seyid Abbas Musəvi

Bu günlərdə İranın Ali dini rəhbəri Əli Xameneyinin Azərbaycanla bağlı tviti də sosial şəbəkələrdə müzakirə yaratmışdı

İran və İsrailin Azərbaycandakı səfirlərinin Twitter paylaşımları onlar arasında gərginliyi üzə çıxarıb.

İsrailin Azərbaycandakı səfiri Corc Dik Təbrizdə Azərbaycan tarixi və mədəniyyəti haqqında kitab oxuduğunu yazıb.

“Bu yaxınlarda mənə hədiyyə edilən bu möhtəşəm kitabdan Təbrizdə Azərbaycanın tarixi və mədəniyyəti haqqında çox şey öyrənirəm. Bəs siz, bu günlərdə nə oxuyursunuz?” – səfir yazıb.

Səfir “Təbrizin Sehrli nağılları” adlı kitabı oxuduğu yerdə fotosunu paylaşıb.

İranın səfiri Seyid Abbas Musəvi isə bu tvitə reaksiyasında yazıb ki, “Bizim sevimli Təbriz İranın qürurlu tarixində İLKLƏR diyarı kimi tanınır”. O, israillə həmkarına müraciətlə qeyd edib: “Qırmızı xəttimizi heç vaxt keçmə, heç vaxt!”

İranın Azərbaycandakı səfirliyi də iranlı səfirin bu postunu paylaşıb.

İsrail vətəndaşlarını Türkiyəyə səfər etməməyə çağırır
Gözlə

No media source currently available

0:00 0:01:48 0:00

Qatı rəqiblər

İsrail və İran regionda qatı rəqiblər hesab olunur. İsrail İranın nüvə silahı əldə etməsinə qarşı çıxır, bu sənədin Tehranın nüvə silahı hazırlamasına yol açdığını deyir.

İsrail hökuməti ötən ay Türkiyədəki vətənfaşları üçün səfər təhlükəsizliyi xəbərdarlığının dərəcəsini qaldırıb, bunu Türkiyədə istirahət edən israilliləri qətlə yetirə və ya oğurlaya biləcəyi ilə bağlı ehtiyatlanmalarla əlaqələndirib.

İsrailin bir təhlükəsizlik rəsmisi Reuters agentliyinə deyib ki, Türkiyə İran İslam Keşikçiləri Korpusunun “əməliyyatçısı” olmaqda şübhəli sayılan bir neçə nəfəri həbs edib. Ancaq bu xəbərə rəsmi şərh verilməyib.

Xameneyinin tviti

Bu günlərdə İranın Ali dini rəhbəri Əli Xameneyinin Azərbaycanla bağlı tviti də sosial şəbəkələrdə müzakirə yaratmışdı. Xameneyi yazırdı:

“Biz Qarabağın Azərbaycana qaytarılmasına sevinirik. Təbii ki, bu işdə İran-Ermənistan sərhədini bağlamaq siyasəti olarsa, İslam Respublikası buna qarşı çıxacaq, çünki bu sərhəd min illik rabitə yoludur”.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə ilə Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarətini bərpa edib. Ancaq Laçın dəhlizinə və Qarabağda ermənilərin yaşadığı yerlərə Rusiya hərbçiləri yerləşdirilib.

İran müharibə vaxtı Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib. İrandakı azərbaycanlı fəallar Rusiyanın – İran ərazisindən istifadə edərək Ermənistana silah göndərdiyini bildirərək etiraz aksiyaları keçirsələr də, İran hökuməti bunu təkzib edib.

XS
SM
MD
LG