Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:36

Qərb Ukraynaya 1.5 milyard avroluq hərbi yardım göstərəcək


Danimarkanın müdafiə naziri Morten Bodskov
Danimarkanın müdafiə naziri Morten Bodskov

Sözü gedən pul vəsaitinin ayrılmasına dair qərar Qərb ölkələri müdafiə nazirlərinin Kopenhagendə keçirilən iclasında razılaşdırılıb

Ukraynanın Rusiya ilə müharibədə döyüş qabiliyyətinin artırılması üzrə donor ölkələrin avqustun 11-də keçirilən növbəti iclasında Kiyevə 1.5 milyard avro (1.55 milyard dollar) nağd pul, avadanlıq və təlim verilməsinə dair qərar qəbul edilib.

Sözü gedən pul vəsaitinin ayrılmasına dair qərar Qərb ölkələri müdafiə nazirlərinin Kopenhagendə keçirilən iclasında razılaşdırılıb.

Ev sahibliyi edən Danimarkanın müdafiə naziri Morten Bodskov jurnalistlərə deyib ki, nağd pul vəsaiti 26 ölkə tərəfindən ayrılacaq.

Nazirin sözlərinə görə Kopenhagenə gələnlərin hamısı Ukraynaya dəstək niyyəti ilə gəliblər.

O bildirib ki, bu puldan silahların, raket və sursatın alınması, Ukrayna üçün silah istehsalının artırılması, Ukrayna hərbçilərinə təlim verilməsi və Ukraynanın bəzi ərazilərinin minalardan təmzilənməsi üçün istifadə olunacaq.

Polşa, Slovakiya və Çex Respublikasının müdafiə nazirləri bəyan ediblər ki, Ukrayna üçün artilleriya sistemlərinin, sursatın və başqa hərbi avadanlığın istehsalını genişləndirmək niyyətindədirlər.

Qərb ölkələri müdafiə nazirlərinin birgə bəyanatında deyilir ki, Ukraynaya hərbi və maliyyə dəstəyi dayandırılmayacaq və növbəti iclas sentyabrda videoformatda keçiriləcək.

Putinin acığına?

Britaniya sözü gedən vəsaitdən başqa Ukraynaya əlavə olaraq 300 milyon avroluq yardım göstərəcəyini bildirib.

Bu yardıma yaylım atəşli raket sistemləri və 80 kilometrədək hədəfləri dəqiq vuran M31A1 raketləri daxildir.

Britaniyanın müdafiə naziri Ben Uolles deyib ki, Ukraynaya verilən bu dəstək Rusiya prtezidenti Vladimir Putininin gözləntilərinin tam əksidir.

O izah edib ki, Putin Qərb ölkələrinin Ukraynaya yardımdan yorulacağını və fikir ixtilafı yaranacağını gözləyirdi.

Uolles bildirib ki, Rusiyanın müdaxiləsi bir çox sahələrdə uğursuzluqla nəticələnib.

Ukrayna Qərb ölkələrinə daha güclü və daha uzaqvuran silahların verilməsi üçün çağırışlar edir.

Moskva Ukraynanı silahlandırdığına görə Qərbi günahlandırır.

XS
SM
MD
LG